Ləkərçay - Lənkərançayın sağ qoludur. Lerik və Lənkəran rayonları ərazisindən axır.
| Ləkərçay | |
|---|---|
| Keçdiyi ərazilər | |
| Uzunluğu | 84 km |
| Hövzəsinin sahəsi | 98 km² |
Ümumi məlumat
Uzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən (2000 m) başlayır. Axımı bilavasitə yağış sularından əmələ gəlir. Çayda ən böyük su daşqını payız və qış fəsillərində müşahidə edilir. İllik axımının təxminən 55-60%-i bu fəsillərdə keçir. Ən az su sərfi iyul-avqust aylarında olur.
Ləkərçayın aşağı axımından suvarma işlərində istifadə edilir. Ləkərçay, Ləmərçay da adlanır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ləkərçay haqqında məlumat. Ləkərçay nədir? Ləkərçay nə deməkdir?