Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keşişkənd rayonu, Mikoyan rayonu, Yeğeqnadzor rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. Mərkəzi Keşişkənd

Keşişkənd rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Keşişkənd rayonu

Keşişkənd rayonu, Mikoyan rayonu, Yeğeqnadzor rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. Mərkəzi Keşişkənd şəhəridir.

Rayon
Keşişkənd rayonu
İnzibati mərkəz Yeğeqnadzor
Tarixi və coğrafiyası
Yaradılıb 15.10.1931
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 36 443 (1989) nəfər
Keşişkənd rayonu xəritədə

Mündəricat

Tarixi

1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Ərazisi 1134 kv km-dir. Rayon mərkəzi Keşişkənddir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir.

Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.

1905, 1916–1918-i illərdə rayon ərazisi erməni daşnaklarının hücumlarına məruz qalıb. 1918-ci ilin yazında daşnaq Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapdılar və sonradan həmin əhali Naxçıvandan keçərək öz yurdlarına qayıtmışdı. 1920-ci ildə rayon ərazisində 66 sırf azərbaycanlı kəndi olduğu halda 1988-ci ildə bu rəqəm 7-yə endirilmişdi: Ələyəz, Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan, Ələyəz, Qalasər, Əmağu, Sallı, Hors, Ağkənd, Civə və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Ardaraz
Göytürk (Qoytur) Getap 03.01.1935
Keşişkənd Mikoyan 03.01.1935
Mikoyan Yeğenadzor 06.12.1957
Keşişkənd rayonu Mikoyan rayonu 03.01.1935
Mikoyan rayonu Yeğenadzor rayonu 06.12.1957
Həsənkənd Şatin 03.01.1935
Qoturvan Qoduxvəng …
Qoduxvəng Gadikvəng …
Aysəsi Qızılgül 10.09.1946
Əyənzur Axavnadzor 10.09.1946
Arpa Areni 10.09.1946
Əyar (Ağyar) Aqarakadzor 10.09.1946
Başkənd Varnaşen 10.09.1946
Yengicə Qandzak 10.09.1946
Qurdqulax Bolorabed 10.09.1946
Ortakənd Qladzor 10.09.1946
Erdapin Yeğegis 10.09.1946
Ağkənd Ağncadazor 03.07.1968
Gülüdüzü Vardohovit 1987-ci il
Qızılgül Arates 1987-ci il

Həmçinin bax

  • Qərbi Azərbaycan
  • Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
  • Erməni əhalisinin tarixi miqrasiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keşişkənd rayonu haqqında məlumat. Keşişkənd rayonu nədir? Keşişkənd rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hidrologiya

  • Fevral 27, 2026

    Alçalıdağ

  • Fevral 27, 2026

    II Frederik

  • Fevral 27, 2026

    Altay diyarı

  • Fevral 26, 2026

    Mail Rəhimov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst