Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kolas Yakub (22 oktyabr (3 noyabr) 1882 – 13 avqust 1956[…], Minsk) — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi.

Kolas Yakub

  • Ana Səhifə
  • Vikipediya
  • Kolas Yakub

Kolas Yakub (22 oktyabr (3 noyabr) 1882 – 13 avqust 1956[…], Minsk) — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi.

Kolas Yakub
belar. Якуб Колас
Doğum tarixi 22 oktyabr (3 noyabr) 1882(1882-11-03)
Vəfat tarixi 13 avqust 1956(1956-08-13)[…] (73 yaşında)
Vəfat yeri
  • Minsk, Belorusiya Sovet Sosialist Respublikası, SSRİ
Təhsili
  • Aleksandrov Hərbi Məktəbi[d]
Fəaliyyəti dramaturq, tərcüməçi, şair, uşaq ədəbiyyatı yazıçısı, ədəbi tənqidçi, siyasətçi, nasir
Fəaliyyət illəri 1906–1956
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi partizanına" medalı
SSRİ Dövlət mükafatı The People’s Poet of Belarus — 1926 "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Kolas Yakub 3 noyabr 1882-ci ildə Belarusiyanın Akinçitsı xutoru, indiki Minsk vilayətində meşəbəyi ailəsində anadan olmuşdur. O, Nesvijsk müəllimlər seminariyasını bitirmiş və 1915-ci ildə orduya çağırılmışdır.

Əmək fəaliyyəti

Kolas Yakub 1928-ci ildən ömrünün sonuna qədər BSSR EA-nın prezident müavini vəzifəsində çalışmış, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur.

Yaradıcılığı

Kolas Yakub 1906-cı ildən bədii yaradıcılıqla məşğul olmağa başlamış, müasir belorus ədəbiyyatının banilərindən biri kimi tanınmışdır. Ədib müasir belorus ədəbiyyatının yaranması, sosialist məzmunlu, milli formalı sovet belorus mədəniyyətinin inkişafı, ədəbi dilin çiçəklənməsi uğrunda böyük xidmət göstərmişdir. O, "Taras Quşça", "Tamaş Bulava", "Yakub Kolas" imzaları ilə əsərlər yazmış və bir şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmışdır. Yakub Kolasın 1910-cu ildə "Şikayət nəğmələri" adlı şeirlər məcmuəsi, 1912-ci ildə bədii nəsrini əhatə edən "Hekayələr" və 1914-cü ildə "Doğma surətlər" adlı kitabları işıq üzü görmüşdür.

Şairin bioqrafik xarakter daşıyan əsərləri 1907-ci ildə "Bunt", 1910-1923-cü illərdə "Yeni torpaq" poeması, 1923-cü ildə "Polesyenin ucqarlarında", 1927-ci ildə "Polesyenin dərinliklərində", 1954-cü ildə "Yol ayrıcında" adlı trilogiyasında öz əksini tapmışdır. Yazıçının "Yeni torpaq" poeması XIX əsr kəndli həyatının ensiklopediyası adlandırılır. Yakub Kolas həmçinin geniş epik əsərlər müəllifi kimi şöhrət qazanmışdır. O, 1912-ci ildə yazmağa başladığı "Çalğıçı Simon" əsərini 1927-ci ildə tamamlamışdır. Həmin əsər sovet hakimiyyəti illərində məşhur olmuşdur.

Şairin "Bizim günlər" adlı şeirlər məcmuəsi 1937-ci ildə işıq üzü görmüşdür. Eyni zamanda ədibin Böyük Vətən müharibəsi dövründə bir sıra şeir kitabları çap olunmuşdur: "Seçilmiş şeirlər" (1942), "Torpağın səsi" (1943). Yakub Kolasın əsərləri Azərbaycan dili ilə yanaşı, SSRİ xalqları dillərinə və xarici dillərə tərcümə edilmişdir.

Ölümü

Konstantin Mixayloviç Mitskeviç 13 avqust 1956-cı ildə Minsk vilayətində vəfat etmişdir.

Mükafatları

  • 1926-cı ildə Xalq şairi fəxri adına layiq görülmüşdür.
  • Beş dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.

Ədəbiyyat

  • Düşmənlərə; İnanmayın; Biz qalib gələcəyik; Nəğməkara; Əmək olsun; Meşə; Balıqçının daxması; Yeni üfüqlərə doğru: (Şeirlər) /Yakub Kolas /Tərc. ed.: Ağacavad Əlizadə //Azərbaycan.-1972.-№4.-S.164-167. Xəlilov, Ə. Böyük xalq nəğməkarı: Yakub Kolas100 /Əmirxan Xəlilov //Kitablar aləmində.-1982.- №4.-S.24
  • Xəlilov, P. Kolas Yaqub//Xəlilov P. SSRİ xalqları ədəbiyyatı: dərslik.- Bakı, 1968.- Kitab 2.- S.184-193.
  • Колас, Я. Собрание сочинений: В 4-х т. Пер. с. белорус. /Якуб Колас; pедкол.: С.Баруздин и др.- М.: Худож. Лит., 1982.-T.1.-590 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kolas yakub sözünün mənası, kolas yakub haqqında məlumat. kolas yakub nədir? kolas yakub nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hakimi Şəhid

  • Fevral 27, 2026

    Sutaylı oymağı

  • Mart 01, 2026

    İmam Xomeyni

  • Mart 06, 2026

    Seiko Noda

  • Mart 01, 2026

    Qolci aparatı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst