Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Shogakukan (株式会社小学館, Kabuşiki-qayşa Şoqakukan?) – Yaponiya nəşriyyatı. Manqa, jurnal, ranobe, lüğət və kitab nəşri ilə məşğul olur. 1922-ci ildə yaradılmışdır.

Shogakukan

  • Ana Səhifə
  • Vikipediya
  • Shogakukan

Shogakukan (株式会社小学館, Kabuşiki-qayşa Şoqakukan?) – Yaponiya nəşriyyatı. Manqa, jurnal, ranobe, lüğət və kitab nəşri ilə məşğul olur. 1922-ci ildə yaradılmışdır. "Hitotsubashi Group" nəşriyyat qrupunun tərkib hissəsinə daxildir.

Shogakukan
小学館
Loqonun şəkli
Ölkə
  •  Yaponiya
Yaranma tarixi 8 avqust 1922
İşçi sayı
  • 707 nəf. (2024)
Sayt shogakukan.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

"Shogakukan" nəşriyyatı 8 avqust 1922-ci ildə Takeo Oqa tərəfindən yaradılmışdır. Nəşriyyat əvvəlcə ibtidai sinif şagirdləri üçün maarifləndirici jurnallar nəşr etməyə başlamışdır.

2018-ci ildə nəşriyyat tərəfindən nəşr olunan "CoroCoro Comic" manqa jurnalının Çingiz xan təsviri mübahisəyə səbəb olmuşdur. Belə ki, jurnal Çingiz xanın adını "çinçin" (yaponca "penis" deməkdir) olaraq yazmış və alnına penis təsviri yerləşdirmişdir. Çingiz xanın bu cür təsvir olunması Yaponiyada yaşayan monqollar tərəfindən tənqid olunmuş və etirazlar edilmişdir. "Shogakukan" nəşriyyatı bu hadisəyə görə Monqolustanın Yaponiyadakı səfirliyindən rəsmi olaraq üzr istəmişdir.

Fəaliyyət

"Shogakukan" Yaponiyada manqa nəşri ilə məşğul olan əsas nəşriyyatlardan biridir. Xüsusilə, 1980 və 1990-cı illərdə nəşriyyatın nəşr etdiyi manqalar populyar olmağa başlamışdır. Nəşriyyat "Oggi" və "Be-Pal" kimi dəb jurnalları nəşr etdirmişdir. Nəşriyyat manqa ilə yanaşı uşaq kitabları, lüğətlər, ensiklopediyalar, tarix, folklor və coğrafiya mövzusunda olan kitabların nəşri ilə məşğul olur. Nəşriyyat tərəfindən 1956-cı ildən etibarən Shogakukan Manqa Mükafatı təqdim olunur.

Manqa jurnalları

Nəşriyyat tərəfindən nəşr olunan manqa jurnalları: "Weekly Shōnen Sunday" (1959-cu ildən), "Big Comic" (1968-ci ildən), "Betsucomi" (1970-ci ildən), "Big Comic Original" (1972-ci ildən), "CoroCoro Comic" (1977-ci ildən), "Shōnen Sunday Super" (1978-ci ildən), "Shōnen Big Comic" (1979–1987), "Big Comic Spirits" (1980-ci ildən), "Big Comic Superior" (1987-ci ildən), "Weekly Young Sunday" (1987–2008), "Cheese!" (1996-cı ildən), "Monthly Sunday Gene-X" (2000-ci ildən), "Monthly Shōnen Sunday" (2009-cu ildən), "Monthly Big Comic Spirits" (2009-cu ildən).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, shogakukan sözünün mənası, shogakukan haqqında məlumat. shogakukan nədir? shogakukan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Katakomba

  • Fevral 27, 2026

    Pnevmotoraks

  • Fevral 27, 2026

    İnsan qurbanı

  • Fevral 27, 2026

    Afon

  • Mart 07, 2026

    Oniks çayı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst