Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Luonq Kuonq (15 avqust 1957, Vyetçi) — Vyetnam siyasətçisi, keçmiş Ordu generalı, Vyetnam Xalq Ordusunun ümumi siyasət şöbəsinin direktoru (2016–2024), Vyetnamı

Luonq Kuonq

  • Ana Səhifə
  • Vikipediya
  • Luonq Kuonq

Luonq Kuonq (15 avqust 1957, Vyetçi) — Vyetnam siyasətçisi, keçmiş Ordu generalı, Vyetnam Xalq Ordusunun ümumi siyasət şöbəsinin direktoru (2016–2024), Vyetnamın 14-cü prezidenti (2024-cü ildən)

Luonq Kuonq
Vyetnam Sosialist Respublikasının Prezidenti
Vəzifədədir
21 oktyabr 2024-cü ildən
    ƏvvəlkiTo Lam
    Şəxsi məlumatlar
    Doğum adı Lương Văn Cường
    Doğum tarixi 15 avqust 1957(1957-08-15) (68 yaş)
    Doğum yeri
    • Vyetçi, Vyetnam
    Partiya
    • Vyetnam Kommunist Partiyası
    Fəaliyyəti hərbi lider[d], siyasətçi
    Dini ateizm
    Hərbi xidmət
    Qoşun növü Vyetnam Xalq Silahlı Qüvvələri
    Təltifləri "Dostluq" ordeni "Playa-Xiron" ordeni "Peru günəşi" ordeni "Ho Şi Min" ordeni Military Exploit Order Feat Order "Dostluq" ordeni Royal Order of Sahametrei
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Luonq Kuonq 15 avqust 1957-ci ildə Phu Tho əyalətində anadan olub. Partiya quruculuğu və övlət idarəetməsi üzrə bakalavr dərəcəsinə, həmçinin yüksəksəviyyəli siyasi nəzəriyyə biliklərinə malikdir. İş fəaliyyəti dövründə o, Ho Şi Min adına Milli Siyasət Akademiyasında və Çində kadr hazırlığı kurslarında iştirak etmişdir.

    Karyerası

    Kuonq 18 yaşında, 1975-ci ildə Vyetnam ordusuna qoşulub. O, Vyetnam müharibəsində iştirak edib. 1978-ci ilin avqust ayında Vyetnam Kommunist Partiyasının üzvü olub. Luonq Kuonq 2021-ci ildən Siyasi Büronun, 2011-ci ildən isə Mərkəzi Komitənin üzvüdür.

    O, əvvəllər 2011-ci ildən 2016-cı ilə qədər Vyetnam Xalq Ordusunun Baş Siyasi Departamentinin direktor müavini vəzifəsində çalışmış, sonra həmin departamentin direktoru vəzifəsinə təyin olunmuş, 2019-cu ildə dördulduzlu general rütbəsinə yüksəlmişdir.

    2024-cü il 16 may tarixində Lounq, Truonq Thi Mainin istefasından sonra, Politbüro tərəfindən katibliyin daimi üzvü vəzifəsini icra etmək üçün təyin edilmiş, bu vəzifə Vyetnamın siyasi sistemində beşinci ən yüksək mövqedir.

    Prezidentliyi (2024-cü ildən indiyə qədər)

    26 avqust 2024-cü ildə Baş katib To Lam, iyul ayında Nquyen Phu Tronqun ölümündən sonra həmin ayın əvvəlində yeni Baş katib seçildikdən qısa müddət sonra prezidentlikdən istefa verdi. Oktyabrın 21-də, 15-ci Milli Assambleyanın (Milli Məclis) səkkizinci sessiyasında Kounq prezidentliyə seçilib; səsvermədə iştirak edən 440 nümayəndənin hamısı (440/440) onun xeyrinə səs verib ki, bu da Milli Assambleyanın ümumi nümayəndələrinin 91,67%-inə bərabərdir. Bununla da To Lamın yerinə prezident vəzifəsinə gəlmiş oldu.

    İlk çıxışında Lounq Kounq partiya daxilində yüksəksəviyyəli birliyi, həmrəyliyi qorumağa və gücləndirməyə, güclü sosialist hüquq dövləti qurmağa, milli müdafiə və təhlükəsizliyi möhkəmləndirməyə, həmçinin müstəqil, özünə güvənən, sülhsevər xarici siyasəti davamlı şəkildə həyata keçirməyə sadiq olduğunu bəyan etmişdir. 2024-cü il 22 oktyabr səhəri Prezident sarayında vəzifə təhvil-təslim mərasimi keçirilmişdir. Mərasimdə To Lam rəsmi olaraq prezident vəzifələrini Kuonqa təhvil verərək, aidiyyəti qurumlardan yeni prezidentlə əməkdaşlıq çərçivəsində konkret tapşırıqlar barədə hesabat vermələrini, iş planlarını nəzərdən keçirməyi, daxili və xarici işləri koordinasiya etməyi istəmişdir.

    Xarici əlaqələri

    2024-cü il 10 noyabrda Kuonq prezident seçildikdən sonra ilk xarici səfərini üç günlük Çiliyə edib. O, Prezident Qabriel Boriçlə görüşmək üçün Santyaqoya gəldi. Bundan əvvəl o, mərhum prezident Salvador Allendenin evinə baş çəkmiş və Allendenin ailə üzvləri ilə görüşmüşdü. Səfər zamanı Kounqun nümayəndə heyətinin bir üzvü cinsi təcavüzə görə həbs olunmuşdur.

    2024-cü il 13 noyabrda Luonq Peru paytaxtı Limaya APEC Sammitində iştirak etmək üçün gəlib. Peru prezidenti Dina Boluarte tərəfindən ona "Peru Günəş" ordeni təqdim edilib. Sammit zamanı o, həmçinin digər bir çox dünya liderləri ilə görüşüb.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Luonq Kuonq haqqında məlumat. Luonq Kuonq nədir? Luonq Kuonq nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Mexanizm

    • Fevral 24, 2026

      Adamantios Korais

    • Fevral 27, 2026

      NuGet

    • Fevral 27, 2026

      Marağa xanlığı

    • Fevral 27, 2026

      Tənqidçi

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst