Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Sulut kənd inzibati ərazi dairəsində kənd.
| Sulut | |
|---|---|
| 40°46′01″ şm. e. 48°27′27″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 986 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Sulut | |
Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var.
Etimologiyası
“Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir.
Coğrafiyası

Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir.
Əhalisi
Əhalisi 416 nəfərdir ki, onun da 207 nəfəri kişi, 209 nəfəri qadındır.
Tanınmış sakinləri
- Xəlil Əfəndiyev (1904–1974) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Baş prokuroru.
Abidələri
Kənddə Sulut abidələri adlanan, orta əsrlərə aid yaşayış yeri, Buzxana, Cümə Məscidi, Qıcılıq adlı yerdə qala, məqbərə və s. mövcuddur. Ağsu çayının sağ qolu olan Sulut çayının ətrafında Haram qalası, Qırxotaq qəsri, Fitdağ qalası kompleksləri yerləşir. Qazıntılar zamanı maddi–mədəniyyət nümunələri, o cümlədən müxtəlif əşyalar və 13–15 əsrlərə aid mis və gümüş sikkələr tapılmışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sulut haqqında məlumat. Sulut nədir? Sulut nə deməkdir?
