Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada.
| Daş Zirə | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 0.1 km² |
| Uzunluğu | 0,7 km |
| Eni | 0,1 km |
| Əhalisi | 0 nəfər (2013-cü il) |
| Yerləşməsi | |
| 40°17′27″ şm. e. 49°58′40″ ş. u.HGYO | |
| Ölkə | |
| Arxipelaq | |
| Akvatoriya | |
![]() Daş Zirə | |
| | |
Tarixi
1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Tallin yaxınlığındakı Vulf adasına bənzədiyi üçün verir.
Flora-Faunası
Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu). Sularında nərəkimilərlə zəngindir. Ekoloji vəziyyət neft cirklənməsilə əlaqədar gərgindir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kiçik Zirə haqqında məlumat. Kiçik Zirə nədir? Kiçik Zirə nə deməkdir?


