Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ketrin Romany Bekinseyl və ya sadəcə Keyt Bekinseyl (ing. Kate Beckinsale; 26 iyul 1973, Çizik[d], London, İngiltərə, Birləşmiş Krallıq) — İngiltərə kinoaktrisa

Keyt Bekinseyl

  • Ana Səhifə
  • Vikipediya
  • Keyt Bekinseyl

Ketrin Romany Bekinseyl və ya sadəcə Keyt Bekinseyl (ing. Kate Beckinsale; 26 iyul 1973, Çizik[d], London, İngiltərə, Birləşmiş Krallıq) — İngiltərə kinoaktrisası.

Keyt Bekinseyl
Kathryn Bailey Beckinsale
Keyt Bekinseyl (2011)
Keyt Bekinseyl (2011)
Doğum adı Kathrin Romany Beckinsale
Doğum tarixi 26 iyul 1973 (52 yaş)
Doğum yeri London, İngiltərə İngiltərə
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1991-indiyədək
Təhsili
  • Yeni kollec,
  • Oksford Universiteti
IMDb ID0000295
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İngilis aktrisası Keyt Bekinseyl 26 iyul 1973-cü ildə Londonda, teatr və televiziya aktrisası Cudi Lo və məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Atası 1979-cu ildə, 31 yaşında vəfat edib. Keytin böyük bacısı Samanta da aktrisadır.

London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır.

Aktrisa uzun müddət aktyor Maykl Şinomla görüşür və bu münasibətdən 1999-cı il yanvarın 31-də qızı Lili Mo Şin dünyaya gəlir. 2003-cü ildə Şinlə ayrılandan bir neçə ay sonra Bekinseyl rejissor Len Uayzmanla nişanlanır və cütlük 2004-cü il mayın 9-da Los-Ancelesdə evlənir.

Yaradıcılığı

O, ilk rolunu "Tək küləyə qarşı" (1991) televiziya filmində oynayır. Bundan sonra Keyt Oksford Universitetinin yeni kollecində fransız və rus ədəbiyyatını öyrənsə də, elmi dərəcə ala bilmir. Amma onun xarici dillərlə tanışlığı rollarının əhatəli olmasına imkan verir. Aktrisa "FHM" jurnalında "Dünyanın 100 ən seksual qadını" (2006) siyahısında 78-ci, "Maxim" jurnalının "HOT 100" (2003) reytinq sorğusunda 16-cı, "Stiff" jurnalında 63-cü yerlərdə olsa da, "Hello" jurnalı 2002-ci ildə Keyti İngiltərənin birinci gözəli seçir.

Aktrisanın ilk böyük filmi olan "Dağıdılmış saray" (1999) kommersiya uğuru qazanmadı. Lakin aktrisa çox tezliklə "Pyörl-Harbor" (2001) filminə çəkilir və bu, ilin ən uğurlu filmi olur. Növbəti illərdə Keyt Amerikanın bahalı filmlərinə - "İntuisiya" (2001), "Başqa dünya" (2003) və "Van Helsinq"ə (2004) çəkilir. Maraqlı məqam budur ki, aktrisa "Aviator" filmindəki Ava Qardner roluna görə cəmi 20 funt qonorar alır.

Filmoqrafiya

  1. Anna Li (1993)
  2. Emma (1996)
  3. Kələk (1997)
  4. Diskonun son günləri (1998)
  5. Pyörl-Harbor
  6. İntuisiya (2001)
  7. Başqa dünya (2003)
  8. Aviator (2004)
  9. Van Helsinq
  10. Qar mələkləri (2007)
  11. Həqiqətdən başqa heç nə (2008)
  12. Onlarda hər şey yaxşıdır (2009)
Vikianbarda Keyt Bekinseyl ilə əlaqəli mediafayllar var.
  1. https://news.yahoo.com/kate-beckinsale-reveals-gypsy-164800930.html.
  2. Kate Beckinsale // Munzinger Personen (alm.).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, keyt bekinseyl sözünün mənası, keyt bekinseyl haqqında məlumat. keyt bekinseyl nədir? keyt bekinseyl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Hiroşi Hamaya

  • Fevral 27, 2026

    Niko Rosberq

  • Fevral 27, 2026

    Agavoideae

  • Fevral 26, 2026

    Volos

  • Mart 06, 2026

    Hindistan rupisi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst