Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hidrotexnika- (hidro…+mexanika)- su ehtiyatlarını, onlardan istifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağı

Hidrotexnika

  • Ana Səhifə
  • Vikipediya
  • Hidrotexnika

Hidrotexnika- (hidro…+mexanika)- su ehtiyatlarını, onlardan istifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsiri ilə mübarizə üsullarını öyrənən elm; müvafiq texnika sahəsi. Hidrotexnika bir elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndis inşaat elmlərinə (qruntlar mexanikası, inşaat mexanikası, mühəndis geologiya və s.) əsaslanır.

Hidrotexnika aşağıdakı sahələri öyrənir.

  • Su axınlarının hidrotexniki qurğulara və məcralara təsirini, onların suyun dağıdıcı təsirindən qorunması üsullarını;
  • Çay axınının tənzimləmə metodlarını işləyib hazırlayır;
  • Suyun qruntdan, qurğudan və onların əsaslarından süzülməsi prosesini tədqiq edir;
  • Hidrotexniki qurğuların və onların əsaslarının dayanıqlığı nəzəriyyəsini və s. işləyib hazırlayır.

Hidrotexnika sahəsində nəzəri tədqiqat hidrotexniki qurğuları hesablama və konstruksiyalama metodlarını, onların tikilməsi və istismarı üsullarını yaratmağa imkan verir.

Ekskavator
Ekskavator; əsas hidravlik maşın.

Mündəricat

Hidrotexniki qurğular

Hidrotexniki qurğular təbii su ehtiyatlarından (çay, göl, dəniz, yeraltı sular) səmərəli istifadə etmək məqsədi ilə, yaxud suyun (selin) zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğularıdır. Bu qurğular vasitəsilə suları və axınları idarə etmək-suyun səviyyəsini və sərfini tənzimləmək, onun miqdarını, sürətini, istiqamətini, rejimini və s.-ni tələbata uyğun dəyişdirmək olur. Hidrotexniki qurğular dəniz, çay, göl, yerüstü, yeraltı ola bilər və ümumi təyinatlı və xüsusi hidrotexniki qurğulara ayrılır.

Ümumi təyinatlı qurğular

Ümumi təyinatlı qurğulara suyun qarşısını saxlayan və səviyyə düşgüsü yaradan qurğular (bənd, damba), suötürən, sutoplayıcı, sugötürücü qurğular, tənzimləyici qurğular və s. daxildir.

Xüsusi hidrotexniki qurğular

Su enerjisindən istifadə üçün qurğular (SES binaları və s.) su nəqliyyatı qurğuları, hidromeliorasiya kompleksləri, su təchizatı və kanalizasiya üçün qurğular, həmçinin balıq təsərrüfatı qurğuları və s. xüsusi hidrotexniki qurğulardır.

Həmçinin bax

  • Mexanika
  • Texnika

Xarici keçid

HİDROTEXNİKA VƏ MELİORASİYA

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hidrotexnika haqqında məlumat. Hidrotexnika nədir? Hidrotexnika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vali

  • Fevral 27, 2026

    Vitezslav Novak

  • Fevral 24, 2026

    9 sentyabr

  • Fevral 17, 2026

    Fidel Kastro

  • Fevral 24, 2026

    Haiti adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst