Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Kitabi-Diyarbəkriyyə" (fars. کتاب دیاربکریه) — Uzun Həsənin əmri ilə 1470–1471-ci (hicri 875-ci) ildə yazılmağa başlanılmış və onun ölümündən sonra tamamlanmış

Kitabi-Diyarbəkriyyə

  • Ana Səhifə
  • Vikipediya
  • Kitabi-Diyarbəkriyyə

"Kitabi-Diyarbəkriyyə" (fars. کتاب دیاربکریه) — Uzun Həsənin əmri ilə 1470–1471-ci (hicri 875-ci) ildə yazılmağa başlanılmış və onun ölümündən sonra tamamlanmış Ağqoyunlu xanədanlığının tarixi haqqında Əbubəkr Tehrani tərəfindən farsca yazılmış kitab.

Kitabi-Diyarbəkriyyə
fars. کتاب دیاربکریه‎
Müəllif Əbubəkr Tehrani
Orijinalın dili fars dili

Mündəricat

Haqqında

Həsən bəy Rumlu "Əhsən ət-təvarix", Qazı Əhməd Qaffari "Tarixi-cahan ara", Münəccimbaşı Əhməd Dədə "Sahaiful-Əxbar", İskəndər bəy Münşi "Tarixi- aləm arayi-Abbasi" əsərlərində mənbə olaraq bu kitaba istinad etmişdirlər. Kitabın müasir dövrümüzə gəlib çatmış yeganə (qüsurlu) əlyazması hicri 876-cı ilə aid olsa da Həsən bəy Rumlu bu kitaba əsaslanaraq hadisələri miladi 1474-cü ilədək təqdim etdiyindən demək olar ki, yekun əlyazma hicri 878-ci ilə qədərki hadisələrdən bəhs etmişdir. Kitab həmçinin Qaraqoyunlu Cahanşah və Sultan Şahruxun ölümündən Sultan Hüseyn Bayqaranın hakimiyyətinin bərqərar olmasına qədər Teymurilər xanədanlığı haqqında qiymətli məlumatları əks etdirir. Əsərdə girişdən sonra Uzun Həsəndən Adəm peyğəmbərə qədər soy ağacı verilir, daha sonra Qara Yuluq Osman bəy ilə oğul və nəvələrinə dair xəbərlər gəlir və bununla da Ağqoyunlu xanədanlığı tarixi başlayır. Kitabda 1408–1419, 1424–1428, 1429–1433-cü illərə aid hadisələr demək olar ki, işıqlandırılmamış, 1441–1444 və 1446–1450-ci illərə aid hadisələr isə qısa olaraq təsvir edilmişdir. Əsərin hələlik bəlli olan yeganə əlyazma nüsxəsi İraqda, Bəsrə şəhərində Məhəmməd Əmin bəy adlı bir nəfərin şəxsi kitabxanasında saxlanırmış. Faruq Sümər 1950-ci ildən başlayaraq, əlyazmanın Ankaraya gətirilməsi üçün gərgin çalışmalarda bulunmuş və sonda öz məqsədinə çatmışdır. Əlyazmanın unikallığını və mənbəşünaslıq dəyərini nəzərə alan Faruq Sümər onu Necati Lugal ilə birlikdə çapa hazırlamış, 1962–1964-cü illərdə əsərin farsca mətnini iki cilddə geniş ön sözlə Ankarada nəşr etdirmişdir. Mövcud əlyazma sondan naqis olduğu, yəni 1473–1474-cü illərdə aid hissəni ehtiva etmədiyi üçün Faruq Sümər Həsən bəy Rumlunun Əhsən ət-təvarix əsərindən həmin illərdən danışan fəsilləri əlavə kimi öz nəşrinin sonunda vermişdir. Eyni kitablar həmçinin Tehranda da 1977-ci ildən vahid cild kimi çap olunmuşdur. Əsər Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rahilə Muxtar qızı Şükürova tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilmiş və 1998-ci ildə Bakıda kiril qrafikalı azərbaycan əlifbası ilə nəşr olunmuşdur.

Nəşrləri

Türkiyədə

  • Kitāb-i Diyārbakriyya des Abū-Bakr Ṭihrānī. — Abū-Bakr Ṭihrānī. Hs. Abschreiben besorgt durch Adnan Sadık Erzi. Istanbul, 1944. (fars.)
  • Kitab-i Diyarbakriyya. Ak-Koyunlular tarihi. — Abu Bakr-i Tihrani. Yayınlayanlar: Necati Lugal, Faruk Sümer. Giriş ve notlar: Faruk Sümer. I–II Cüz. Türk Tarih Kurumu yayınları: III Seri, № 7–7a. Ankara: Türk Tarih Kurumu Basımevi, 1962–1964, 285–358 sayfa. (fars.)
  • Abû Bakr-i Tihrânî. Kitâb-i Diyârbakriyya: Ak-Koyunlular tarihi. 1. Cüz. Türk Tarih Kurumu Yayınları. Ankara: Türk Tarih Kurumu Basımevi, 1993. ISBN 9751605210. (türk.)
  • Abû Bakr-i Tihrânî. Kitâb-i Diyârbakriyya: Ak-Koyunlular tarihi. 2. Cüz. Türk Tarih Kurumu Yayınları. Ankara: Türk Tarih Kurumu Basımevi, 1993. ISBN 9751605229. (türk.)
  • Kitab-i Diyarbekriyye. — Ebu Bekr-i Tihrani. Çevirmen: Mürsel Öztürk. I Baskı. Ankara: Kültür Bakanlığı Yayanları, 2001, 402 sayfa. ISBN 9751727650 (türk.)
  • Şükürova R. M. Əbu Bəkr Tehrani və onun "Kitab–i Diyarbəkriyyə" əsəri. Redaktoru: Oqtay Əfəndiyev. İstanbul: Bayrak Yayınları, 2006, 109 s.
  • Ebu Bekr–i Tihranî. Kitab–ı Diyarbekriyye. Çeviren Prof. Dr. Mürsel Öztürk. Türk Tarih Kurumu yayınları., IV/A-2–1.1. dizi ;, sayı 10. Ankara: Türk Tarih Kurumu Basımevi, 2014, 418 sayfa. ISBN 9751627524 (türk.)

İranda

  • Kitāb-i Diyārbakrīya: tārīḫ-i Ḥasan Baik Āq Qūyunlū wa aslāf-i ū wa ānčih bidān mutaʻalliq ast az tawārīḫ-i Qarā Qūyunlū wa Čaġātāy. Cüz 1–2 Kitāb-i Diyārbakriyya. — Abū-Bakr Ṭihrānī. Bi-taṣḥīḥ wa ihtimām-i Fārūk Sūmihr wa Niǧātī Lūġāl. Tihrān: Kitābḫāna-i Ṭahūrī 1356h.š. (1977). (fars.)

Azərbaycanda

  • Əбубəkp Tehpани. Китаби–Диjaрбəkриjjə. Фарс дилиндəн тəpчүмə едəн, өн сөз вə шəphлəpин мүəллифи Pahилə Шүкүрова. Редактор Октaj Əфəндиjeв. Бакы: Элм, 1998, 336 cəh. ISBN 5-8066-0935-9 (azərb.)

Türkmənistanda

  • Abu Bekr Tährany. Akgoýunly Türkmenleriniň taryhy: Kitaby Diýarbekriýe. Jilt I-II. Pars dilinden terjime eden we çapa taýýarlan Gurbangözel Kömekowa, redaktor Rahmanberdi Godarow. Türkmenbaşy Adyndaky Türkmenistan Milli Golýazmalar Instituty, Türkmenistanyn̆ milli medeniýet "Miras" merkezi. Aşgabat: Miras, 2005. (türkm.)

İraqda

  • Kitêb-î Diyarbekriye. — Abū-Bakr Ṭihrānī; Selaheddîn Aştî. Slêmanî: Şivan Press, 2007, 604 s. (sorani.)

Gürcüstanda

  • Abu Bek'r T'ehranis c'nobebi Sak'art'velosa da Kavkasiis šesaxeb. — Abū-Bakr Ṭihrānī; T'ea J̌anašia; Miriam Maxaraje. T'bilisi: Gamomc'emloba Horosi XXI 2010. ISBN 9941407096 (gürc.)

Qeydlər

  1. Belə ki, əlyazmanın sonluğu yəni, hicri 876–878-ci illərə aid hadisələrin təsviri çatışmır.
  2. Giriş və qeydlər türkcə verilmiş, mətn isə orijinalında olduğu həcmdə farsca təqdim olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kitabi-Diyarbəkriyyə haqqında məlumat. Kitabi-Diyarbəkriyyə nədir? Kitabi-Diyarbəkriyyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nişantaşı

  • Fevral 27, 2026

    Fokeya

  • Fevral 27, 2026

    Lirik tenor

  • Fevral 27, 2026

    Akveduk

  • Fevral 27, 2026

    253 (ədəd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst