Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şərti olaraq Səməd Vurğun, Bakıxanov və Şıxəli Qurbanov küçələri arasındakı ərazini (Bakı Sirkindən "Nizami" metrostansiyasına qədər olan enişi) əhatə edir.

Kubinka (Bakı)

  • Ana Səhifə
  • Vikipediya
  • Kubinka (Bakı)


Kubinka (rus. Кубинка) — Bakı şəhərinin Nəsimi rayonunda yerləşən tarixi məhəllə.

Şərti olaraq Səməd Vurğun, Bakıxanov və Şıxəli Qurbanov küçələri arasındakı ərazini (Bakı Sirkindən "Nizami" metrostansiyasına qədər olan enişi) əhatə edir.

Mündəricat

Tarixi

Məhəllənin adı bu ərazidə vaxtilə mövcud olmuş Quba meydanı ilə bağlıdır. Memarlıq tarixçisi Şamil Fətullayevin tədqiqatlarına görə, Quba meydanı Bakı forştadtının (şəhər kənarı) ilkin formalaşma dövründə, Şamaxı və Balaxanı yollarının kəsişməsində yaranmış ən canlı ticarət mərkəzlərindən biri idi. Toponimin mənşəyi bu meydanın Qubadan gələn tacirlərə məxsus olması və ya şimal regionlarından gələn ticarət yollarının buradan keçməsi ilə izah olunur. Ərazi əsasən birmərtəbəli dükan və mağazalardan ibarət ticarət qovşağı funksiyasını daşımışdır. Yaxınlığında kömür satışı ilə məşhur olan "Kömürçü meydanı" yerləşirdi.

Sovet hakimiyyəti illərində Kubinka özünəməxsus "submədəniyyət" mərkəzinə çevrilmişdir. Bu dövrdə məhəllə bir neçə xüsusiyyəti ilə tanınırdı. SSRİ dövründəki qıtlıq şəraitində Kubinka tapılması çətin olan xarici malların (geyim, qida, məişət texnikası) qeyri-rəsmi satış mərkəzi hesab olunurdu. Yerli sakinlər arasında sahibkarlıq və ticarət bacarıqları yüksək inkişaf etmişdi. Məhəllə daxilində yazılmamış qanunlar və "məhəllə konstitusiyası" mövcud idi. Bura kənar şəxslər və bəzən hüquq-mühafizə orqanları üçün daxil olması çətin olan qapalı bir zona hesab edilirdi. Məhəllə özünün tarixi hamamları ilə də məşhur olmuşdur.

SSRİ-nin dağılmasından və azad bazar iqtisadiyyatına keçiddən sonra Kubinka özünün "defisit mallar mərkəzi" statusunu itirmişdir. Hazırda Bakının yenidənqurma planına əsasən, məhəllədəki köhnə birmərtəbəli evlər tədricən sökülür və yerində müasir çoxmərtəbəli binalar inşa edilir. Buna baxmayaraq, ərazi hələ də inşaat materialları, ehtiyat hissələri və məişət texnikası ticarəti sahəsində şəhərin aktiv nöqtələrindən biri olaraq qalır.

Tarixi abidələr

Fiqarovların evi. Binada Əlibaba Abdullayevin barelyefi var.

Kubinka əsasən plansız şəkildə tikilmiş, ensiz küçələri olan birmərtəbəli "mazanka" tipli evlərdən ibarətdir. Bununla belə, ərazidə tarixi və memarlıq əhəmiyyətli binalar da mövcuddur. Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, xoreoqraf Əlibaba Abdullayev bu məhəllədəki barelyefli binada yaşamışdır.

2002–2023-cü illərdə axund, imam-camaat və imam-cümə olaraq fəaliyyət göstərmiş Hacı Şahinin adı ilə birgə anılan Məşədi Dadaş məscidi burada yerləşir.

Hazırda məhəllənin yuxarı hissəsində Bakının ən böyük bazarlarından biri olan "Təzə Bazar" yerləşir.

Ədəbiyyat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kubinka (Bakı) haqqında məlumat. Kubinka (Bakı) nədir? Kubinka (Bakı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zimmilər

  • Fevral 27, 2026

    Ofiolitlər

  • Fevral 23, 2026

    22 may

  • Fevral 27, 2026

    Amfitrita (okeanida)

  • Fevral 27, 2026

    211 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst