Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946)

Leyla Bədirbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Leyla Bədirbəyli

Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.

Leyla Bədirbəyli
Digər adları Leyla Bədirbəyova
Leyla Cavanşirova
Doğum tarixi 8 yanvar 1920
Doğum yeri Bakı, AXC
Vəfat tarixi 23 noyabr 1999 (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1936–1998
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19591959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949 Azərbaycan SSR Dövlət mükafatı — 19721972 2-ci dərəcəli "Stalin" mükafatı — 19461946
"İstiqlal" ordeni — 19991999 "Əməkdə fərqlənməyə görə" medalı — 19461946
IMDb ID0246139
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar.

1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1936-cı ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurmuşdur. 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlmişdir. Cavanşir Cavanşirov həyat yoldaşı Elmira Cavanşirova ilə Leylanın uşaqlıqda yaşadığı, Fəvvarələr Meydanında yerləşən evdə, 2017-ci ildə vəfat edənə qədər yaşayırdı,

amma Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və 4 ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı — Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları — Bikə doğulur. Kamil Aslanov Ukraynada yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir.

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etmişdir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılmışdır

Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yaradıcılıq fəaliyyəti

Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub.

1945-ci ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.

Xatirəsi

29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

2014-ci ildə Sevda Ağazadənin ssenari müəllifliyi və Elvin Vəlimətovun rejissorluğu ilə Leyla Bədirbəyliyin xatirəsinə həsr olunmuş "Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli" adlı sənədli film çəkilib. Film ilk dəfə 19 iyun 2014-cü ildə Azərbaycan Televiziyasında yayımlanıb.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949[⇨]
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Arşın mal alan" filmindəki Gülçöhrə roluna görə)
  • Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1972 (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasında Fəxrəndə xanım roluna görə)[⇨]
  • "İstiqlal" ordeni — 7 yanvar 1999
  • "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946

Teatr sahəsində rolları

  • Dezdemona (Otello, Uilyam Şekspir)
  • Nərminə (Göz həkimi, İ. Səfərli)
  • Solmaz (Od gəlini, Cəfər Cabbarlı)
  • Liza (Canlı meyit, Lev Tolstoy)
  • Fəxrəndə (Mahnı dağlarda qaldı, İlyas Əfəndiyev)

Filmoqrafiya

  • Arşın mal alan (film, 1945) — Gülçöhrə
  • Asif, Vasif, Ağasif (film, 1983)
  • Aygün (film, 1960)
  • Azərbaycan kinosu-80 (film, 1996)
  • Beş dəqiqəlik konsert (film, 1941)
  • Bizim küçənin oğlanları (film, 1973)
  • Böyük ömrün anları (film, 2006)
  • Çarvadarların izi ilə (film, 1974)
  • Dəcəl dəstə (film, 1937)
  • Dəli Kür (film, 1969)
  • Dərviş Parisi partladır (film, 1976)
  • Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  • Fətəli xan (film, 1947)
  • Gəmi saatının sirri (film, 1983)
  • Gənc qadının kişisi (film, 1988)
  • Gilas ağacı (film, 1972)
  • Görüş (film, 1955)
  • Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
  • Günlərin bir günü... (film, 1976)
  • İntizar (film, 1969)
  • Kişi sözü (film, 1987)
  • Kölgələr sürünür (film, 1958)
  • Koroğlu (film, 1960)
  • Qanlı zəmi (film, 1985)
  • Qəzəlxan (film, 1991)
  • Maestro Niyazi (film, 2007)
  • Mən ki gözəl deyildim (film, 1968)
  • Mən mahnı qoşuram (film, 1979)
  • Müqəddəs oda yanaram (film, 1991)
  • Nağılların Dərbəndi (film, 2006)
  • Nehrəmli qız (film, 2002)
  • O dünyadan salam (film, 1991)
  • O olmasın, bu olsun (film, 1956)
  • Onun böyük ürəyi (film, 1958)
  • Prima (film, 1994)
  • Sevil (film, 1970)
  • Səbuhi (film, 1941) — Tubu
  • Sovqat (film, 1942)
  • Tələ (film, 1990)
  • Tikdim ki, izim qala (film, 1997)
  • Üzeyir ömrü (film, 1981)
  • Vulkana doğru (film, 1977)

Şəkillər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leyla Bədirbəyli haqqında məlumat. Leyla Bədirbəyli nədir? Leyla Bədirbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Vilayət ayəsi

  • Fevral 27, 2026

    Baba Mahmudoğlu

  • Fevral 27, 2026

    Alfred Hiçkok

  • Fevral 27, 2026

    Edqar Davids

  • Fevral 27, 2026

    Tromboz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst