Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klayv Erik Kassler (15 iyul 1931 — 24 fevral 2020) — Amerikan macəra romanları yazıçısı və sualtı araşdırmalar edən alim. "Dirk Pitt" personajını əks etdirən tr

Klayv Kassler

  • Ana Səhifə
  • Vikipediya
  • Klayv Kassler

Klayv Erik Kassler (15 iyul 1931 — 24 fevral 2020) — Amerikan macəra romanları yazıçısı və sualtı araşdırmalar edən alim. "Dirk Pitt" personajını əks etdirən triller romanları "The New York Times" qəzetinin ən çox satılan bədii əsərlər siyahısına, 20 dəfədən çox düşmüşdür. Kassler 60-dan çox gəmi qəzası yeri və çoxsaylı digər məşhur sualtı qalıqlarını kəşf etmiş, "Milli Sualtı və Dəniz Agentliyi"nin (NUMA) təsisçisi və sədri idi. O, 80-dan çox kitabın yeganə və ya əsas müəllifi olmuşdur. O, özünü, tez-tez kitablarında özü kimi təsvir edirdi. Onun romanları,müxtəlif başqa bədii əsərlərə ilham vermişdir.

Klayv Kassler
ing. Clive Cussler
Doğum tarixi 15 iyul 1931(1931-07-15)
Vəfat tarixi 24 fevral 2020(2020-02-24) (88 yaşında)
Uşaqları 3 (Dayna Cussler, Dirk Cussler daxil olmaqla)
Fəaliyyəti yazıçı, ssenarist, romançı, fantastika yazıçısı[d], arxeoloq
Fəaliyyət illəri 1973-cü ildən
Mükafatları Qartal-Skaut
cusslerbooks.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı

Klayv Kassler İllinoys ştatının Aurora şəhərində Erik Edvard Kassler və Emi Adelin (qızlıq soyadı Hunnewell) ailəsində anadan olmuş və Kaliforniyanın Alhambra şəhərində böyümüşdür. Atası Almaniyadan, anasının əcdadları isə İngiltərədən idi. "Dəniz ovçuları: Məşhur gəmi qəzaları ilə əsl macəralar" adlı xatirə kitabında Kassler atasının Birinci Dünya müharibəsi zamanı Qərb cəbhəsində Almaniya imperiyası ordusunda xidmət etdiyini açıqlamışdır. Bundan əlavə, Kasslerin əmilərindən biri "İmperator Alman Hərbi Hava Qüvvələri"ndə xidmət etmiş və 14 müttəfiq təyyarəsini vuraraq, as pilot olmuşdur. O, 14 yaşında "Qartal Skaut" rütbəsinə layiq görülmüşdür. O, iki il "Pasadena City College"-də oxumuş, sonra Koreya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinə qoşulmuşdur. "Hərbi Hava Qüvvələri"ndə xidmət edərkən çavuş rütbəsinə yüksəlmiş və "Hərbi Hava Nəqliyyat Xidməti" (MATS) üçün təyyarə mexaniki və uçuş mühəndisi kimi çalışmışdır.

Karyera

Ordudan tərxis olduqdan sonra Kassler reklam sənayesində işləməyə başlamışdır, əvvəlcə mətn yazıçısı, sonra isə ölkənin ən uğurlu iki reklam agentliyinin yaradıcı direktoru kimi çalışmışdır. Öz vəzifələrinin bir hissəsi olaraq, Kassler radio və televiziya reklamları istehsal etmişdir, onların bir çoxu "Kann Şirləri Beynəlxalq Reklam Festivalı"nda mükafat da daxil olmaqla, beynəlxalq mükafatlar qazanmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klayv Kassler haqqında məlumat. Klayv Kassler nədir? Klayv Kassler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Spam

  • Mart 01, 2026

    Holci kompleksi

  • Fevral 27, 2026

    Sarılıq

  • Fevral 28, 2026

    Dambur

  • Fevral 27, 2026

    Kyuşu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst