Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kompozit material, kompozisiya materialı və ya birləşmə materialı — əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibl

Kompozit material

  • Ana Səhifə
  • Vikipediya
  • Kompozit material

Kompozit material, kompozisiya materialı və ya birləşmə materialı — əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır.

Kompozitlər, fərqli xüsusiyyətlərə sahib ümumi bir forma meydana gətirmək üçün tərkib hissələrinə ayrılmış müxtəlif materialları bir araya gətirərək yaradılır

Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.

Mündəricat

Struktur

Hər bir kompozitin tərkibində ümumiyyətlə iki növ material mövcuddur: matriks və möhkəmləndirici material. Bu materiallar bir-birindən fərqli fiziki xüsusiyyətlərə malikdirlər və onların bir araya gəlməsi ilə əmələ gələn kompozit material hər ikisindən də fərqli olan xüsusiyyətlərə malik olur. Ümumiyyətlə, möhkəmləndirici material (ing. reinforcement/alm. Verstärkung‎) daşıyıcı rolunu oynayır və ətrafındakı matriks mərhələsi onu bir yerdə saxlamağa və dəstəkləməyə xidmət edir. Qədim dövrlərdə kərpic evlərin əsas materialı olan torpaqla qarışdırılmış saman materialı da, Pətək panel (ing. Honeycomb Panel) matriksinə bir nümunədir. Matriks materialın inteqrasiyası, bütövləşdirilməsi deməkdir, qarışdırıldığı materialı daha da möhkəmləndirir və onun gücünü artırır.

Müasir dövrdə ən çox istifadə edilən kompozit materiallardan biri betondur. Sement və qumdan ibarət olan material polad dirəklərlə dəstəklənir. Başqa bir məşhur kompozit material isə kərpicdir. Palçıq və samanın qarışdırılması nəticəsində əldə edilən bu material eramızdan əvvəl VII minildən etibarən istifadə edilir və o, bəşər tarixində ən qədim tikinti materialı hesab olunur. Türkiyədə hələ də kənd yerlərində bu materialdan istifadə olunur. Bəzi ölkələrdə (məsələn, Yəmən) isə bu tikinti materialı hətta çoxmərtəbəli hündür binaların inşasında istifadə edilir.

Müasir kompozitlər

Müasir dövrdə geniş yayılmış və müntəzəm olaraq istifadə olunan digər polimer matriksli kompozit isə tərkibində qeyri-üzvi və üzvi liflər (liflər: fiberqlas, karbon, aramid, polietilen, polipropilen və s.) olan fiberqlas birləşmə, yəni kompozit materiallardır.

  • Kompozit Panel materialı iki və ya daha çox materialın birləşdirilərək istehsal olunduğu material növüdür.
  • Kompozit Panel materialının yaradılması zamanı iki əsas material mənşəyindən istifadə edilərkən, bəzən isə çox fərqli ərintilər və qarışıqlarla əldə edilmiş kompozit materiallar öz aralarında iki yerə ayrılırlar və bu ayrılma nəticəsində matriks materialı və möhkəmləndirici materiallar meydana çıxır. Bu materiallar texniki xüsusiyyətlərinə, möhkəmliklərinə və digər xüsusiyyətlərinə görə bir-biri ilə müvafiq olan ərintilərdən ibarət olurlar. İki materialın birləşməsi nəticəsində yaranmış yeni materiala kompozit deyilir.

Bu iki materialın mənşəyi biri daşıyıcı, digəri isə qoruyucu kimi təsnif edilən kompozit ərintiyə, bəzən alüminium materialına, bəzən isə istifadə və vizual erqonomika üçün müxtəlif xammallarla örtülmüş əsas gövdəsində ağır plastmas material ehtiva edən ərintilərə əsaslanır. Tikinti sahəsinin hər bir sektorunda istifadə edilən kompozit, ayrı-ayrı peşələrdə fərqli adlarla istifadə oluna bilər. Həmçinin betonda kompozit materiallardan biridir. Betonun tərkibi əvvəlcə sement qarışığı ilə, daha sonra qumla matriksləndiyi üçün, həmçinin də konstruksiya daxilində polad dirəklərlə möhkəmləndirildiyindən, ikiqat-üçqat kompozit materiallardan əmələ gəlir. Məhz buna görə beton kompozit material kimi xarakterizə edilir. Müasir dövrdə texnologiyanın müxtəliflik göstərməsi ilə bərabər:

  • Akustik panellər istehsal edilir və bu kompozit panellərin tərkibində olan geniş çeşiddə kimyəvi materiallarla onların gücü artırılır
  • Polipropilen Pətək PP (ing. Honeycomb PP) materialı polimer matriks, qeyri-üzvi və üzvi lif materialları, eləcə də fiberqlas, karbon, polietilen, polipropilen materiallarla möhkəmləndirilir.

Yüksək texnologiyadan istifadə edilərək böyük anqarlarda istənilən ölçü və miqyasda istehsal edilən, hündürmərtəbəli binalarda və reklam sektorunda üzlük və döşəmə materialı kimi istifadəyə təqdim edilən kompozit materiallar, geniş model və rəng seçimlərinə malikdirlər.

Əlavə ədəbiyyat siyahısı

  • Jones, Robert M. Mechanics of Composite Materials. 2018. doi:10.1201/9781498711067. ISBN 978-1-315-27298-6.
  • Aboudi, Jacob; Cederbaum, Gabriel; Elishakoff, Isaac; Librescu, Liviu. Random Vibration and Reliability of Composite Structures. CRC Press. 1992. ISBN 978-0-87762-865-1.
  • Librescu, Liviu; Song, Ohseop. Thin-Walled Composite Beams. Solid Mechanics and Its Applications. 131. 2006. doi:10.1007/1-4020-4203-5. ISBN 978-1-4020-3457-2.
  • Palsule, Sanjay, redaktorPolymers and Polymeric Composites: A Reference Series. 2016. doi:10.1007/978-3-642-37179-0. ISBN 978-3-642-37179-0.
  • Kaw, Autar K. Mechanics of Composite Materials. 2005. doi:10.1201/9781420058291. ISBN 978-0-429-12539-3.
  • Hollaway, L. C. Handbook of Polymer Composites for Engineers. Woodhead Publishing. 1994. ISBN 978-1-85573-129-5.
  • Madbouly, Samy; Zhang, Chaoqun; Kessler, Michael R. Bio-Based Plant Oil Polymers and Composites. William Andrew. 2015. ISBN 978-0-323-37128-5.
  • Matthews, F. L.; Rawlings, Rees D. Composite Materials: Engineering and Science. Woodhead Publishing. 1999. ISBN 978-0-8493-0621-1.
  • Haka, Andreas T. Engineered Stability. 2023. doi:10.1007/978-3-658-41408-5. ISBN 978-3-658-41407-8.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kompozit material haqqında məlumat. Kompozit material nədir? Kompozit material nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    7 noyabr

  • Fevral 27, 2026

    Xırdapay

  • Fevral 27, 2026

    S:Kafirun surəsi

  • Fevral 27, 2026

    Kırşəhər

  • Fevral 27, 2026

    Yaqut

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst