Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Levktra döyüşü — Beotiya müharibəsi gedişində Fivadan 11 km. məsafədə, Mərkəzi Yunanıstanın Beotiya əyalətinin Levktra şəhərinin yaxınlığında e.ə 371-ci il 5 av

Levktra döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Levktra döyüşü

Levktra döyüşü — Beotiya müharibəsi gedişində Fivadan 11 km. məsafədə, Mərkəzi Yunanıstanın Beotiya əyalətinin Levktra şəhərinin yaxınlığında e.ə 371-ci il 5 avqustda spartalılarla fivalıların arasında baş verən döyüş.

Döyüşün başlanğıcı

Çar Kleombrotun başçılığı altında 10 min hoplit və min süvaridən ibarət spartalı qoşunu, çarın bilavasitə idarə etdiyi qoşunun ən yaxşı hissəsinin sağ cinahda olması ilə, 12 sıraya düzüldülər. Epaminondun başçılıq etdiyi fivalı qoşunu sayca daha az idi (6 min hoplit və 1500 süvari). Epaminond qoşununu o dövr üçün qeyri-adi formada düzdü: spartalıların qoşunlarının sol cinahına və mərkəzinə qarşı - 8 sıralı falanqa, spartalıların güclü sağ cinahına qarşı isə - 50 sıralıq dərin kolonna şəklində. Bu kolonnanı fivalıların 300 nəfərlik seçmə "müqəddəs dəstəsi" qapadırdı. Spartalıların say üstünlüyü şəraitində, belə düzülüş Epaminonda sol cinahda həlledici üstünlk təmin edirdi. Spartalıların güclü sağ cinahının fivalıların sol cinahına və arxalarına manevr etməsi imkansız olurdu. Döyüş süvarilərin toqquşması ilə başladı. Sparta süvarilərinin həmləsini dəf edən Fiva süvariləri, onların ardınca isə piyadaları hucuma keçdi. Fivalıların zərbə kolonnu, nəzərdə tutulduğu kimi, onların sol cinahını almağa çalışan Kleombrotun falanqasını vurub keçdi. Spartalıların falanqasının monolitliyi pozuldu, Kleombrot öldürüldü, onun qoşunu isə min nəfər ölü və yaralı itkisi ilə düşərgələrinə sığındılar və fivalılara sülh təklifi ilə müraciət etdilər.

Döyüşün son mərhələsi
Döyüşün son mərhələsi

Spartanın Levktra döyüşündəki məğlubiyyəti onun hegemonluğunun taleyini həll etdi. Onun e.ə VI-IV əsrdə başçılıq etdiyi Peloponnes ittifaqının dağılmasını şərtləndirdi. Bu Yunanıstanda, Fivanın qısamüddətli (e.ə 362-ci ilə qədər) başçılığı ilə geniş demokratik hərəkata, eləcə də hərb sənətində yeni mərhələnin başlanmasına yol açdı. Əvvəllər qəbul olunmuş qaydaya görə falanqada qoşunlar cəbhə boyu bərabər bölüşdürülürdü. Epaminond ilk dəfə, əsas sahələrdə qüvvələrin üstünlüyünü təmin etmə prinsipi əsasında, yeni taktika tətbiq etdi. Sağ cinahdan endirilən yardımçı zərbənin qənaəti nəticəsində, o, sol cinahdan əsas zərbənin endirilməsi üçün əlavə qüvvələr cəmləşdirdi. Epaminond ilk olaraq, indiki günə qədər bütün həlledici döyüşlərin nəticələrini müəyyən edən, dahi taktiki prinsip kəşf etdi: həlledici sahədə zərbəni cəmləşdirmək məqsədi ilə qüvvələrin cəbhə böyu qeyri-bərabər bölüşdürülməsi. Fivalıların qələbəsini həm də süvarilərin daha yaxşı hazırlanması, onların və piyadaların hərəkətlərinin uzlaşdırılması və öz ölkəsini müdafiə edən fivalıların mənəvi üstünlüyü təmin etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Levktra döyüşü haqqında məlumat. Levktra döyüşü nədir? Levktra döyüşü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    W

  • Fevral 27, 2026

    Arazkənd

  • Mart 01, 2026

    Zina

  • Mart 01, 2026

    İllarion Vorontsov-Daşkov

  • Mart 01, 2026

    Kənarmeşə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst