Gül Baba (əsl adı Cəfər; Mərzifon, Osmanlı imperiyası – 2 sentyabr 1541 və ya 1 sentyabr 1541, Buda, Osmanlı imperiyası) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir.
| Gül Baba | |
|---|---|
| osman. جعفر | |
| |
| Doğum yeri | |
| Vəfat tarixi | 2 sentyabr 1541 və ya 1 sentyabr 1541 |
| Vəfat yeri | |
| Fəaliyyəti | dərviş, şair, yazıçı |
Şəxsiyyəti
Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür.
Əsərləri
İrsi
- Danimarkalı Andersen tərəfindan 1841-ci ildə Gül Babanın həyatı qələmə alınmışdır.
- Macar bəstəkar Jenö Huszka tərəfindən 1905-ci ildə Budapeştdə Gül Baba simfonik opera əsərini yaradılmışdır.
- Macarıstanda 2006-cı ildə türklər tərəfindən Gül Baba Vəqfi qurulmuşdur.
- Macar rəssam Franz Eisenhut tərəfindən 1886-cı ildə Gül Babanın tablosu yaradılmışdır.
- Gül Babanın Budapeştdə türbəsi ve heykəli yerləşir.

Həmçinin baxın
- Gül Baba türbəsi
- Gül Baba (opera)
- Gül Baba (tablo)
- Gül Baba heykəli
- Gül Baba Vəqfi
Qalereya
Budapeştdəki Gül Baba Türbəsindəki böyük çeşmə
Gül Baba Türbəsindəki kiçik çeşmə
Gül Baba Türbəsindəki gözətçi qalereyası
Gül Baba Türbəsi (ön tərəfdən görünüş)
Gül Baba Türbəsi (arxa tərəfdən görünüş)
Gül Baba Türbəsi və heykəli
Gül Baba Türbəsi (yuxarıdan görünüş)
Macar rəssam Franz Eisenhut tərəfindən 1886-cı ildə çəkilmiş "Gül Baba" tablosu
Gül Baba Türbəsinin giriş qapısı qarşısında qoyulmuş Gül Baba haqqında olan yazı lövhəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gül Baba haqqında məlumat. Gül Baba nədir? Gül Baba nə deməkdir?