Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith), Lilit, Lilitu, və Lilis kimi də tanınır — mesopotamiya və yəhudi mifologiyasında qadın demon. Onun Adəmin ilk həyat

Lilit

  • Ana Səhifə
  • Vikipediya
  • Lilit

Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith), Lilit, Lilitu, və Lilis kimi də tanınır — mesopotamiya və yəhudi mifologiyasında qadın demon. Onun Adəmin ilk həyat yoldaşı və ilk qadın demon olduğu nəzəriyyələri irəli sürülür. Lilitin Adəmə tabe olmadığı və ona itaət etmədiyi üçün Ədən bağından qovulduğu qeyd olunur.

Lilit
ivr. ‏לילית‏‎
Cinsi qadın[d]
Əri
  • Adəm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lilit - Dante Qabriel Rossettinin əsəri
Şeytan, Adəm və Lilitin heykəltaraşlıq əsəri, Paris

Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin.

Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır.

İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır. Həvva kişisinin bir parçasından yaradıldığına görə ona tabe olur. Adəm ilə Həvva ilk günahı işləyib cənnətdən qovulduqdan sonra uşaqları olur. Lilit onları qısqanır və bundan sonra Adəmin oğullarından doğulacaq hər körpəni öldürəcəyinə dair and içir.

İnanca görə şər ifritə halına gələn Lilit gecə hava qaraldıqdan sonra yeni körpə doğulmuş evlərə girərək yeni anaların körpələrini boğur. Bu səbəblə bəzi yəhudilər zahı qadını axşam vaxtı evdə tək buraxmırlar və yəhudi inancına görə axşam vaxtı paltar ipinə uşaq bezi asmaq olmaz, çünki bunu görən Lilit o evdə uşaq olduğunu anlaya bilər.

Həmçinin bax

  • Adəm
  • Həvva
  • Şeytan
  • Cənnət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lilit haqqında məlumat. Lilit nədir? Lilit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    11 yanvar

  • Fevral 19, 2026

    İnk

  • Fevral 23, 2026

    Danimarka dili

  • Fevral 23, 2026

    Sketchpad

  • Fevral 11, 2026

    Su

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst