Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kiberzorakılıq (ing. cyberbullying) — rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma platformaların

Kiberzorakılıq

  • Ana Səhifə
  • Vikipediya
  • Kiberzorakılıq

Kiberzorakılıq (ing. cyberbullying) — rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma platformalarında, oyun platformalarında və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək, təqib etmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır. Hər hansı bir zorakılığın, o cümlədən kiberzorbalığın qurbanı olan insanların ədalət və cinayətkarın məsuliyyətə cəlb etmək hüququ vardır. Kiberzorbalıqla bağlı xüsusi qanunları olan ölkələrdə, qəsdən ciddi emosional sıxıntıya səbəb olan onlayn davranış cinayətkarlıq kimi təsnif olunur. Bu ölkələrin bəzilərində kiberzorbalıq qurbanları müdafiə üçün müraciət edə, müəyyən bir şəxslə ünsiyyəti qadağan edə və həmin şəxsin kiberzorbalıq məqsədilə istifadə etdiyi elektron cihazlardan müvəqqəti və ya daimi istifadəsini məhdudlaşdıra bilər. Kiberzorbalıq onlayn mühitdə şəxslər arasında təhqir, nifrət və ya təzyiqin ifadəsi kimi təsvir olunur. Bu, elektron poçt, sosial şəbəkələr, forumlar və sair onlayn platformalar vasitəsilə edilir.

Kiberzorbalığın bəzi halları

Sosial Şəbəkə Təzyiqi

  • Şəxslər arasında sosial şəbəkələrdə, məsələn, Facebook, Instagram, Twitter kimi platformalarda, təzyiq və təhqiramiz ifadələr.
  • Şəxslərin profil şəkilləri və paylaşımları əsasında təhqir və təzyiq.

Elektron poçt təhqiri

  • Təzyiq nifrət spam və təhqiramiz məktubları elektron poçtlar vasitəsilə göndərmək.

Şəxsi məlumatların paylaşılması

  • Şəxslərin şəxsi və gizli məlumatlarının onlayn olaraq yayılması.

Fake Hesablar

  • Saxta sosial media hesabları yaradaraq şəxslərə qarşı təzyiq etmək.

Rəsmi vəzifə təzyiqi

  • İş yeri təzyiqi və ictimaiyyi təzyiq. Şirkətlər və müəssisələr arasında onlayn təhqir ifadələri.

Bu hallar Kiberzorbalığın bəzi ümumi növləridir və təhlükəli və psixoloji təsirlərə səbəb ola bilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kiberzorakılıq haqqında məlumat. Kiberzorakılıq nədir? Kiberzorakılıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Corc Harrison

  • Fevral 27, 2026

    Morfoqrafiya

  • Fevral 23, 2026

    İmam Mustafayev

  • Fevral 27, 2026

    Henri Ford

  • Fevral 27, 2026

    Gəncə qiyamı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst