Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

B1 vitamini və ya Tiamin — suda həll olan, insan orqanizmi üçün həyati vacib vitamin. Kimyəvi formulu: $$C_{12}H_{17}N_{4}OS$$

B1 vitamini

  • Ana Səhifə
  • Vikipediya
  • B1 vitamini

B1 vitamini və ya Tiamin — suda həll olan, insan orqanizmi üçün həyati vacib vitamin. Kimyəvi formulu: $$C_{12}H_{17}N_{4}OS$$

Tiamin
Kimyəvi quruluşun şəkli
Kimyəvi birləşmə
Brutto-formulu C12H17N4OS⁺
CAS 70-16-6
PubChem 1130
DrugBank DB00152
Tərkibi
Təsnifatı
ATK A11DA, A11DA01
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tiamin rəngsiz kristal maddədir, suda yaxşı həll olur, lakin spirtdə həll olunmur. Qızdırıldıqda parçalanma xüsusiyyətinə malikdir. Orqanizmdə depolanmadığı üçün (yığılıb qalmır) hər gün qida vasitəsilə qəbul edilməlidir.

Mündəricat

Tarixi

  • 1910-cu il: U.Sudzuki tərəfindən düyü kəpəyindən ayrılaraq beri-beri xəstəliyinin müalicəsində istifadə edilmişdir.
  • 1912-ci il: Kazimir Funk tərəfindən "vitamin" termini elmə daxil edilmiş və tiamin tədqiq olunmuşdur.
  • 1926-cı il: Barend Yansen tərəfindən ilk dəfə təmiz şəkildə sintez edilmişdir.

Faydaları və funksiyaları

B1 vitamini karbohidrat mübadiləsində mühüm rol oynayır və enerjinin hasil olunmasına kömək edir. Əsas faydaları:

  • İştahı artırır və həzm prosesini yaxşılaşdırır.
  • Sinir sisteminin normal fəaliyyətini təmin edir.
  • İmmuniteti gücləndirir və böyümə prosesinə müsbət təsir göstərir.
  • Ürək-damar sisteminin işini tənzimləyir.

Defisit fəsadları (Çatışmazlığı)

Tiamin çatışmazlığı əsasən cilalanmış düyü ilə qidalanan və ya birtərəfli pəhriz saxlayan insanlarda müşahidə olunur. Əsas fəsadı beri-beri xəstəliyidir.

  • Simptomları: Əzələ zəifliyi, çəki itkisi, intellektin zəifləməsi, ürək çatışmazlığı və əsəb pozğunluqları.
  • Düşmənləri: Siqaret, spirtli içkilər, həddindən artıq şəkər və kofein tiaminin orqanizm tərəfindən mənimsənilməsinə mane olur.

Mənbələri

B1 vitamini ilə zəngin olan qidalar:

  • Tərəvəzlər: Kələm, kök, kərəvəz, turp, cəfəri.
  • Meyvələr: Nar, limon, banan.
  • Digər: Pivə mayası, soya paxlası, yulaf, qara çörək, qabıqlı düyü və paxlalılar.

Günlük tələbat

Yetkin insanlar üçün günlük tiamin tələbatı yaşdan və fiziki aktivlikdən asılı olaraq 1.1–2.4 mq arasında dəyişir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, B1 vitamini haqqında məlumat. B1 vitamini nədir? B1 vitamini nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Dzü-do

  • Fevral 27, 2026

    Fyodor Yemelyanenko

  • Fevral 27, 2026

    Kommersiya

  • Mart 01, 2026

    Prizren

  • Mart 01, 2026

    Qutluqşah

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst