Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsl adı Məhəmməd ibn Məhəmməd ibn Əhməd ibn Abdullah ibn Əbdülməcid ibn İsmayıl ibn Hakim əl-Mərvəzi əl-Bəlxidir. Doğum tarixi məlum deyildir. Ləqəbi, Əbul-Fəzl

Hakimi Şəhid

  • Ana Səhifə
  • Vikipediya
  • Hakimi Şəhid

Hakimi-Şəhid (ərəb. الحاكم الشهيد‎; v. 955) — hənəfi məzhəbindəki hədis və fiqh alimlərindən biri.

Hakimi-Şəhid
ərəb. الحاكم الشهيد‎
Vəfat tarixi 955
Vəfat səbəbi Qətl
Vətəndaşlığı Samanilər dövləti
Elm sahələri fiqh, hədis

Mündəricat

Həyatı

Əsl adı Məhəmməd ibn Məhəmməd ibn Əhməd ibn Abdullah ibn Əbdülməcid ibn İsmayıl ibn Hakim əl-Mərvəzi əl-Bəlxidir. Doğum tarixi məlum deyildir. Ləqəbi, Əbul-Fəzl olub, Hakim ləqəbiylə məşhur olmuşdur. Ona bu ləqəb dövlət məmuru olduğu üçün verilmişdir. Bir digər ləqəbi isə Şəhiddir. Kiçik yaşalarından yaxşı təhsil alan Hakim, elm öyrənmək üçün Xorasan, Nişabur, Rəy, Bağdad, Kufə və daha başqa yerlərə səyahətlər etdi və müxtəlif kitablar yazdı. Buxara qazısı və daha sonra Xorasan əmrinin vəziri olub. 955-ci il tarixində Rəbiülaxır ayında üsyançılar tərəfindən qətlə yetrilib. Buna görə də ləqəbi "Şəhid"dir.

Müəllimləri

Hakim, Mərvdə Məhəmməd ibn Ussam ibn Süheyl, Məhəmməd ibn Həmdəveyh, Reydə İbrahim ibn Yusif, Bağdadda Heysəm ibn Xələf, Kufədə Əli ibn Əbi Abbas Bəcili, Məkkədə Mufaddal ibn Məhəmməd, Misirdə Əhməd ibn Süleyman əl-Misri, Buxarada Məhəmməd ibn Səid ən Nəvhabazi və daha başqa alimlərdən elm öyrənib, hədis rəvayət etmişdir.

Tələbələri

Ondan Əbu Abdullah əl-Hakim, Xorasan əmrinin oğlu Əbu Məhəmməd Nuh və daha başqa alimlər elm öyrənib, hədis rəvayət ediblər.

Hədis elmindəki yeri və xarakteri

O, hədisi-şərif elmində "siqa" (möhkəm, etibarlı), "saduq", yəni rəvayət etdiyi hədislərdə etimad edilən, altmış min hədisi-şərifi əzbərdən bilən, çox ibadət edən, xalqın sevgisini qazanmış, fəzilət, vəra və təqva sahibi bir alim olub. O, münazirələrdəki məharəti ilə yanaşı yaxşı şairliyi ilə də diqqəti cəlb etmişdir.

Əsərləri

İbn Abidin bu haqda deyir:

"Hənəfi məzhəbinin elmləri, sonrakı alimlərə üç yoldan gəlmişdir: Birincisi, (Üsul) elmi olub, bunlara zahir xəbərlər də deyilir. Bunlar, Hənəfi məzhəbinin sahibi olan İmamı Əzəm Əbu Hənifədən və tələbəsindən gələn elimlərdir. Bu xəbərlər, İmamı Məhəmmədin altı kitabı ilə bildirilməkdədir. Bu altı kitab "əl-Məbsut", "əz-Ziyadat", "əl-Camius-sağir", "əs-Siyərüs-Sağir", "əl-Camiul-kəbir", "Əs-Siyərül-Kəbir" kitablarıdır. Bu kitabları İmamı Məhəmməddən etibarlı kəslər nəql etdiyi üçün, Zahir xəbərlər deyilmişdir. Üsul xəbərlərini ilk toplayan Hakimi-Şəhid Məhəmməd ibn Məhəmməddir. Bunun "Kafi" kitabı məşhurdur. "Kafi"nin şərhləri çoxdur."

Hakimi-Şəhidin yazmış olduğu əsərlər, elmdəki üstünlüyünü və yetkinliyini göstərməkdədir. Onun "Kafi" və "Müntəqa" adlı kitabları, Məhəmməd əş-Şeybaninin bildirdiyi üsul elmlərini bir yerə cəm edən iki məşhur əsərdir. Kitablarından bəziləri bunlardır:

  • Kitabül-Müxtəsər,
  • Kitabül-Müntəqa,
  • Kitabül-Müstəxlis,
  • Kitabül-Kafi,
  • Kitabüd-Dürər vəl-Qurər.

Qətlə yetirilməsi

Səmani Hakimin qətlə yetirilməsini belə izah etmişdir:

"Hakimi-Şəhid, şəhid olduğu günün səhərinə qədər, qıldığı hər namazdan sonra "Ya Rəbbi! Mənə şəhidliyi nəsib et!" deyə dua edərdi. Son gecə səs-küylər eşitdi. "Nə var, nə olur?" dedi. Çöldən: "Əsgərlər toplanmışlar, ərzağın əskik verildiyini söyləyərək sizi günahlandırırlar", dedilər. "Ya Rəbbi! Məni əfv et" dedi. Sonra bir bərbər çağırıb başını təraş etdirdi, qüsl dəstəmazı aldı və gözəl bir kəfən geydi. Bütün gecə səhərə qədər namaz qıldı. Səhər üsyançılar evini əhatəyə aldılar. Sultan, toplanan üsyançıların üzərinə əsgər göndərib, onları bu işdən əl çəkməyə çağırdı. Sultanın əsgərləri ilə üsyançılar arasında böyük bir vuruşma oldu. Nəticədə sultanın əsgərləri qalib gəldilər. Lakin Hakim bu vaxt, səcdədəykən şəhid edildi".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hakimi Şəhid haqqında məlumat. Hakimi Şəhid nədir? Hakimi Şəhid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elvin Məmmədov

  • Fevral 27, 2026

    Oleq Şulbayev

  • Fevral 27, 2026

    Astragalus

  • Fevral 27, 2026

    Çorum

  • Fevral 27, 2026

    Cammu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst