Məhəmməd Hənəfi Həsən oğlu Terequlov (7 (19) noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.
| Hənəfi Terequlov | |
|---|---|
| Məhəmməd Hənəfi Həsən oğlu Terequlov | |
| |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 7 (19) noyabr 1877 |
| Doğum yeri | |
| Vəfat tarixi | 18 dekabr 1942 (65 yaşında) |
| Vəfat yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | opera müğənnisi, aktyor, teatr xadimi, inqilabçı, siyasi fəal[d] |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | + |
Həyatı
Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də (yeni təqvimlə 19-da) Tiflisdə anadan olmuşdur. Hənəfi Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin seminariyanın tam kursunu bitirmiş və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə etmişdir. O,1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlamışdır. Bundan əvvəlki dövrlərdə isə Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Əştərəkdəki məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir.
O, Tiflisdə apardığı bolşevik təbliğatına görə 1909-cu ildə növbəti dəfə həbs olunub.
Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.
Filmoqrafiya
- Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli
- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hənifə Terequlov haqqında məlumat. Hənifə Terequlov nədir? Hənifə Terequlov nə deməkdir?
