Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bitki coğrafiyası və ya fitocoğrafiya və ya botaniki coğrafiya — bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərini

Bitki coğrafiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Bitki coğrafiyası

Bitki coğrafiyası və ya fitocoğrafiya və ya botaniki coğrafiya — bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərinin Yer kürəsində paylanmasını öyrənən botanika bölməsi.

Mündəricat

Tədqiqat istiqamətləri

Bitki coğrafiyası bioloji obyektləri, həm bioloji (tipoloji, müqayisəli, ekoloji, tarixi), həm də coğrafi (kartoqrafiya, ölkəşünaslıq, rayonlaşdırma) metodlardan istifadə edərək populyasiya-növ (populyasiyalar, növlər, yarımnövlər, cinslər, fəsilələr və daha ali taksonomik dərəcələr), senotik (bitki qrupları və ya fitosenozlar) və biotik (məhəlli və ya daha böyük ölçüdə bitkilik, flora kompleksləri təşkil səviyyələrində tədqiq edir.

Tarixi

Bitki coğrafiyasının meydana gəlməsi e.ə. IV əsrin sonlarına təsadüf edir. Bu barədə Feofrastın "Bitkilər haqqında tədqiqatlar" adlı 4-cü kitabında qeyd edilmişdir.

Müstəqil elm kimi XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşmışdır. Alman botaniki K.L.Vildenov, onun tələbəsi A.Humboldt, İsveçrə botaniki O.Dekandol və danimarkalı alim Y.Skou – Botaniki coğrafiyanın baniləridir.

Bitki coğrafiyasına dair faktiki materialların toplanması bir çox görkəmli botaniklərin ekspedisiya tədqiqatları ilə bağlıdır. XIX əsrdə ingilis bioloqu E.Forbs, botaniklər D.D. Huker, A. Dekandol, A. Qrizebax, A. Enqler, XX əsrdə ingilis botaniki D.Villis və amerikalı bioloq L. Kruaza bitki coğrafiyası nəzəriyyəsini xeyli zənginləşdirmişlər.

Müasir vəziyyəti

Müasir bitki coğrafiyası areal haqqında (bitkilərin xorologiyası); bitkilərin həyati formaları və onların Yer kürəsində paylanması günəş enerjisinin mənimsənilməsində, üzvi maddələrin əmələgəlməsində, oksigenin, karbonun və bütövlükdə Yer kürəsində bir çox digər həyati əhəmiyyətli birləşmələrin müxtəlif ərazilərdə və müxtəlif landşaftlarda dövranında, biomların ümumi məhsuldarlığında bitkilərin rolu (bitkilərin ekoloji coğrafiyası); yaşayış mühitinin müxtəlifliyi şəraitində bitkilərin məskunlaşması (bitkilərin dinamik coğrafiyası); bitki aləminin Yer kürəsində paylanmasını müəyyən edən zonallıq, sektorluq, hündürlük qurşaqları və s. kimi qlobal qanunauyğunluqlar (bitki örtüyünün coğrafiyası); bitki qruplaşmalarının müxtəlifliyini şərtləndirən coğrafi qanunauyğunluqlar, o cümlədən bitkilik tipləri (bitki coğrafiyası); floralar; Yer kürəsinin bitki örtüyünün coğrafi xüsusiyyətlərinin vaxt baxımından dəyişmə qanunauyğunluqları, bitkilərin ümumi təkamül prosesində növün filogenezi ilə sıx bağlı olan filosenogenez və florogenez prosesləri haqqında (floro-genetika) təlimləri əhatə edir. Yer kürəsində bitki müxtəlifliyinin qeyri-bərabər paylanması və bununla bağlı biotanı təşkil edən mikroorqanizmlər, göbələklər və heyvanlar kimi bütün digər müxtəlifliklərin qeyri-bərabərliyi; bitki müxtəlifliyinin məkan və zaman baxımından dinamikasının onların yaşadıqları mühitdəki dəyişikliklərlə sıx əlaqəsi; bitkilərin (həmçinin bütün canlı orqanizmlərin) təkamülü, biotik səviyyədə çox hallarda coğrafi amillərlə müəyyən edilən proseslərin çoxsəviyyəli xarakteri – bitki coğrafiyasının əsas postulatlarıdır.

Bitki coğrafiyası bitki biomüxtəlifliyi mühafizəsinin praktiki təşkili, təbii qorunan ərazilərin beynəlxalq sisteminin yaradılması üçün dəyərli məlumatlar verir. Bitki coğrafiyasının müxtəlif istiqamətlərin rolu da bitki introduksiyası təcrübəsi, torpaq sahələrini qiymətləndirmə kadastrı və torpaqdan istifadənin planlaşdırılması, ölkə və qitələrin hissə-hissə kompleks rayonlaşdırılması üçün olduqca vacibdir.

Yalnız Yer kürəsinin, yaxud onun ayrı-ayrı regionlarının bitki aləmini öyrənən bilik sahəsi kimi "Bitki coğrafiyası" termini daha dar mənada başa düşülür. Bu halda bəzi alimlər (xüsusilə əcnəbi) "Bitki coğrafiyası" terminini "geobotanika" termininin sinonimi sayır, digərləri onu geobotanikaya qarşı qoyaraq bitki cağrafiyasını Yer kürəsinin bitki örtüyünün (zonallıq, hündürlük qurşaqları) ümumi qanunauyğunluqlarına dair elm hesab edirlər.

Ədəbiyyat

  • Brown, J.H. & Lomolino, M.V. 1998. Biogeography. 2nd edition. Chapter 1.
  • Humboldt, A. von & Bonpland, A. 1805. Essai sur la geographie des plantes. Accompagné d'un tableau physique des régions équinoxiales fondé sur des mesures exécutées, depuis le dixiéme degré de latitude boréale jusqu'au dixiéme degré de latitude australe, pendant les années 1799, 1800, 1801, 1802 et 1803. Paris: Schöll, .
  • Polunin, N. 1960. Introduction to plant geography and some related sciences. New York, McGraw-Hill, .
  • Wallace, A. R. 1878. Tropical nature and other essays. Macmillan, London.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bitki coğrafiyası sözünün mənası, bitki coğrafiyası haqqında məlumat. bitki coğrafiyası nədir? bitki coğrafiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yeni Şotlandiya

  • Fevral 27, 2026

    Buruc surəsi

  • Fevral 27, 2026

    Sahil metrostansiyası

  • Mart 06, 2026

    Məstalıbəyli

  • Fevral 27, 2026

    Artsax Prezidenti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst