Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yustus fon Libix (12 may 1803[…], Darmştat, Hessen knyazlığı[…] – 18 aprel 1873[…], Münxen) — alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezide

Libix

  • Ana Səhifə
  • Vikipediya
  • Libix

Yustus fon Libix (12 may 1803[…], Darmştat, Hessen knyazlığı[…] – 18 aprel 1873[…], Münxen) — alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezidenti.

Yustus fon Libix
alm. Justus von Liebig‎
Doğum tarixi 12 may 1803(1803-05-12)[…]
Doğum yeri
  • Darmştat, Hessen knyazlığı[…]
Vəfat tarixi 18 aprel 1873(1873-04-18)[…] (69 yaşında)
Vəfat yeri
  • Münxen, Yuxarı Bavariya, Bavariya Krallığı, Almaniya Reyxi[d]
Elm sahəsi kimya
Elmi dərəcəsi
  • elmlər doktoru
İş yerləri
  • Münhen Lüdviq-Maksimilian Universiteti,
  • Gissen Universiteti,
  • Heydelberq Universiteti
Təhsili
  • Erlangen-Nürnberq Universiteti[d],
  • Bonn Universiteti (1819)
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1840),
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • İsveç Kral Elmlər Akademiyası,
  • Bavariya Elmlər Akademiyası[d],
  • Göttingen Elmlər Akademiyası[d],
  • Peterburq Elmlər Akademiyası,
  • Macarıstan Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
  • Rusiya Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d],
  • ABŞ Milli Elmlər Akademiyası (1867),
  • Turin Elmlər Akademiyası[d] (1854),
  • Dei Linçei Akademiyası (1870)
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni — 1853 elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
"Kopli" medalı — 1840
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yustus fon Libix 1803-cü il mayın 12-də Darmştadtda anadan olmuşdur. O, 1820-ci ildə Bonn, 1821-ci ildə Erlangen universitetlərində təhsil almış, 1822-1824-cü illərdə Parisdə J.Gey-Lyüssakla birgə çalışmışdır. Erlangenə qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə etmiş, 1824-ci ildə A.Humboldtun tövsiyəsi ilə Hessen Universitetində kimya professoru kimi çalışmışdı. 1852-ci ildən ömrünün sonuna qədər Libix Münhen Universitetinin professoru; 1860-cı ildə Bavariya Elmlər Akademiyasının prezidenti olmuşdu.

Elmi fəaliyyəti

Libixin ən əhəmiyyətli işləri üzvi kimya sahəsinə aiddir. Mühüm üzvi birləşmələrin kəşfi, üzvi birləşmələrin yeni analiz və yeni birləşmələr qrupunun sintezi üsullarının işlənilməsi, üzvi kimyanın nəzəri əsaslarının yaradılması Libixə məxsusdur. 1823-cü ildə o, gümüş fulminatın tərkibcə gümüş izotsionatla eyni olduğunu müəyyən etmişdi. Bu da ilk izomer nümunəsi oldu. 1832-ci ildə o, F.Völerlə birlikdə göstərmişdi ki, benzoy turşusu – benzaldehid – benzoil xlorid - benzoilsulfid sırasında daha sonra benzoil adlanan C6H5CO- qrupu dəyişmədən bir birləşmədən digərinə keçir. Analoji olaraq etilradikal qrupu spirt – efir – etilxlorid – azot turşusunun efiri - benzoy turşusunun efiri sırasında dəyişməz olaraq qalır. Bu işlər mürəkkəb radikallar nəzəriyyəsinin təməlini qoymuşdu. Libix ilk dəfə olaraq (fransız kimyaçısı E.Subeyranla eyni zamanda və ondan asılı olmayaraq) 1831-ci ildə xloroformu almış və 1835-ci ildə sirkə aldehidini almış, hippur, süd və digər karbon turşularını kəşf etmişdi. 1831-1833-cü illərdə o, həmçinin üzvi birləşmələrdə karbon və hidrogenin müəyyənləşdirilməsi üsulunu təkmilləşdirmişdi. J.Düma ilə birlikdə Libix çoxəsaslı üzvi turşuları tədqiq etmiş və turşuların əsaslığına görə təsnifatını təklif etmişdi.

Libix kimyanın digər sahələrində də çox işlər görmüşdü. O, halogenləri tədqiq etmiş, brom almış, platin, gümüş, qurğuşun, manqan və s. aktivləşdirmə fəaliyyətini araşdırmışdı. Bunula da o hal-hazırda qeyri-üzvi kataliz adlanan bir sahənin yaranması üçün şərait yaratmışdı. Libix analitik kimyanın bir sıra üsullarını işləmişdi: kobaltın nikeldən ayrılması, dərman maddələrində hidrogen sianid turşusunun müəyyən edilməsi və s.

Libix aqrokimya və biokimyanın əsasını qoyanlardan biri sayılır. O, bitkilərin mineral qidalanma nəzəriyyəsini əsaslandırmış və torpaq münbitliyinin yaxşılaşdırılmasının elmi əsaslarını yaratmış, bitki fiziologiyasında karbon qazı və bağlı azotun rolunu araşdırmışdır. Libix həm də qidanın problemlərini tədqiq etmiş, qida məhsullarını yağlar, zülallar və karbohidratlara bölməyi təklif etmiş, yağlar və karbohidratların orqanizm üçün yanacaq olduğunu müəyyən etmişdi.

Libix kimyanın tədrisini kökündən dəyişmiş, tədris sisteminə genişmiqyaslı laboratoriya dərsləri və tələbələrin müstəqil tədqiqatlarını daxil etmişdi. 1824-ci ildə Libix Hessendə Almaniyada ilk kimya laboratoriyası yaratmışdı. Libixin elmi məktəbinin məzunları A.Kekule, A. Vürtz, A.Hoffmann, N.Zinin və digər məşhur kimyaçılardır.

Libixin əsas əsərləri sırasında "Üzvi kimyanın fiziologiya və patologiyaya tətbiqi" (1842), "Üzvi analiz üzrə təlimatlar" (1837) və "Əkinçiliyin təbii qanunları" (1865) adlı nəşrləri göstərmək olar.

Həmçinin bax

  • Limitləyici amillər qanunu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, libix sözünün mənası, libix haqqında məlumat. libix nədir? libix nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Rockstar Games

  • Mart 06, 2026

    Mənuçöhr camisi

  • Fevral 28, 2026

    Sarqışla

  • Fevral 26, 2026

    Şimali Azərbaycan

  • Mart 01, 2026

    Xaldeylər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst