Lüləsaz (əvvəlki adı: Akop Kamari, daha əvvəlki adı: Lüləsaz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.
| Lüləsaz | |
|---|---|
| 40°14′57″ şm. e. 46°43′47″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Tarixi və coğrafiyası | |
| Əvvəlki adı | Akop Kamari |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 026 |
| Poçt indeksi | Az3200 |
| Nəqliyyat kodu | 32 |
![]() Lüləsaz | |
Tarix
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 avqust 1965-ci il tarixli Fərmanı ilə Lüləsaz kəndinə Akop Kamari adı verilməsi haqqında o vaxtlarda mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət Soveti icraiyyə komitəsinin qərarının təsdiq edilməsi qərara alınmışdı.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.
1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lüləsaz sözünün mənası, lüləsaz haqqında məlumat. lüləsaz nədir? lüləsaz nə deməkdir?
