Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kinorhyncha (lat. Kinorhyncha) — heyvanlar aləminə aid heyvan tipi. Çox kiçik ölçülərə malikdir və dənizlərdə lil çökmüş yerlərdə yaşayır. 130 növü məlumdur.

Kinorhyncha

  • Ana Səhifə
  • Vikipediya
  • Kinorhyncha

Kinorhyncha (lat. Kinorhyncha) — heyvanlar aləminə aid heyvan tipi. Çox kiçik ölçülərə malikdir və dənizlərdə lil çökmüş yerlərdə yaşayır. 130 növü məlumdur.

Kinorinxlər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Klad:
Scalidophora
Tip:
Kinorinxlər
Beynəlxalq elmi adı
  • Kinorhyncha Vladimir Vasilyevich Reinhard, 1881[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  59467
NCBI  51516
EOL  1526
FW  

Mündəricat

Xarici quruluşu

Uzunluğu 0,18–1 mm-ə qədər olan xırda qurdabənzər orqanizmlərdir. Bədən kiçik baş şöbəsindən, qısa boyun və uzun gövdədən ibarətdir. Bədəndə kirpikcuklər yoxdur və bərk xitin lövhələrdən ibarət zirehlə örtülmüşdür. Bu lövhələr bir-birinin ardınca düzülərək tacı xatırladır və bunun nəticəsində qurdun bədəni müəyyən dərəcədə buğumlu xarakter alır. O, 13 hissədən ( baş, boyun və 11 buğumdan və ya gövdə zonitlərindən) ibarətdir. Kutikuladan ibarət, bədən örtüyünün alt hissəsi sinsitial hipodermadan ibarətdir. Ümumi dəri-əzələ kisəsi yoxdur və əzələlər müəyyən funksiya daşıyan ayrı-ayrı əzələ dəstəsindən ibarətdir. Sinir sistemi udlaqətrafı sinir həlqəsi və uzununa yerləşən qarın sinir sütunundan ibarətdir, bədənin buğumlaşması özünün sinir sütununda onunla göstərir ki, qanqlioz hüceyrələr onun üzərində zonitlərə müvafiq kiçik yığınlar şəklində toplanmışlar. Bağırsaq (ön qütbdə ağız, arxada isə anal dəliyi yerləşir) düz borudan ibarətdir. İfrazat sistemi hər biri içərisində bir titrək alov olan bir cüt qısa, şaxələnməmiş protonefridilərdən ibarətdir. Cinsi sistem kinorinxlər ayrıcinslidir. Cinsi vəzlər cütdür və bunların cinsi axarları bədənin arxasındakı buğumda xaricə açılır. Bunlarda elə sürfələr vardır ki, onlarda zonitlərin sayı tam olmur. Heyvanın böyüməsi vaxtaşırı qabıqdəyişmə ilə müşayiət olunur. Belə ki, köhnə kutikula atılır və yeni zirehlə əvəz olunur. Kinorinxlərin ümumi quruluş planı onların ilk bədənboşluğu qurdlara aid olmasını sübut edir. Dəri örtüyünün kutikullaşmasına, qabıqdəyişmə yolu ilə böyüməsinə və udlağın quruluşuna görə kinorinxlər nematodları xatırladır, lakin bəzi əlamətlərinə görə qarnıkirpiklilərə oxşayır. Bundan başqa bəzi tədqiqatçılar kinorinxlərin tikanbaşlılarla, habelə tükqurdların və priapulidlərin sürfələri ilə müəyyən oxşarlığını qeyd edirlər.

Həyat tərzi

Bunlar cəmi 100 növdən ibarət, xırda dəniz qurdları qrupudur. Dib həyat tərzi keçirirlər. Onlara yosunların üzərində, dəniz lili və qumunda rast gəlinir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kinorhyncha haqqında məlumat. Kinorhyncha nədir? Kinorhyncha nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kəngərli (Tərtər)

  • Fevral 27, 2026

    II Kambiz

  • Mart 01, 2026

    Herostratus

  • Fevral 25, 2026

    Vladislav Ozerov

  • Fevral 27, 2026

    Yeni üfüqlər

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst