Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kipr krallığı — Əsası III Səlib Yürüşü dövründə 1192-ci ildə qurulan səlibçi dövlətidir. 1490-cu ildə son hökmdarı Katerina Kornaro tərəfindən 1489-cu ildə Vene

Kipr krallığı

  • Ana Səhifə
  • Vikipediya
  • Kipr krallığı

Kipr krallığı — Əsası III Səlib Yürüşü dövründə 1192-ci ildə qurulan səlibçi dövlətidir. 1490-cu ildə son hökmdarı Katerina Kornaro tərəfindən 1489-cu ildə Venesiya respublikasına satılana qədər mövcud olmuşdur.

Tarixi dövlət
Kipr krallığı
Royaume de Chypre
Βασίλειο της Κύπρου
Bayraq Gerb
Bayraq Gerb
1192 — 1489
Paytaxt Nikosiya
Rəsmi dilləri Fransız dili
Yunan dili
Din Katolisizm
Ortodoks
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1192-ci ildə III Səlib Yürüşünə qoşulan İngiltərə kralı Şirürəkli I Riçardın bacısı İngiltərəli İoanna və həyat yoldaşı Navarralı Berenqariyanın səyahət etdiyi donanma tufana tutularaq Kipr adası sahillərinə çatmışdı. Adanın Bizanslı hakimi İsaak Komnenosun İoanna və Berenqariyanı təhqir etməsi Riçardın adanı işğalına təkan verdi. Adada mövcudiyyətin bahalı olduğu düşünən Riçard az sonra adanı Məbəd cəngavərlərinə satdı. Onlar da öz növbələrində adanı keçmiş Qüds kralı Luzuinyalı Qaya satdılar. Qayın 1194-cü ildəki ölümündən sonra yerinə qardaşı I Amalrik keçdi və rəsmi olaraq Müqəddəs Roma imperatoru VI Henrix tərəfindən Kipr kralı kimi təsdiqləndi. Krallıq uzun müddət müstəqilliyini qorumuş, 1426-cı ildə Məmlüklərdən asılı hala düşmüş, 1489-cu ildə isə Venesiya mülkünə çevrilmişdir.

Hökmdarları

Krallıq Luzinyan sülaləsi tərəfindən idarə olunmuşdur.

  1. I Qay (1192-1194)
  2. I Amalrik (1194-1205)
  3. I Hüqo (1205-1218)
  4. I Henri (1218-1253)
  5. II Hüqo (1253-1267)
  6. III Hüqo (1267-1284)
  7. I İohann (1284-1285)
  8. II Henri (1285-1324)
  9. IV Hüqo (1324-1359)
  10. I Pyer (1359-1369)
  11. II Pyer (1369-1382)
  12. I Jak (1382-1398)
  13. Yanoş (1398-1432)
  14. II İohann (1432-1458)
  15. Şarlottavə Savoylu Lüi (1458-1464)
  16. II Jak (1464-1473)
  17. III Jak (1473-1474)
  18. Katerina Kornaro (1474-1489)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kipr krallığı haqqında məlumat. Kipr krallığı nədir? Kipr krallığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qlazqo

  • Fevral 27, 2026

    II Kvarkvare

  • Fevral 27, 2026

    Tenis

  • Fevral 27, 2026

    Bövlər

  • Fevral 26, 2026

    Superasterids

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst