Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danış

Kürdlər

  • Ana Səhifə
  • Vikipediya
  • Kürdlər

Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar.

Kürdlər
Kurdan کوردان
Əziz xan Mükri
Şərəf xan Bidlisi
Əhməd Xani
Əlimərdan xan Zığ
Səid Nursi
Əhməd Qaya
Ümumi sayı
30.000.000 – 35 022 000
Yaşadığı ərazilər
Türkiyə Türkiyə 10-17 milyon (2006)
İraq İraq 5 422 000 (2008)
İran İran 4 934 000 (2006)
Suriya Suriya 1 490 000 (2010)
Almaniya Almaniya 541 000
Əfqanıstan Əfqanıstan 20 100
Livan Livan 215 000
Niderland Niderland 72 000
İsveçrə İsveçrə 35 100
Avstriya Avstriya 23 000
Türkmənistan Türkmənistan 6 000 (2008)
Ermənistan Ermənistan 42 139 (2001)
Gürcüstan Gürcüstan 20 843 (2002)
Azərbaycan Azərbaycan 6.100 (2009)
Dili

Kürd dili, Türk dili

Dini

İslam
(Azlıq Yezdanizm, Xristianlıq və İudaizm)

Qohum xalqlar

Farslar,Bəluclar,Puştunlar,Talışlar

Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir.

Mündəricat

Dil və mənşə

Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc .

  • Soran dili :
  • Kurmanc dili :

Məskunlaşma

Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur. Ancaq təxmini də olsa bu haqda rəqəmlər irəli sürmək olduqca çətindir, belə ki, XXI əsrin əvvəlində kürdlər dünyaya səpələnmiş şəkildə onlarla ölkədə yaşasalar da onların əksəriyyəti bu ölkələrdə yeni yaranmış diasporalara sahibdirlər və əksərən yaşadıqları ölkələrin vətəndaşları deyildirlər. Nəticədə onların saylarına dair təxminlər verilərkən böyük ölçüdə vətəndaşlıqları ikinci plana alınaraq gözardı edilir, həm vətəndaşaları olduqları ölkələrdə həm də əcnəbi statusunda yaşadıqları ölkələrdə hesablanırlar və nəticədə təxminlər qeyr-real şəkil alaraq süni olaraq artır. Əminliklə söyləmək münkündür ki, kürd etnosuna mənsub fərdlərin təxminən 90–95%-ə qədəri Türkiyə, İraq, Suriya və İran dövlətlərinin vətəndaşlarıdır (xeyli ölçüdə İraq, İran və Suriya vətəndaşı olan kürd əsilli əhali müharibə və digər humanitar fəlakətlərin təsirindən yayınmaq, daha yaxşı həyat şəraiti axtarışı və sairə amillərin təsiri ilə qeyr-qanuni şəkildə Türkiyəyə köçmüş və hazırda vətəndaşlıqları olmadan daimi olaraq bu ölkədə yaşamaqdadırlar). Avropada məskunlaşmış kürd diasporalarına aid olan insanların təxminən 75%-80%-i isə məskunlaşdıqları ölkələrin vətəndaşları deyildirlər (böyük ölçüdə Türkiyə vətəndaşlarıdır).

Türkiyədə

1965-ci il sa.-ına əsasən ana dili kürdcə olan əhalinin vilayətlər üzrə paylanması

Türkiyədə kürdlərin sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir.

  • 1965-ci ildə aparılmış siyahıyaalmada kurmanc dilini ana dili kimi 2.219.502 nəfər (ana dilini kurmanc dili olaraq qeyd edənlərin 1.323.690 nəfəri kurmanc dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi (yəni ana dilini kurmanc dilindən başqa bir dil olaraq göstərən və həmçinin kurmanc dilini də bildiyini qeyd edənlər; bunlar içərisində ana dilini zaza, türk, ərəb, çərkəz, süryani və erməni dilləri olaraq qeyd edənlər birlikdə 99%-dən çox olmuşdur) isə 429,168 nəfər göstərmişdir, yəni Türkiyənin zazalar sayılmadan qeyd edilən iki göstəriciyə əsasən kurmanc dilini bilən əhalisi 2,648,670 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31,391,421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 8,44%-ni kürdlər (kurmanclar) təşkil edirdi (Belə ki, kürd dilinin kurmanc ləhcəsini bilən hər kəs etnik olaraq kürd olmamışdır, yəni "ikinci ən yaxşı bildiyim dil" qrafasında "kurmancca" deyə qeyd edənlərin içərisində kökən olaraq şərqi anadoluda kürdlərlə iç-içə yaşayan və müəyyən dərəcədə "dil baxımından kürdləşmiş" şiə türklər-öz deyimləri ilə ələvi türkmənlərin, həmçinin məlum səbəblərdən dolayı əsasən XX əsrin əvvəllərində 1910–1920-ci illərdə sürətlə islamı qəbul etmiş və ya onun kölgəsinə sığınmış bölgədən köç etməyərək "erməni şüuruna sahib olduğu halda" özünü kürd olaraq göstərən ermənilərin, kürdlərlə qarşılıqlı dolğun qohumluq əlaqələri olan ərəblərin müəyyən hissəsinin, kürdlərdən ayrı bir millət hesab edilən zazaların da olması nəzərə alınmalıdır).
  • Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76,667,864 nəfərdir . Əgər bu nisbət payı (8,44 %) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 6.471 milyon nəfər kürd yaşamalıdır. Ancaq uzun illərdir kürdlərin əksəriyyətinin məskunlaşdığı Türkiyənin şərq və cənub-şərq vilayətlərində əhalinin təbii artımının yüksək olması, həmçinin 1-ci körfəz müharibəsində 1 milyondan artıq kürdün İraqdan Türkiyəyə keçərək burada məskunlaşması kürdlərin ölkə əhalisi içərisində payını xeyli artırmışdır.
  • Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyə əhalisinin 76%-ni Anadolu türkləri, 15,7%-ni kürdlər və zazalar, 2,8%-ni digər türk xalqlarının nümayəndələri, 0,7%-ni ərəblər, 4,7%-ni isə digər etnik qruplar təşkil edir.

İranda

2010-cu ildə İran Mədəniyyət Nazirliyinin həyata keçirdiyi ölkə miqyaslı sorğuya əsasən danışanların ana dili əsasında İran kürdlərinin məskun olduqları ostanlar və həmin ostanlarda əhali içində nisbətləri.

İranda kürdlər ölkə əhalisinin təxminən 5 % – 7%-ni təşkil edirlərlər (bu zaman bu qurupun içərisinə sayları 1 milyondan yuxarı olan və lur dilində danışan ləklər, lur dilində danışan feylilər və kermanşahilər, həmçinin tutarlı elmi əsaslarla kürd olmadıqları təsdiqlənmiş zaza toplumuna daxil olan goranlar və s. kürdlüyü mübahisə doğuran qruplar sayılmadan irəli sürülmüş təxminlərə əsasən 5,3%) və bu payla onların İranda sayı 2006-cı ilə olan təxmini hesablamalara əsasən 4,9 milyon nəfərdir.

İraqda

  • 1957-cii ildə İraqda aparılmış siyahıyaalmanın 1959-cu ilin əvvəlində elan olunmuş yekun nəticələrinə əsasən İraqın 6,34 milyon nəfərlik əhalisinin 12,92%-ni (819 min nəfər) kürdlər, 8,94%-ni (567 min nəfər) isə türkmanlar təşkil etmişdir. Sonrakı siyahıya almalarda türkmənlərin sayı süni şəkildə azaldılaraq bölgələrdən asılı olaraq ya ərəb ya da kürd kimi qeyd edilmişdir.
  • 2008-ci ilə olan rəsmi təxminə əsasən İraq əhalisi 31,895,637 nəfərdir . Müxtəlif təxminlərə əsasən kürdlər ölkə əhalisinin təxminən 13%-ni, 15%-ni, 17%-ini və ya 20%-ni təşkil edirlər və bu payla onların İraqda sayı 2008-ci ilə olan təxmini hesablamalara əsasən 4,1–6,4 milyon nəfərdir.

Suriyada

Suriya və Livanda dini və etnik topluluqların xəritəsi, 1935-ci il

Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31.12.2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000 nəfər olduğu təxmin edilir. Suriyada kürdlərin ümumi əhali içərisindəki nisbətinə dair müxtəlif təxminlər (1993-cü ilə 938 min nəfər və ya əhalinin 6,3%-i ; 1995-ci ilə 1,075,100 nəfər və ya 14,661,500 nəfər ölkə əhalisinin 7,33%-i ; 2001-ci ilə 500 min nəfər və ya əhalinin 2,8%-i ; 2002-ci ilə 1,5 milyon nəfər və ya əhalinin 8%-i ; 2004-cü ilə 1,8 milyon nəfər və ya əhalinin 10%-i ; 2004-cü ilə 2,5 milyon nəfər və ya əhalinin 13%-14%-i) mövcuddur. Bu təxminlər 2,8%-dən 14%-dək dəyişməkdədir. Bu təxminləri nəzərə alaraq Suriyada kürdlərin sayını 2011-ilin sonu üçün 0,6–3 milyon arasında qiymətləndirmək münkündür.

Azərbaycanda

Kürdlər hazırda Naxçıvan MR-nın Şərur rayonunun Dərəkənd kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Minkənd, Kamallı, Şeylanlı, Katos, Ağcakənd Şəlvə Ağbulaq kəndləri), Kəlbəcər (Soyuqbulaq, Yuxarı Şurtan, Orta Şurtan, Aşağı Şurtan, Xallanlı, Çaykənd, Ağcakənd və Oruçlu Rəhimli (Kəlbəcər) elliklə), Qubadlı (Zilanlı Kürd Mahruzlu kəndi) rayonlarında da kürdlər yaşayırdılar. İşğaldan sonra bu rayonların əhalisi Azərbaycanın digər şəhər və rayonlarına məcburi köçkün düşmüşlər.

Kürdlərin sayı: 1979, 1999, 2009 sa.
İnzibati-ərazi vahidi 1979 1999 2009
Bütün ölkə üzrə5 67613 0756 065
Laçın rayonu2 4375 0731 914
Naxçıvan MR1 6962 2821 321
Samux rayonu865753
Xaçmaz rayonu485607603
İsmayıllı rayonu382498
Yevlax rayonu879210
Bakı şəhəri ə/d51760185
Goranboy rayonu…162102
Qazax rayonu102100
Ağstafa rayonu6768
Kəlbəcər rayonu41 24838
Göygöl rayonu29912334
Gəncə şəhəri12231
Tərtər rayonu7727
Abşeron rayonu…27
Şəki rayonu1154726
Şəmkir rayonu…6822
Oğuz rayonu…21
Ağcabədi rayonu118
Lənkəran rayonu…14
Zəngilan rayonu…14
Sumqayıt şəhəri ə/d…9
Daşkəsən rayonu208
Mingəçevir şəhəri57
Salyan rayonu344
Şuşa rayonu333
Gədəbəy rayonu321
Tovuz rayonu147…
Göyçay rayonu6…
Bərdə rayonu3…
Xocalı rayonu2…
Füzuli rayonu…1…
Saatlı rayonu…1…

İraqın Süleymaniyə şəhərində kürd təşkilatlarının qurultayı keçirilib. Qurultayda nümayiş etdirilən "qırmızı Kürdüstanın" xəritəsinə Naxçıvan, Laçın, Zəngilan, Qubadlı və Kəlbəcər rayonları daxil edilib, kürdlərin Azərbaycanda məskunlaşması məsələsi müzakirə olunub. Məhz həmin qurultaydan sonra kürdlərin Azərbaycan Respublikasına köçürülməsi planlı şəkildə həyata keçirilir.,

Ermənistanda

2001-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Ermənistanda bu ölkənin vətəndaşı olan 40,620 nəfər Yezidi Kürd və 1,519 nəfər Müsəlman Kürd yaşayır .

Livanda

Kürdlərin Livana ilk gəlişləri XVI əsrin əvvəllərində təxminən Osmanlı Sultan I Səlimin hakimiyyəti dövründə başlamışdır. Sultan tərəfindən bu ərazidə yerləşən bəzi feodal bölümlərə hakim vəzifələrə təyin edilmiş kürd ailələri XIX əsrədək demək olar ki tamamiylə ərəbləşərək assimilyasiya olmuşdurlar. Hazırda Livanda mövcud olan kürd toplumunun Livanda məskunlaşma tarixi isə I dünya müharibəsinin başlanması dövrünə təsadüf edir. Ancaq bu ölkədə yaşayan kürdlərin təxminən 95%-i iki əsas köç dalğası (1925–1937-ci illərdə Türkiyədən, 1960-cı ildən sonra Suriyadan) ilə Livana yerləşən əhalinin varisləridir. Suriyada yaşayan kürdlərin çoxu Türkiyə kökənlidir və 1925–1937-ci illər arasında Türkiyədə baş vermiş kürd qiyamları zamanı qiyamda iştirak etmələri ilə əlaqədar Türkiyə xüsusi xidmət orqanları tərəfindən təqib olunduqlarından dolayı ölkələrini tərk edərək Livanda məskunlaşmışdırlar . Onların demək olar ki, hamısı hazırda Livan vətəndaşlarıdır. Torpaq islahatları (özəlləştirmə) aparan mərkəzi Suriya hökuməti islahatlar gedişində ölkənin şimal bölgələrində torpaq sahibliyinə və vətəndaşlığa dair sənəndlərdə xeyli ölçüdə saxtakarlıqlar olmasından şübhələnərək 1962-ci ildə (rəsmi s.a. 1960-cı ildə aparılmışdı) bu bölgələri əhatə edən xüsusi siyahıya alma aparmışdır, nəticədə 1945-ci ildən sonra qeyri-qanuni olaraq Türkiyədən ölkəyə köç edərək məskunlaşmış və saxta sənədlər alaraq torpaq payına iddia edən 120,000 nəfər (Suriyada yaşayan cəmi kürdlərin təxminən 45%-i qədər) kürd müəyyən olunmuş və oların pasportları müsadirə edilərək vətandaşlıqları ləğv olunmuşdur. Kürdlərin Suriyada hüquqlarını bərpa edə bilməyən bu qismi ölkəni tərk edərək xaricə üz tuturlar. Onların müəyyən hissəsi 1960–1980-ci illərdə Livanda məskunlaşmışdır. Livanda yaşayan kürdlərin ümumi sayı (1985-ci ilə dair təxminlərdə 60,000–90,000 nəfər) hazırda (2012) qeyri-rəsmi hesablamalara əsasən 75,000–100,000 nəfər dolayında qiymətləndirilir. Bütün kürdərin 75%-80%-i Beyrut mühəfazasında (əsasən Beyrut şəhərində) məskunlaşmışdır. Livanda yaşayan kürdlərin 70%-i bu ölkə vətəndaşı deyildirlər.

Gürcüstanda

1939-cu ildə aparılmış siyahıya almaya əsasən Gürcüstanda 12,915 nəfər müsəlman və Yezidi kürd yaşayırdı. Həmin siyahıya alamaya əsasən 13 min nəfərə yaxın kürdün təxminən 4,000 nəfəri Mesxetiya-Cavaxetiya bölgəsində, 3,000 nəfəri əsasən Batum şəhəri olmaqla Acarıstan MR-da, 6,000 nəfəri isə digər iri sənaye mərkəzlərində məskunlaşmışdı. SSRİ Komunist Partiyasının birinci katibi İosif Koba Cuqaşvili Stalinin əmriylə 1944-cü ildə Gürcüstanın Türkiyə sərhəddi boyu məskunlaşmış 100,000 nəfər müsəlman (Ahıska türkləri, Kürdlər və Müsəlman Ermənilər-Hemşinlilər) əhalisi əsasən Qazaxıstan, qismən Qırğızıstan, Türkmənistan və Özbəkistana sürgün edildilər . Sürgün olunanların təxminən 9,000 nəfərini müsəlman kürdlər təşkil edirdi. 2002-ci ildə Gürcüstanda aparılmış rəsmi siyahıya almaya əsasən bu ölkədə 18,329 nəfər Yezidi və 2,514 nəfər Müsəlman Kürd yaşayır. 2002-ci il siyahıya almasına əsasən 18,329 nəfər Yezidi kürdün 17,116 nəfəri Tiflis şəhərində, 357 nəfəri Telavi rayonunda, 293 nəfəri Rustavi (Bostandərə) şəhərində qalanları isə digər ərazilərdə məskunlaşmışdır. İşsizlik və ağır sosial şəraitin təsiri ilə Yezidi kürdləri ölkəni kütləvi surətdə tərk edir və qazanc axtarmaq məqsədiylə Avropa ölkələrinə miqrasiya edirlər. Nəticədə ölkədəki Yezidi kürdlərin sayı kəskin azalmışdır. 2005-ci ilə olan təxminə əsasən Gürcüstanda daimi olaraq 6,000 nəfər Yezidi kürd yaşamaqdadır.

Əfqanıstanda

Hazırda Əfqanıstanda yaşayan çoxsaylı onlarla xalqlar içərisində kürdlər də az sayda təmsil olunmaqdadırlar. Onlar əsasən dağınıq halda Herat, Kabil və sairə kimi iri şəhərlərdə məskunlaşmışdırlar. Ana dilləri kurmanccadan başqa əsasən türkmən və dari dillərində danışan kürdlərin sayları Əfqanıstan əhalisinin (2011-ci ilin əvvəlində 25.500.100 nəfər) təxminən 0,10%-i qədərdir.

Türkmənistanda

10–21 yanvar 1995-ci il rəsmi əhali siyahıya alınmasına əsasən Türkmənistanda 6,097 nəfər kürd yaşamaqdadır.

Tacikistanda

21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 7 nəfəri etnik kürdlərdən ibarətdir.

Avropada

Finlandiyada 7.135 nəfər kürd yaşayır.

Tanınmış kürdlər

  • Səid Nursi – Türkiyəli İslam alimi və filosofu
  • İntizar – Türkiyəli müğənni
  • Yıldız Tilbə – Türkiyəli müğənni : atası Ağrılı sünni kürd
  • İclal Aydın – Türkiyəli aktrisa, şairə : atası kürd
  • Şərəf xan Bidlisi – siyasətçi, yazar
  • Əhməd Qaya – Türkiyəli müğənni : atası kürd
  • Özcan Dəniz – Türkiyəli müğənni : ana və atası kürd
  • Alişan – Türkiyəli müğənni
  • Emrah İpek – Türkiyəli müğənni
  • Nihad Doğan – Türkiyəli müğənni
  • Fərhad Köçər – Türkiyəli müğənni
  • Mehmet Ali Erbil – Türkiyəli aktyor
  • Mehmet Ali Alabora
  • Bəylər Eyyubov – Azərbaycan Respublikası Prezidentinin Mühafizə Xidmətinin rəisi.
  • İbrahim Tatlısəs – Türkiyəli müğənni, aktyor, iş adamı :

Siyasətçilər

  • Bülənt Ecevit – Türkiyə siyasətçisi, keçmiş Baş Nazir: ata nəsli kürd, ana nəsli boşnak (serb)
  • Zeki Ergezen
  • Dengir Mir Mehmet Fırat
  • Hüseyin Çelik
  • Abdülkadir Aksu
  • Hayati Yazıcı
  • Salih Sümer : 25 iyun 1993 – 5 oktyabr 1995 tarixlərində 50-ci TC Hökumətinin Devlet Bakanı
  • Bülent Arınc : 5 iyul 2011 tarixindən 61-ci TC Hökuməti Devlet Bakanı ve Başbakan Yardımcısı
  • Egemen Bağış : 5 iyul 2011 tarixindən 61-ci TC Hökuməti Avrupa Birliği Bakanı ve Başmüzakereci
  • Mehmet Şimşek : 2007-ci ildən başlayaraq idiyədək (2011-ci il) AKP (Adalet ve Kalkınma Partisi) millətvəkili, 29 avqust 2007 – 1 may 2009 tarixlərində TC Ekonomiden Sorumlu Devlet Bakanı, 1 may 2009 – 14 iyun 2011 tarixlərində TC Maliye Bakanı, 5 iyul 2011 tarixindən 61-ci TC Hökuməti Maliye Bakanı .
  • Mehmet Zafer Çağlayan : 1 may 2009 – 14 iyun 2011 tarixlərində TC Yurtdışı Müteahitlik ve Dış Ticaretten sorumlu Devlet Bakanı, 5 iyul 2011 tarixindən 61-ci TC Hökuməti Ekonomi Bakanı .
  • Mehmet Mehdi Eker : 5 iyul 2011 tarixindən 61-ci TC Hökuməti Gıda, Tarım ve Hayvancılık Bakanı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kürdlər haqqında məlumat. Kürdlər nədir? Kürdlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ərəb ədəbiyyatı

  • Fevral 23, 2026

    Neftçala rayonu

  • Fevral 23, 2026

    Xaçmaz rayonu

  • Fevral 23, 2026

    31 yanvar

  • Fevral 11, 2026

    İctimai müqavilə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst