Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Burada fərdi koin sahiblərinin qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə koinlərin yaradılmasına nəzarət etmək və koin mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır. Bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir. Kriptovalyuta buraxılmadan əvvəl zərb edildikdə və ya yaradıldıqda və ya tək bir emitent tərəfindən verildikdə, ümumi olaraq mərkəzləşdirilmiş sayılır. Desentralizasiyalaşdırılmış nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri ictimai maliyyə əməliyyatı verilənləri olan blokçeyn texnologiyasıdır.
Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu. Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı.
Tarixi
1983-cü ildə amerikalı kriptoqraf Deyvid Çom e-pul olaraq adlandırılan, anonim, kriptoqrafik elektron pul barədə fikirləşdi. Daha sonra o, Digicash vasitəsi ilə bunu reallaşdırdırdı. E-pulun ilk formasında kriqtoqrafik elektron ödəmələr bankdan nağd pul çıxarmaq və alıcıya bunu göndərmədən əvvəl xüsusi şifrələnmiş kodlar hazırlamaq üçün istifadəçinin proqram təminatını tələb edirdi. Bu, rəqəmsal valyutanın emitent bank, hökumət və ya hər hansı üçün tərəfin təqibi olmadan istifadəsinə şərait yaratdı.
1996-cı ildə ABŞ Milli Təhlükəsizlik Agentliyi "Pulu necə zərb etmək olar: Anonim elektronik pulun kriptoqrafiyaı" başlıq məqalə nəşr etdi. Kriptovalyuta sistemini təsvir edən məqalə ilk dəfə MIT poçt siyahısında, daha sonra 1997-ci ildə ABŞ Qanun Yenilənməsində nəşr edildi.
1998-ci ildə Vey Day "b-money"-in təsvirini nəşr etdi. "b-money" anonim kimi xarakterizə edildi və təsvirdə elektron pul sisteminin necə bölüşdürdüyü göstərildi. Az sonra, Nik Zabo "bit gold"-u təqdim etdi. Bitkoin və bitkoindən sonra yaranan digər kriptovalyutalar kimi "bit gold" da elektron valyuta sistemi kimi xarakterizə edildi. "bit gold" istifadəçilərdən kriptoqrafik olaraq bir araya gətirilmiş və nəşr edilmiş həlləri olan iş sübutu funksiyasını tamamlamağı tələb edirdi.
İlk desentralizasiyalaşmış kriptovalyuta - bitkoin Satoşi Nakamoto təxəllüslü anonim biri tərəfindən 2009-cu ildə yaradıldı. Bitkoin içində iş sübutu sxemi olan, kriptoqrafik heş funksiyası SHA-256-dan istifadə etdi. 2011-ci ilin aprelində internet senzurasını çətinləşdirən desentralizasiyalaşmış DNS yaratmaq üçün Neymkoin istehsal edildi. Bir az sonra, 2011-ci ilin okytabrında Laytkoin buraxıldı. O, SHA-256 əvəzinə, öz heş funksiyası kimi skript istifadə etdi. Digər çox bilinən kriptovalyuta Peerkoin iş sübutu və pay sübutu hibridindən istifadə etdi.
6 avqust 2014-cü ildə Birləşmiş Krallıq öz Xəzinəsinə kriptovalyutaların öyrənilməsi və əgər olacaqsa, ölkə iqtisadiyyatında hansı rolu oynayacaqlarını tədqiq etməyi tapşırdığını elan etdi. Tədqiqatın nəticəsində nizamlamaların edilib-edilməməsi ilə bağlı izahat da verməli idi.
Rəsmi izahı
Yan Lanskiyə görə kriptovalyuta aşağıdakı 6 şərti qarşılayan sistemdir:
- Sistem mərkəzi iqtidarı tələb etmir: onun vəziyyəti bölüşülmüş konsensus vasitəsilə davam etdirilir,
- Sistem kriptovalyuta vahidlərini və onların mülkiyyətinin icmalını saxlayır,
- Sistem yeni kriptovalyuta vahidlərinin yaradılıb-yaradılmayacağını izah edir. Əgər yeni kriptovalyuta vahidi yaradılırsa, sistem onların mənşəyini n və yeni vahidlərin mülkiyyətinin necə təyin olunacağını izah edir,
- Kriptovalyuta vahidlərinin mülkiyyəti müstəsna və kriptoqrafik olaraq sübut edilə bilər,
- Sistem kriptoqrafik vahidlərinin mülkiyyətinin dəyişdiyi yerdə əməliyyatın aparılmasına icazə verir. Əməliyyat icmalı sadəcə bu vahidlərin hal-hazırkı mülkiyyətini sübut edən varlıqlar tərəfindən göstərilə bilər.
- Əgər eyni anda, eyni kriptoqrafik vahidin mülkiyyətinin dəyişdirilməsi ilə bağlı əmr daxil olarsa, sistem bunlardan maksimum birini icra edir.
2018-ci ilin martında kriptovalyuta (ing. cryptocurrency) sözü Vebster lüğətinə daxil edildi.
Həmçinin bax
- Kriptovalyutaların siyahısı
- Kriptoiqtisadiyyat
- Ehtereum
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kriptovalyuta haqqında məlumat. Kriptovalyuta nədir? Kriptovalyuta nə deməkdir?