Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəpəz — Kiçik Qafqazda, Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacında yerləşən dağ.

Kəpəz dağı

  • Ana Səhifə
  • Vikipediya
  • Kəpəz dağı

Kəpəz — Kiçik Qafqazda, Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacında yerləşən dağ.

Kəpəz
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Göydağ
Mütləq hündürlüyü 3066 m
Yerləşməsi
40°21′06″ şm. e. 46°20′44″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
  • Göygöl
Kəpəz xəritədə
Kəpəz
Kəpəz
Kəpəz xəritədə
Kəpəz
Kəpəz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikasının Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyindədir. Hündürlüyü 3066 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Yuranın əhənkdaşılarından təşkil olunmuşdur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olmuşdur. Son uçqun 1139-cu ildə baş vermişdir. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl, Maralgölü əmələ gətirmişdir.

Mündəricat

Tarixi

Kəpəz dağı uzaqdan

Kəpəz dağı Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacındadır. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və b. göllər əmələ gəlmişdir. Bəzi tədqiqatçılara görə, kəpəz sözü türk dillərində "qaya" və ya "su kənarında qaya" mənasındadır. Bir qrup tədqiqatçılar isə oronimin kəp (Azərbaycan dilinin bəzi dialektlərində "pillə", "pilləli qaya") və kəz/gəz (dağ başında batıq, çökək) komponentlərindən ibarət olub, "zirvəsi çökəkli, pilləli, qayalı dağ" mənasını bildirdiyini göstərirlər. Dağın bu adı alması, görünür, onun zəlzələdən sonra pilləli, qayalı şəklə düşməsi ilə əlaqədardır. XII-XIII əsr müəllifləri (N.Gəncəvi, Zəkəriyyə əl-Qəzvini və b.) dağın adını Hərək kimi qeydə almışlar. Türkmənistan ərazisində də Hərəkdağ adlı dağ mövcuddur. Dağın zəlzələdən əvvəlki adı olan Hərək türk dillərində "ikihürgüclü dəvə" mənasında izah edilir. Belə güman edilir ki, zəlzələdən əvvəl bu dağın görünüşü ikihürgüclü dəvəyə bənzədiyinə görə belə adlandırılmışdır.

Həmçinin bax

  • Bazardüzü
  • Bazaryurd
  • Xınalıq
  • Şahdağ (zirvə)
  • Azərbaycan Respublikasında ən yüksək dağ zirvələri  

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəpəz dağı haqqında məlumat. Kəpəz dağı nədir? Kəpəz dağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hatay

  • Fevral 27, 2026

    Artemisia alpina

  • Fevral 24, 2026

    Fridrix Engels

  • Fevral 28, 2026

    İrokezlər

  • Fevral 23, 2026

    1 iyul

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst