Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcu

Künduz xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Künduz xanlığı

Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır.

Xanlıq
Künduz xanlığı
Künduz xanlığı
 — 
Paytaxt Künduz
Rəsmi dilləri özbək
fars
Din İslam
Əhalisi özbəklər türkmənlər taciklər
İdarəetmə forması monarxiya

Mündəricat

Tarixi

Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı. 1785-ci ildə Narin dairəsinin əmiri əslən Əndicandan olan Kuvat xan Timur şahın Sind və Pəncabda olan çətinliklərindən istifadə edərək Künduz şəhərini ələ keçirdi. Kuvat xan da Künduz şəhərini əla keçirdikdən sonra müstəqil dövlət yaratdığını elan etdi.

Çiçəklənmə dövrü

Kuvat xan məşhur özbək qəbiləsi olan Kataqanın nümayəndəsi idi. Bu səbəbdən xanlıqda mühüm vəzifələri bu tayfanın nümayəndələri tuturdular.

1832-ci ildə Künduzun hökmdarı Məhəmməd Murad-Bəy Kabadian, Qulab, Kurqan-Tubeni tutdu. 1842-ci ildə Murad-Bəyin ölümündən sonra Kabadian müstəqilik əldə etdi. Künduz əmirliyi Kokand xanlığı ilə dostluq münasibətləri saxlayırdı. Xüsusən Məhəmməd Əli xanın (1822-1842) dövründə xanlıqlar arası müttəfiqlik münasibətləri var idi. Məhəmməd Əli xan Künduz xanlığına hər cür dəstək göstərirdi.

Xanlığın iqtisadiyyatı kənd təsərrüfatı yönümlü olmuşdur. Ən iri şəhəri paytaxt Künduz idi. Xanlıq ərazisində pambıq, əncir, buğda qarpız və yemiş əkilirdi. Heyvandarlıq xüsusən qoyunçuluq geniş inkişaf etmişdir. Yerli yemişlər xanlıqdan kənarda da məşhur idi. Sənətkarlıq, xüsusən xalçaçılıq və dulusçuluq inkişaf etmişdir.

Xanlığın əhalisi əsasən köçəri və yarımköçəri həyat sürürdü. Özbəklər, türkmənlər xanlığın əsas əhalisi sayılırdı. Lakin buna baxmayaraq, xanlıqda köçəri puştunlar və taciklər də yaşayırdılar.

Süqutu

XIX əsrin ortalarında bütün Cənubi Türkistan Gündüz xanlığı da daxil olmaqla Buxara əmirliyinin nəzarəti altında idi. Lakin daimi daxili müharibələr və xarici müdaxilələr xanlığın məhvinə gətirib çıxarırdı. Xanlıqda əsas mübarizə yerli sakinlər ilə əfqan tayfaları arasında gedirdi. Əfqanlar bu əraziləri Şimali Əfqanıstan hesab etdiklərindən, buraya sahib olmağa çalışırdılar. Künduz xanlığı Buxara xanlığı tərəfindən dəstəklənirdi. Əfqanlar isə britaniyalılardan kömək alırdı. Xüsusən Əfqanıstan əmiri Dost Məhəmməd xanın dövründə bu müdaxilələr güclənməyə başladı. Əfqanıstanda mərkəzləşmiş dövlət yaratmağa çalışan Dost Məhəmmədin rəhbərliyi ilə əfqanlar 1850-ci ildə Bəlx və Taşqurqanı, 1855-ci il Akça daxil olmaqla daha dörd qərb xanlığını əla keçirdilər. Bununla əfqanlar Günduzə təhlükə yaratmağa başladılar.

1859-cu ildə Dost Məhəmməd xan tərəfindən Günduz fəth edildi.

Künduz əhalisinin müstəqillik uğrunda mübarizəsi uzun müddət davam etdi. Buxara xanlığı əmiri Müzəffər künduzlulara əfqanlara qarşı mübarizədə dəstək göstərməsinə baxmayaraq, bu mübarizə məğlubiyyətlə nəticələndi. Belə ki, 1873-cü ildə imzalanmış İngilis-Rusiya müqaviləsi ilə Künduz daxil olmaqla, bütün Cənubi Türkistan Əfqanıstanın nəzarətinə keçdi. Əbdürrəhman xanın (1880-1901) sərt siyasəti ilə bu uzaq əyalət bütünlüklə Kabula tabe edildi.

Günduz hakim və xanları

  • 1505 - 1706-ci illərdə Bədaxşana tabe idi.
  • Mahmud Bəy (təqribən 1706).
  • Yusif Bəy (təxminən 1720).
  • Kubat xan (təqribən 1768).
  • Məhəmməd Murad-Bəy xan (təqribən 1820 - 40).
  • Rüstəm Bəy, oğul (təqribən 1840 - 50).
  • Mir Atalık, qardaşı (1850 - 65).
  • Sultan Murad, oğul (1865 - 87).
  • Əli Bardi xan, oğul (1887 - 1919).
  • 1919-cu ildə Əfqanıstana (1869-cu ildən etibarən vassal şəklində).

Ədəbiyyat

  • Национальная энциклопедия Узбекистана. Ташкент, 2000.
  • Бурхан-уд-Дин-хан-и Кушкеки, Каттаган и Бадахшан, пер. с перс., под ред., с предисловием А. А. Семенова, Таш., 1926
  • Lord, A memoir on the Uzbek State of Kunduz and the power of its present ruler Mypad Beg, L., 1839.
  • Мулла Мухаммад Сангин. Тарих-и Бадахшан. Москва: Наука, 1997. (на Востлите: предисловие, часть 1, часть 2, дополнения).

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Künduz xanlığı haqqında məlumat. Künduz xanlığı nədir? Künduz xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kobus kob

  • Mart 01, 2026

    Sultanbud döyüşü

  • Fevral 27, 2026

    Natrium hidrofosfat

  • Fevral 27, 2026

    Bilal

  • Fevral 28, 2026

    Pyotr Kotlyarevski

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst