Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024).
| Kərəm Mustafayev | |
|---|---|
| |
| 14 may 2014 – 10 iyul 2024 | |
| Nazir | Zakir Həsənov |
| Sonrakı | Kənan Seyidov |
| 8 dekabr 1998 – 14 may 2014 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 iyul 1962 (63 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Hərbi xidmət | |
| Mənsubiyyəti | Müdafiə Nazirliyi |
| Qoşun növü | |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi (1992–1994) |
| Rütbəsi | General-polkovnik |
| | |
| Təltifləri | |
Həyatı
Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var.
1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib.
1991–1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini — briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992–1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı təyin olunub. 10 iyul 2024-cü ildə bu vəzifədən azad edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Kərəm Mustafayevə 25 may 1998-ci ildə general-mayor, 19 yanvar 2002-ci ildə general-leytenant, 25 iyun 2020-ci ildə isə general-polkovnik ali hərbi rütbələri verilib.
Təltif və mükafatları
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin:
- 24 iyun 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni,
- 22 iyun 2006-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,
- 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
- 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 24 iyun 2014-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərəm Mustafayev haqqında məlumat. Kərəm Mustafayev nədir? Kərəm Mustafayev nə deməkdir?
