Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur.

Layzan

  • Ana Səhifə
  • Vikipediya
  • Layzan

Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur.

Tarixi Azərbaycan əraziləri
Layzan
Ümumi məlumatlar
Bölgə Azərbaycan
Əsası qoyulub VI əsr
İndiki adı Lahıc

Tarixi

V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi.

Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir.

Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.

Lahıcın öyrənilməsi bu orta əsr şəhərinin yüksək abadlıq səviyyəsinə – daş döşənmiş küçələr, meydanlar, daxili həyətlər atmosfer yağıntılarının axması üçün ölçülüb-biçilmiş şaquli planlaşdırma, kanalizasiya sistemi, dağ çeşmələrindən içməli su ilə yaxşı təchiz edilməsi – malik olduğunu göstərir. Lahıcın planlaşdırma strukturunun, memarlıq görünüşünün, eləcə də, abadlığının xüsusiyyətləri, yəqin ki, onun Layzan məlikliyinin inzibati-siyasi mərkəzi kimi əhəmiyyətindən irəli gəlirdi. Lahıc, eyni zamanda, orta əsrlərdə Şirvanın mis sənayesinin məşhur sənətkarlıq mərkəzi olub, Cənubi Qafqaz ölkələrinə, İran və Türkiyə şəhərlərinə ixrac edilən mis qabları və silahları ilə şöhrət qazanmışdı. Sulut kəndi vasitəsilə Şamaxı və Azərbaycanın digər şəhərləri, habelə qonşu Dağıstanla ticarət aparılırdı.

Lahıc dərin çökəklikdə, demək olar ki, Girdiman çayının mənbəyində, Niyaldağın diibndə yerləşib, üzük qaşı kimi hər tərəfdən keçilməz dağlarla əhatə olunmuşdur. Yalnız iti Girdiman çayı Elgədik və Niyaldağ dağları arasından Lahıc aşırımını yarıb keçir. Lahıc şəhərinin ortasından onu ikiyə bölərək Girdiman çayına tökülən iti Lulə Dərəsi çayı axır. Lahıc öz məscidi və meydanı olub, qədim adlarını qoruyub saxlayan bir sıra məhəllələrə bölünür: buradakı Dər-Həsən məhəlləsində çarvadarlar, Murodunda dəmirçilər və çarvadarlar, Bədoyunda keşduzlar, tacirlər, misgərlər, Ağəlidə misgərlər yaşayırdılar.

Şəhərciyin ən yüksək hissəsi Zəvərə məhəlləsi (keşduzlar) və Dərə-Hamam adlanır. Lahıc əhalisi ta qədimdən kustar üsulla mis qablar düzəltməklə, bu məqsədlə xüsusi kömür hazırlamaqla, habelə çarvadarlıqla – hazır məhsulu müxtəlif yerlərə daşıyıb satmaq və əvəzində xammal alıb gətirməklə məşğul olmuşlar. Əgər Şirvan və Arranın Bakı, Qəbələ, Şabran, Beyləqan, Gəncə və digər şəhərlərində saya və şirli saxsı qablar istehsal edilirdisə, Lahıcda buna bənzər mis qablar hazırlanırdı. Lahıc qabları rəngli keramika rəsmləri əvəzinə, bədii oyma ilə işlənmiş xalça naxışlarını xatırladan naxışlarla bəzədilirdi. "Hüdud əl-aləm"də (982) göstərilir ki, bütün dünyada məşhur olan yun parçalar və xalçalar üç nahiyədə – Şirvan, Xursan və Layzanda, yəni indiki Şamaxı, Bakı, Quba, Qonaqkənd, Lahıc və b. yerlərdə istehsal olunurdu.

Həmçinin bax

  • Şirvanşahlar
  • Şirvanşahlar dövləti
  • Azərbaycan (tarixi ərazi)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Layzan haqqında məlumat. Layzan nədir? Layzan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yaponiya Əhalisi

  • Fevral 27, 2026

    Eniqma maşını

  • Fevral 27, 2026

    Rekko Kalabriya

  • Mart 01, 2026

    Taraskonlu Tartaren

  • Fevral 28, 2026

    Qıpçaq (Bostanabad)

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst