Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keyns iqtisadiyyatı (Keynsçilik də adlanır) Con Meynard Keynsin iqtisadiyyat nəzəriyyələrini təsvir edir. Keyns “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəri

Keynsçilik

  • Ana Səhifə
  • Vikipediya
  • Keynsçilik

Keyns iqtisadiyyatı (Keynsçilik də adlanır) Con Meynard Keynsin iqtisadiyyat nəzəriyyələrini təsvir edir. Keyns “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” kitabında öz nəzəriyyələri haqqında yazmışdır. Kitab 1936-cı ildə nəşr edilmişdir.

Mündəricat

Con Meynard Keyns

1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (ing. The General Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard Keynsin adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası ilə əlaqələndirildi. Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə məşhurluq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”.

1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı.

Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsa da, kəskin mübahisələrə səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına səbəb olurdu.

Keynsin əsas yaraddığı nəzəriyyə bir çox ədəbiyyatlarda İqtisadi tsikllər nəzəriyyəsi adı ilə məşhurdur.

İqtisadi tsikllər nəzəriyyəsi

İqtisadi tsikllər (dövrlər) haqqında bilgilər sizə valyuta və fond bazarında, həmçinin müəssisə və təşkilatlarda, eyni zamanda bütünlüklə iqtisadiyyatda baş verən dəyişiklikləri daha düzgün şəkildə anlamaq imkanı verəcəkdir. İqtisadi proseslərin inkişafı dövri xarakter daşıyır: artım həmişə eniş dövrü ilə əvəzlənir, bunun ardınca isə həmişə canlanma və yeni yüksəliş dövrü gəlir. İqtisadi tsikl – mütəmadi (dövri) olaraq istehlak və istehsal (tələb və təklif) səviyyələrində baş verən tərəddüdlərdir.

Adətən iqtisadi inkişaf dinamikası (tsikl) 3 fazaya görə fərqlənir: Resessiya (ing. Recession); Bərpa (ing. Recovery); İnkişaf (ing. Expansion).

 Resessiya və ya tənəzzül

İşgüzar aktivlik aşağı düşür, istehsal azalır, məşğulluq və gəlirlilik səviyyəsi də aşağı düşür.

İqtisadiyyatın düşməsi və müvəqqəti eniş faktorundan asılı olaraq, iqtisadiyyatda böhran və depressiya mərhələləri bir-birindən seçilir.

Böhran iqtisadiyyatda tarazlığın pozulması deməkdir. O, istehsalın azalması və dayanması ilə nəticələnir. Depressiya isə – məhsul izafiliyinin tədricən aradan qalxdığı (artıq məhsulların tədricən satıldığı) dövrdür, adətən bu məhsullar çox aşağı qiymətə satılır və kifayət qədər zaman tələb edir.

 Bərpa və ya canlanma

İqtisadi aktivliyin yüksəlişi baş verir, istehsalat nisbətən böyüməyə başlayır.

İnkişaf və ya artımın artması

bu faza özündə adətən iqtisadi yüksəliş və bum tsikllərini əhatə edir.

  • Yüksəliş böhrandan öncəki sənaye istehsalı həcminin bərpa olunma dövrüdür, bu müddət ərzində qiymətlər, gəlirlər, əməkhaqqılar, artır və tədricən bunun sayəsində istehsalat və məşğulluq özünün tam doyma həddinə çatır və güclər tam işə salınır, bu adətən böhrandan öncəki məşğulluq və qüvvələrin səfərbər edilməsi ilə müqayisə edilə bilən bir həddə olur.
  • Bum (pik) – istehsal güclərinin tam yüklənməsi, yüksək məşğulluq səviyyəsi, qiymətlərin və əməkhaqqıların həddindən artıq yüksək səviyyəyə qalxması ilə xarakterizə olunur. Adətən bum zamanı iqtisadiyyatın artım səviyyəsi bundan öncəki tsikldə əldə olunmuş səviyyəni üstələyir.

2008-ci ildə demək olar ki, planetin bütün ölkələrinin iqtisadiyyatını əhatə edən iqtisadi böhran, bildiyiniz kimi, ABŞ-nin maliyyə və inşaat sektorunda başlamışdı. Bir sıra KİV nümayəndələrində ABŞ-nin menecmentinin ünvanına bir sıra ittihamlar irəli sürülürdü onlar yetərincə uzaqgörən olmamaqda, “tamahkarlıqda” və s. günahlarda ittiham edilirdi, amma müasir böhrana iqtisadi dövrlər barədə nəzəriyyə nöqteyi-nəzərindən yanaşsaq, onda böhranın başlamasında ABŞ-nin günahı yoxdur. Böhran  iqtisadiyyatın inkişafında obyektiv gerçəklikdir. Düzdür, onun baş verməsi bir az gecikə və ya bir az tələsə bilər, amma istənilən halda bu mütləq baş verməlidir.

Müasir dövrdə Keynsçilik

ABŞ-də Milli İqtisadi Araşdırmalar Bürosu (ing. National Bureau of Economic Research – NBER) adlı təşkilat fəaliyyət göstərir ki, onun əsas vəzifəsi iqtisadi dövrləri və indikatorları analiz etməkdir. Bu olduqca mürəkkəb bir vəzifədir, çünki məsələ ondadır ki, iqtisadiyyatın vəziyyətini səciyyələndirən bütün iqtisadi indikatorları üç böyük qrupa bölmək olar – bu qabaqlayıcı indikatorlar, üst-üstə düşən indikatorlar və gecikən indikatorlardır.

Praktiki olaraq, istənilən bir göstərici bu və ya digər qrupa aid edilə bilər, amma fərqli göstəricilərin bu və ya digər iqtisadi tsikl (dövr) ilə münasibətdə dəqiqlik səviyyəsi fərqli ola bilər. Bu və ya digər ölkənin iqtisadiyyatını dəqiq qiymətləndirmək üçün tsiklin fazasını müəyyən etmək və əsas iqtisadi indikatorları tutuşdurmaq lazımdır –ÜDM, inflyasiya səviyyəsi, qızıl valyuta ehtiyatlarının həcmi, dövlət borcunu səviyyəsi, uçot dərəcəsi, ödəmə balansının vəziyyəti, işsizlik səviyyəsi və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, keynsçilik sözünün mənası, keynsçilik haqqında məlumat. keynsçilik nədir? keynsçilik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    İberlər

  • Mart 01, 2026

    Çimnaz Aslanova

  • Fevral 27, 2026

    Bico

  • Fevral 24, 2026

    Səmərqənd

  • Mart 01, 2026

    Barlıbağ

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst