Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və

Khmer İmperiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Khmer İmperiyası

Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini və Cənubi Çinin bir hissəsini idarə edirdi.

İmperiya
Khmer imperiyası
ចក្រភពខ្មែរ
Çakrphup Khmer
ख्मेर साम्राज्य
Kambucadeşa
Bayraq
Bayraq
Cənub-şərqi Asiyanın xəritəsi (900-cu il). Khmer İmperiyası qırmızı rənglə verilib.
Cənub-şərqi Asiyanın xəritəsi (900-cu il).
Khmer İmperiyası qırmızı rənglə verilib.
802 — 1431
Paytaxt Mahendraparvata (IX əsrin əvvəlləri)
Hariharalaya (IX əsr)
Koh Ker (928–944)
Yasodharapura (Anqkor) (IX–XV əsrlər)
Dil Avstroasiya dilləri
Rəsmi dilləri Qədim khmer dili
Sanskrit dili
Din Hinduizm
Mahayana
Txeravada
Ərazisi 1,000,000 km2 (1290)
Əhalisi 2,000,000 (1150)
İdarəetmə forması Mütləq monarxiya
Çakravartin
 • 770—830 II Cayavarman
 • 1113—1150 II Suryavarman
 • 1181—1218 VII Cayavarman
 • 1327—1336 IX Cayavarman
Tarixi
 • 802 II Cayavarmanın taxta çıxması
 • 1431 Siamların səfəri
Davamiyyət
  •  Tailand
  •  Kamboca
  •  Laos
  •  Vyetnam
  •  ÇXR
  •  Myanma
  •  Malayziya
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir.

Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür. Həmin il II Cayavarman özünü çakravartin ("dünyanın kralı" və ya "krallar kralı"). Krallıq XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.

Mündəricat

Tarixi

Dövlət Hind-Çin yarımadasının mərkəzi hissələrində yaşayan khmer tayfaları arasındakı əlaqələrin inkişafının bir nəticəsi olaraq yaranmışdır. Khmer tayfalarının bir hakimiyyət altında birləşmələrinin ən böyük səbəbi Anqkor şəhərinin yerləşdiyi ərazidi. Bu ərazi kənd təsərrüfatının inkişafı üçün münasib idi. Dövlətin qurulmasının başqa bir səbəbi hind sivilizasiyasının sahilyanı ərazilərdən yarımadanın dərinliklərinə yayılması idi.

II Cayavarman (802–850) Kambucadeşa kral sülaləsinin banisi hesab edilir, ancaq khmer tayfaları I İndravarman (877–889) və I Yaşovarman (889–900) hakimiyyəti dövründə birləşmişdir. XI–XII əsrlər imperiyanın ən qüdrətli dövrü idi. Kral I Suryavarman (1002–1050) və II Udayadityavarman (1050–1066) imperiya ərazisində böyük bir suvarma sistemi tikmişdir.

Kral II Suryavarmanın hakimiyyəti dövründə imperiya Çauprahaya çayının vadisində yaşayan monlarla və Tyampa dövləti ilə vuruşmuşdur. Böyükmiqyaslı müharibələr XIII əsrdə imperiyanın tənəzzül dövrünə girməsi ilə nəticələnmişdir. XIII əsrin ikinci yarısında imperiya qərbdə yaşayan tay tayfalarının hücumlarına məruz qalmışdır. İmperiya XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.

İnzibati bölgü

Khmer İmperiyasının inzibati bölgüsü barədə çox az məlumat var. İmperiyanın krala xərac verən kiçik-kiçik knyazlıqlardan ibarət olmağı ehtimalı var. Mahal sistemi X əsrin ortalarında yanmışdır. Hər bir mahalda 20–90 nəfərlik srukdan (kənd) və bir məbəddən ibarət idi.

Dil

Khmer cəmiyyəti ikidilli idi. Sanskrit hakimiyyətin və mədəniyyətin, khmer isə adi xalqın dili idi. Buna baxmayaraq, kitabələrdə həm sanskrit, həm də khmer dillərindən istifadə olunurdu.

Hökmdarlar

Kambocanın 1993-cü ildə qəbul edilən krallıq bayrağı.
  • 770—830: II Cayavarman
  • 839—877: III Cayavarman
  • 877—889: I İndravarman
  • 889—910: II Yaşovarman
  • 910—923: II Xarşavarman
  • 923—928: II İşanavarman
  • 921—941: IV Cayavarman
  • 941—944: II Xarşavarman
  • 944—968: II Racendravarman
  • 968—1000: V Cayavarman
  • 1001—1002: I Udayadityavarman
  • 1002—1006: Cayaviravarman
  • 1001—1050: I Suryavarman
  • 1049—1066: II Udayadityavarman
  • 1066—1080: III Xarşavarman
    • 1080—1113: Nripatindravarman
    • 1080—1107: VI Cayavarman
  • 1107—1113: I Dharanindravarman
  • 1113—1150: II Suryavarman
  • 1150—1160: II Dharanindravarman
  • 1160—1165: II Yaşovarman
  • 1165—1177: Tribhuvanadityavarman
  • 1181—1218: VII Cayavarman
  • 1218—1243: II İndravarman
  • 1243—1295: VIII Cayavarman
  • 1295—1307: III İndravarman
  • 1307—1327: İndracayavarman
  • 1327—1336: IX Cayavarman

Qalereya

Kambocadakı məbədlər

  • Banteaysrey
    Banteaysrey
  • Preahxan
    Preahxan
  • Ta Keo
    Ta Keo
  • Pximeanakas
    Pximeanakas
  • Çau Say Tevoda
    Çau Say Tevoda
  • Banteay Samre
    Banteay Samre
  • Fillər terası
    Fillər terası

Tailanddakı məbədlər

  • Pxanom Runq
    Pxanom Runq
  • Prasat Pximay
    Prasat Pximay
  • Pranq Sam Yot
    Pranq Sam Yot
  • Prasat Sixorapxum
    Prasat Sixorapxum
  • Prasat Muanq Tam
    Prasat Muanq Tam
  • Prasat Muanq Sinqh
    Prasat Muanq Sinqh
  • Sdok Kok Txom
    Sdok Kok Txom

Laosdakı məbədlər

  • Vat Pxou
    Vat Pxou

Ədəbiyyat

Vikianbarda Khmer imperiyası ilə əlaqəli mediafayllar var.
  • Ködes, Corc. The making of South East Asia. University of California Press. 1966. ISBN 0-520-05061-4.
  • Friman, Maykl; Jak, Klod. Ancient Angkor. River Books. 2006. ISBN 974-8225-27-5.
  • Hayam, Çarls. The Civilization of Angkor. Phoenix. 2001. ISBN 978-1-84212-584-7.
  • Vittorio, Roveda. Khmer Mythology. River Books. ISBN 974-8225-37-2
  • Daqens, Bruno. Angkor — Heart of an Asian Empire. Thames & Hudson. ISBN 0-500-30054-2
  • Keys, Çarls F. The Golden Peninsula. University of Hawaii Press. 1995. ISBN 978-0-8248-1696-4.
  • Runey, Daun F. Angkor: Cambodia's wondrous khmer temples (5th). Odissey. 2005. ISBN 978-962-217-727-7.
  • Şendler, Devid P. A History of Cambodia. Westview Press. ISBN 0-8133-3511-6
  • Daquan, Çjou. The Customs of Cambodia. The Siam Society. ISBN 974-8359-68-9
  • Mouhot, Henri. Travels in Siam, Cambodia, Laos, and Annam. White Lotus Co, Ltd. ISBN 974-8434-03-6
  • Vikeri, Maykl. Society, economics, and politics in pre-Angkor Cambodia: the 7th–8th centuries. Toyo Bunko. 1998. ISBN 978-4-89656-110-4.
  • Uolker, Bencamin. Angkor Empire: A History of the Khmer of Cambodia. Kalkutta: Signet Press. 1995.
  • Edmonds, İ.Q. The Khmers of Cambodia: The story of a mysterious people. 1970.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, khmer i̇mperiyası sözünün mənası, khmer i̇mperiyası haqqında məlumat. khmer i̇mperiyası nədir? khmer i̇mperiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adveksiya

  • Mart 02, 2026

    17-ci əsr

  • Mart 06, 2026

    Nirvana (qrup)

  • Fevral 27, 2026

    Bəhai

  • Fevral 27, 2026

    Münxen

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst