Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lev Leonidoviç Şvartsman (rus. Шварцман, Лев Леонидович) — SSRİ Silahlı Qüvvələrinin yəhudi əsilli polkovniki, SSRİ Xalq Daxili İşlər Komissarlığının zabiti. Şv

Lev Şvartsman

  • Ana Səhifə
  • Vikipediya
  • Lev Şvartsman

Lev Leonidoviç Şvartsman (rus. Шварцман, Лев Леонидович) — SSRİ Silahlı Qüvvələrinin yəhudi əsilli polkovniki, SSRİ Xalq Daxili İşlər Komissarlığının zabiti. Şvartsman Böyük təmizləmə və Qızıl Orduda 1941-ci il repressiyası kimi dövrlərdə məhkumlardan aldığı saxta etiraflar və həmin etirafları əldə etmək üçün tətbiq etdiyi işgəncə metodları ilə məşhurluq qazanıb.

Lev Şvartsman
rus. Шварцман, Лев Леонидович
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1907
Doğum yeri Şpola, Kiyev quberniyası, Rusiya
Vəfat tarixi 13 may 1955 (47 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti yəhudi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet ordusu
Qoşun növü NKVD
Xidmət illəri 1937-1951
Rütbəsi
  • polkovnik
Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni

Şəxsən işgəncə verdiyi şəxslər arasında sovet-rus yazıçı, jurnalist və dramaturq İsaak Babel, Sovet İttifaqı Marşalı Vasili Blyuxer və dövrünün tanınmış . Teatr rejissoru Vsevolod Meyerhold olmuşdur. O, General-polkovnik hərbi rütbəli İspaniyada vətəndaş müharibəsi zamanı hərbi müşavir vəzifəsində çalışmış Qriqori Şternnin 1941-ci il dindirimələri zamanı işgəncə əsnasında sağ gözünü çıxarmışdır.

Bəzi təxminlərə görə Şvartsman 200-dən çox müxtəlif rütbəli zabitə şəxsən, saatlarla işgəncə verib. 1951-ci ilin 13 iyul tarixində yəhudi dövləti yaratmaq ittihamı ilə həbs edilmiş və həkimlərin işi çərçivəsində günahlandırılmışdır. Aparılan dindirmələr zamanı yəhudi millətçisi olduğunu və yüksəkrütbəli zabitlərə birlikdə anti-sovet təşkilatına mənsub olduğunu etiraf etmişdir.

İosif Stalinin ölümündən sonra həkimlərin işi ittihamlarının saxta və qurama olduğu ortaya çıxır, xüsusi xidmət orqanları üzərindəki hakimiyyətini yenidən ələ keçirən Lavrenti Beriya Şvartsmana işgəncə altında yalan ifadələr verdiyini etiraf etməsi müqabilində yalnız yəhudi millətçisi olmaqla ittiham olunmağı təklif etmişdir. Yalnız bu ittihamla Şvartsman hərbi rütbəsini itirməklə həbs oluna və edamdan xilas ola bilərdi.

Təkliflə razılaşmasına baxmayaraq bu dəfə Lavrenti Beriyanın özü həbs olunaraq edam edilmiş və Şvarstmana edilən təklif də beləliklə əhəmiyyətini itirmişdir. 1955-i ci ilin 3 mart tarixində edam cəzasına məhkum edilib, özü tərəfindən SSRİ Ali Sovetinin Rəyasət Heyətinə əfv üçün ünvanlanmış müraciəti rədd edilib və 1955-ci ilin 13 may tarixində edam edilmişdir.

Həyatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lev şvartsman sözünün mənası, lev şvartsman haqqında məlumat. lev şvartsman nədir? lev şvartsman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fotoqrafiya

  • Fevral 27, 2026

    Hraçya Açaryan

  • Mart 01, 2026

    XI Piy

  • Mart 06, 2026

    Hatnua

  • Fevral 27, 2026

    Sabunçu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst