Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

III Şah İsmayıl (fars. شاه‌اسماعیل سوم‎; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan – 1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığında

III İsmayıl

  • Ana Səhifə
  • Vikipediya
  • III İsmayıl

III Şah İsmayıl (fars. شاه‌اسماعیل سوم‎; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan – 1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığından olan XIII İran şahənşahı. Hüquqi olaraq İran şahı olmuşdur. Dövləti onun adından Kərim xan Zənd və Raziya Sultan idarə etmişdir.

Şah III İsmayıl
İsmayıl mirzə Seyid Murtuza oğlu Səfəvi
III Şah İsmayılın adına kəsdirilən pul
III Şah İsmayılın adına kəsdirilən pul
İranın və Səfəvi İmperiyasının XIII şahı
1750 – 1773
ƏvvəlkiII Süleyman Səfəvi
SonrakıII Məhəmməd (Səfəvi hökmdarı)
Şəxsi məlumatlar
Doğum tarixi 1733(1733)
Doğum yeri
  • İsfahan, Mərkəzi bəxşi[d], İsfahan şəhristanı, İsfahan ostanı, İran
Vəfat tarixi 1773(1773) (39–40 yaşında)
Vəfat yeri
  • Abadan, Abadan şəhristanı, Xuzistan ostanı, İran
Dəfn yeri İran, Xuzistan, Abadan
Fəaliyyəti hökmdar[d]
Atası Seyid Murtuza Mirzə
Anası Məryəm Sultan Səfəvi
Ailəsi Səfəvilər
Dini İslam

Mündəricat

Həyatı

Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm sultandir.

1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini mərkəz seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747–1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi. Hakimiyyət uğrunda mübarizələr və daxili çəkişmələr nəticəsində dövlət zəifləmişdi. Bu sülalənin hakimyyəti yalnız Xorasanda mövcud idi. 1749-cu il dekabr ayında saray çevrilişi nəticəsində Şahrux İran şahlığından məhrum edildi və 19 yanvar 1750-ci ildə hakimiyyətə, II Süleyman şah Səfəvi adı ilə Mir Seyid Məhəmməd gəldi, lakin az sonra 1750-ci ilin mart ayında saray çevrilişi nəticəsində II Süleyman şah Səfəvi devrildi və hakmiyyətə yenidən Şahrux şah Əfşar gəldi. Bu hadisələrlə eyni vaxtda 1750-ci il yanvarın 19-da İsfahana daxil olan Əli Mərdan xan Bəxtiyari və Kərim xan Zənd tərəfindən hakimiyyətə III Şah İsmayıl adı ilə 17 yaşlı İsmayıl gətirildi. Və əslində (hüquqi olaraq) İranda Səfəvilər sülaləsinin hakimiyyəti bərpa olundu, lakin İsmayılın heç bir real gücü və hakimiyyəti yox idi. Belə ki, dövləti onun adından vəkil adı ilə Kərim xan Zənd və Raziya Sultan idarə edirdi. Əslində Zəndlər və Bəxtiyarilər III Şah İsmayıldan xalqı yatışdırmaq və öz hakimiyyətlərini rəsmi etmək üçün istifadə edirdilər. Onu isə İranın cənubunda Abadan şəhərində qalada həbsdə tuturdular və o, heç bir vəzifəsini icra edə bilmirdi. Əli Mərdan xan Bəxtiyari öldürüldükdən sonra isə Kərim xan Zənd, tək başına İranın cənubunu idarə edir və bu dövrdə yenə də III Şah İsmayıl qalada həbsdə saxlanılırdı. 1773-cü ildə isə III Şah İsmayıl İranın cənubunda Xuzistan vilayətindəki Abadan şəhərində saray dustaqlığındaikən vəfat etdi.

    Ədəbiyyat

    • E. van Donzel, B. Lewis, Ch. Pellat Encyclopédie de l'Islam G. P Maisonneuve & Larose SA Paris 1978.
    • İran Ensiklopediyası saytı
    • Abu’l-Ḥasan Ḡaffārī Kāšānī. "Golšan-e morād". ed. Ḡ-R. Ṭabāṭabāʾī Majd. Tehran. 1990. səh. 42, 58, 110
    • Abu’l-Ḥasan Golestāna. "Mojmal al-tawārīḵ". ed. M.-T. Modarres Rażawī. Tehran. 1977. səh. 172–73, 181–82, 192, 214–15.
    • Ṣādeq Nāmī. "Tārīḵ-e gītīgošāy". ed. S. Nafīsī. Tehran. 1938. səh. 16.
    • J. R. Perry, "The Last Safavids, 1722–1773". Iran IX. 1971. səh. 66–69.

    Həmçinin bax

    • Səfəvilər dövləti

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, III İsmayıl haqqında məlumat. III İsmayıl nədir? III İsmayıl nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Portu

    • Fevral 27, 2026

      Vitebsk

    • Fevral 27, 2026

      Marağa rəsədxanası

    • Fevral 27, 2026

      Dovşan

    • Fevral 25, 2026

      Enola Gay

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst