Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lahıc — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Lahıc qəsəbə inzibati əra

Lahıc

  • Ana Səhifə
  • Vikipediya
  • Lahıc

Lahıc — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Lahıc qəsəbə inzibati ərazi dairəsinin mərkəzi. Qəsəbə Lahıc bələdiyyəsinə aiddir.

Lahıc
40°50′57″ şm. e. 48°23′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Dağlıq Şirvan iqtisadi rayonu
Rayon İsmayıllı rayonu
Bələdiyyə Lahıc bələdiyyəsi
Tarixi və coğrafiyası
İlk məlumat VII əsr
Sahəsi
  • 0,8 km²
Mərkəzin hündürlüyü 1.215 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 837 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3123
Nəqliyyat kodu 31
Digər
ivanovka.net
Lahıc xəritədə
Lahıc
Lahıc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mədəniyyəti

Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

1980-ci ildən muzey–qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Burada yaşayıb–yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi–mədəniyyət nümunələri hal–hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.

Coğrafiyası və iqlimi

Lahıc

Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

Əhali

1859–1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində 598 evdə etnik tatlardan ibarət 5.228 nəfər (2.889 nəfəri kişilər, 2.339 nəfəri qadınlar) əhali yaşayırdı. 10 sünni müsəlman ailəni çıxmaqla qalan əhali şiə müsəlmanlardan ibarət idi.

1 yanvar 1886-cı il tarixinə olan məlumata əsasən Lahıc kəndində 3.817 nəfəri kişilər və 3.098 nəfəri qadınlar olmaqla cəmi 6.915 nəfər əhali yaşayırdı. Onlardan 117 nəfəri (10 ailədə) bəy ailəsindən, 40 nəfəri (3 ailə) ruhani ailəsindən, 6.758 nəfəri isə (689 ailə) dövlət kəndlilərinin ailəsindən idi. Kənddə yerli əhali olan lahıclardan başqa Şamaxı şəhərindən olan bir neçə ailə, Qacar Şahənşahlığı təbələri olan bəzi ailələr və Samur dairəsinin Miskincə kəndindən olan bir neçə ləzgi ailəsi yaşayırdı. Kəndin əhalisi tamamilə müsəlman idi, təxminən 15 sünni ailəni çıxmaqla bütün əhali şiə təriqətində idi.

28 yanvar — 9 fevral 1897-ci il Ümumrusiya imperiyası siyahıyaalınmasına əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində hər iki cinsdən toplam 5.142 nəfər əhali yaşayırdı.

1959-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 1.981 nəfər (884 nəfəri kişilər, 1.097 nəfəri qadınlar) əhali yaşayırdı.

1979-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 862 nəfər (359 nəfəri kişilər, 503 nəfəri qadınlar) əhali yaşayırdı.

1989-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 842 nəfər (373 nəfəri kişilər, 469 nəfəri qadınlar) əhali yaşayırdı.

13–22 aprel 2009-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Lahıc qəsəbəsində 837 nəfər (413 nəfəri kişilər, 424 nəfəri qadınlar) əhali yaşayır.

İlSayı
1864 5.228
1886 6.915
İlSayı
1897 5.142
1959 1.981
İlSayı
1979 862
1989 842
İlSayı
2009 837

Milli tərkibi

Milli tərkibi
Etnik qrup 1926 sa. 1939 sa. 1959 sa. 1970 sa. 1979 sa.
cəmi4 0822 6721 981853884
azərbaycanlı4314621 962842*882
lahıc3 6432 206***
rus61158…
erməni……11…
yəhudi…1………
ləzgi…1……2
digər2132…

Lahıclar

Tatların bir qolunu təşkil edib, sənətkarlıqla məşğul olan, Lahıc (eləcə də Ərəgit) ərazisində yaşayan yerli əhalidir.

Tanınmış şəxsiyyətləri

  • Manaf Süleymanov — Yazıçı, nasir, tərcüməçi, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi.
  • Əli Bayramov — İnqilabçı.
  • Şövkət Səlimova — İlk Azərbaycanlı qadın gəmi kapitanı.

İqtisadiyyatı

XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdur. [mənbə göstərilməlidir] O dövrdə Lahıcda 100-dən artıq sənət növü misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və s. peşələr inkişaf tapmışdı.

Bu gün Lahıc çox saylı turisti cəlb edir. Türkiyədən, İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan buraya gələnlər əsasən Lahıcda dincəlmək istəyirlər.

Lahıca gedən yol aşırımdan keçir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır, hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir.

Abidələri

Lahıc qəsəbəsinin ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Lahıc Tarix–Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilmiş, lakin bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması üçün heç bir iş görülməmişdir. İldən–ilə bu tarixi abidə baxımsızlıqdan uçub–dağılır.

Din

Qəsəbədə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.

Məhəlli xəritəsi

Lahıc (Lahıc)
Nöqtə
Ağolu məscidi
Nöqtə
Bədöy məscidi
Nöqtə
Yuxarı Ərəgit məscidi
Nöqtə
Aşağı Ərəgit məscidi
Nöqtə
Zəvəro məscidi
Nöqtə
Nöqtə
Nöqtə
Nöqtə
Nöqtə
Nöqtə
Girdiman
qalası
Nöqtə
Nöqtə
Nöqtə
Qırmızı nöqtə
Girdimançay
Qırmızı nöqtə
Lüloçay
Qırmızı nöqtə
Darel-İya
Nöqtə
Hacı
Nurməmməd
Nöqtə
Hacı
Cahanbəxşə
Nöqtə
Zəvəro
Nöqtə
Baba
Nöqtə
Hacı Qara
Lahıcının məhəlli xəritəsi:
— muzey; — məscid; — “İl körpüsü”; — məktəb;
— su dəyirmanı; — kafe; — mehmanxana; — hamam; — bulaq; — xarabalıq

Şəkilləri

Sənətkarlıq

Həmçinin bax

Şablon:İsmayıllı rayonunun bələdiyyələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lahıc haqqında məlumat. Lahıc nədir? Lahıc nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    16 avqust

  • Fevral 23, 2026

    Lev Trotski

  • Fevral 23, 2026

    5 avqust

  • Fevral 23, 2026

    30 yanvar

  • Fevral 23, 2026

    Zöhr namazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst