Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7

Kərimli (Oğuz)

  • Ana Səhifə
  • Vikipediya
  • Kərimli (Oğuz)

Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır.

Kərimli
40°58′31″ şm. e. 47°28′21″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.473 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4819
Xəritəni göstər/gizlə
Kərimli xəritədə
Kərimli
Kərimli

Mündəricat

Toponimikası

Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır.

Tarixi

Tarixi abidələri

Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı–tədqiqat işləri aparılır.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km. aralı, Alazan–Əyriçay çökəkliyində yerləşir.

Əhalisi

Kərimli kəndinin əhalisi 3473 nəfərdir (1 yanvar 2017-ci il).

Tanınmış şəxsləri

  • Mücrim Kərim Vardani — Şair.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə sənətkarlıq da (dəmirçilik, bənnalıq, dülgərlik, xarratlıq, dərzilik və s.) inkişaf etmişdir. Burada ticarət, iaşə, məişət xidməti obyektləri, elektrik dəyirmanı fəaliyyət göstərir. Əhali təbii qazdan istifadə edir.

Mədəniyyəti

Kənddə klub, kitabxana, poçt və 512 nömrəlik elektron ATS var.

Təhsil

Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.

Din

Kənddə Kərimli kənd məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Kənddə həkim ambulatoriyası və aptek var.

Həmçinin bax

  • Kərimli kənd kurqanları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərimli (Oğuz) haqqında məlumat. Kərimli (Oğuz) nədir? Kərimli (Oğuz) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nalburunlar

  • Fevral 27, 2026

    Orden

  • Fevral 23, 2026

    Sivilizasiya

  • Fevral 25, 2026

    Zöhrab Adıgözəlzadə

  • Fevral 25, 2026

    Çaylı (Tərtər)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst