Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Buxara xanlığı (özb. Buxoro Xonligi) — Buxara və bugünkü Özbəkistan ətraflarında mövcud olmuşdur. Şeybani hakimiyyəti, Aştarhan hakimiyyəti (Canı hakimiyyəti) v

Buxara xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Buxara xanlığı

Buxara xanlığı (özb. Buxoro Xonligi) — Buxara və bugünkü Özbəkistan ətraflarında mövcud olmuşdur. Şeybani hakimiyyəti, Aştarhan hakimiyyəti (Canı hakimiyyəti) və Mangit hakimiyyəti olmaqla üç dövrü əhatə etmişdir.

Tarixi dövlət
Buxara xanlığı
خانات بخارا
Bayraq
Bayraq
Buxara xanlığı (yaşıl rəngdə).1600-ci illər.
Buxara xanlığı (yaşıl rəngdə).1600-ci illər.
təq. 1500 — 1785
Paytaxt
  • Səmərqənd (1506–1533)
  • Buxara (1433–1785)
  • Səmərqənd (1540–1556)
Rəsmi dilləri Özbək
Fars dili
Din İslam (Sünnilik, Nəqşibəndilik, Sufizm)
İdarəetmə forması teokratik və mütləq monarxiya
Xan
 • 1506–1510 Məhəmməd Şeybani (ilk)
 • 1758–1785 Ebil Qazi Xan (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Şeybani xanlığı

Şeybani xanlığı (1428–1468, 1500–1599), Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və özbəkləri idarə edən Əbu ül Xeyir tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymur İmperatorluğu tərəfindən yıxılmışdır. Sonra 1500-cü ildə Məhəmməd Şeybani Xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.

Şeybani xanları

Məhəmməd Şeybani (1500–1510)

Köçkuncu (1510–1531)

Müzaffərrəddin Əbu Səid (1531–1534)

Əbul Qazi Ubeydallah (1534–1539)

I Abdallah (1539–1540)

Əbdüllətif (1540–1552)

Novruz Əhməd (1552–1556)

I Pir Məhəmməd (1556–1561)

İsgəndər (1561–1583)

II Abdallah (1583–1598)

Abdül Mömin (1598–1598)

II Pir Məhəmməd (1598–1598)

Həştərxan hakimiyyəti (Canı hakimiyyəti)

Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) Buxara Xanlığı (1599–1785) kimi xatırlanır. Həştərxan hakimiyyəti 1599-cu ildə Canıbəyin oğlu Din Məhəmməd (Baqi Məhəmməd) tərəfindən qurulmuş və bu hakimiyyət 1804-cü ildə tamamilə yıxılmışdır. Bu hakimiyyət Xanlığın Fərqanə və Bəlx kimi əhəmiyyətli şəhərlərini tutmuşdur. Ancaq 1740-cı ildə Əfşar hakimiyyətini yaradan Nadir Şah əvvəl Mavərənnəhri ardından Bəlxi ələ keçirmişdir. Bu səbəbdən Buxara Xanı Əbul Faiz, 7 il müddətində Nadir Əfşarın hakimiyyətini tanımaq məcburiyyətində qalmışdı. Bu dövrdə Buxara Xanlığı 185 illik müstəqilliyi müddətində fəth siyasəti həyata keçirməyib, yalnız varlığını qorumağı məqsəd götürmüşdür. Bu dövr Buxara Xanlığı olaraq ayrıca araşdırılmaqdadır.

Həştərxan hakimiyyətinin son xanı olan Əbul Qazi zamanında, monqol mənşəli, ancaq Çingiz Xan soyundan olmayan Mangitlər 1747-ci ildə Buxaranı işğal edərək, 1753-cü ildə Əmrliklərini elan etmişdilər. O dövrün, Orta Asiyanın adətinə görə Çingiz Xan soyundan olmayan Xan ola bilmədiyi üçün 1756-cı ildə "Əmir əl-Möminin" adından istifadə etmişdilər. Bu əmirlik 1785-ci ildə Həştərxan hakimiyyətinin Buxara Xanlığını yıxmışdır.

Manqıt hakimiyyəti (Buxara əmirliyi)

Manqıtlər zamanında xanlığın sərhədləri daralmağa başladı və XIX əsrin sonlarına yaxın mərkəz olan Buxaranın da rus tərəfindən işğal edilməsi ilə Buxara Xanlığı Rus əsarətinə girdi və 1920-ci ildəki Sovet işğalına qədər yarı müstəqil qaldı. Xanlıq torpaqları 1860-cı ilə qədər bugünkü Türkmənistanı, Özbəkistanın qərbini və Qazaxıstanın cənub-qərbini əhatə etmişdir. Xivə xanlığı və Kokand xanlığı ilə birlikdə Özbək üç xanlığı olaraq xatırlanır.

Buxara əmrləri

Günahsız Şah Murad 1785–1800

Haydar Adət 1800–1826

Hüseyn 1826

Ömər 1826–1827

Döyənək Allah 1827–1860

Muzaffar al-Din 1860–18886

Abd al-Ahad 1886–1910

Məhəmməd Alim Xan 1910–1920

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buxara xanlığı haqqında məlumat. Buxara xanlığı nədir? Buxara xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əvzai

  • Fevral 23, 2026

    Emin Sabitoğlu

  • Fevral 27, 2026

    Pablo Eskobar

  • Fevral 18, 2026

    Kilsə

  • Fevral 27, 2026

    Arran (hökmdar)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst