Kseniya Aleksandrovna Sokolyanskaya (rus. Ксения Александровна Соколянская; 11 mart 1987, Moskva) — Rusiya televiziya aparıcısı, jurnalist, "Настоящее время" telekanalının xəbər aparıcısı.
| Kseniya Sokolyanskaya | |
|---|---|
| |
| Doğum tarixi | 11 mart 1987 (38 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | jurnalist |
| tv.m24.ru/personages/31 | |
Həyatı
1987-ci ildə Moskvada anadan olmuşdur. 2009-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
Sokolyanskaya 2009-2011-ci illərdə "Kinopremyeralar" (rus. Кинопремьеры) və "Ulduz müsahibəsi" (rus. Звёздное интервью) proqramlarının aparıcısı kimi "Russia.ru" internet kanalında çalışıb. 2011-ci ilin sentyabrından 2017-ci ilin noyabrınadək "Москва 24" telekanalında: xəbər efirinin (30 iyun 2014-cü ilədək), həmçinin "Meqapolis" (rus. Мегаполис), "Moskva 24/7" (rus. Москва 24/7), "Həyat tərzi" (rus. Стиль жизни) (2011—2015) və "Sükan oyunları" (rus. Рулевые игры) (2015—2017) verilişlərinin aparıcısı kimi fəaliyyət göstərib.
2013-cü ilin sentyabrında Sokolyanskaya "Ən yaxşı teleaparıcı" nominasiyasında "Qlamur" jurnalının "İlin qadını-2013" müsabiqəsində iştirak edib. Müsabiqədə Yana Çurikova, Vera Brejneva, Darya Spiridonova və Mariya Kim kimi məşhurlar onun rəqibləri sırasında idilər.
2013-cü ilin oktyabrında Moskva şəhərinin Lomonosov prospekti boyunca Olimpiya məşəlini daşıyıb.
7 noyabr 2013-cü ildə Kseniya Sokolyanskaya "İlin ən yaxşı aparıcısı" nominasiyasında "Qızıl şölə" (rus. Золотой луч) mükafatı laureatı adını qazanıb.
2016-cı il sentyabrın 12-dən noyabrın 24-nə kimi Москва 24 telekanalındakı fəaliyyətilə paralel olaraq, "Gümüşü yağış" (rus. Серебряный дождь) radiostansiyasının "Səhər yeməyi daxildir" (rus. Завтрак включён) səhər şousunun aparıcılarından biri olub.
15 fevral 2018-ci ildən "Настоящее время" telekanalında xəbər proqramının aparıcısıdır.
Şəxsi həyatı
Anası — Yekaterina Aleksandrovna Bolotova, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin televiziya və radio verilişləri kafedrasının baş elmi işçisi, sənətşünaslıq elmləri namizədi. Yekaterina Bolotova 32 məqalə və iki kitab müəllifidir.
Ailəlidir. Həyat yoldaşı — Aleksey Alekseyeviç Dokuçayev, Rusiya Televiziya Akademiyasının üzvü, "Голос-ТВ" prodüser mərkəzinin baş direktoru.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kseniya Sokolyanskaya haqqında məlumat. Kseniya Sokolyanskaya nədir? Kseniya Sokolyanskaya nə deməkdir?
