Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karolina Buvye Kennedi (ing. Caroline Bouvier Kennedy, doğ. 27 noyabr 1957) — amerikalı yazıçı, vəkil və diplomat. 2013-cü ildən ABŞ-nin Yaponiyadakı Fövqaladə

Kerolayn Kennedi

  • Ana Səhifə
  • Vikipediya
  • Kerolayn Kennedi

Karolina Buvye Kennedi (ing. Caroline Bouvier Kennedy, doğ. 27 noyabr 1957) — amerikalı yazıçı, vəkil və diplomat. 2013-cü ildən ABŞ-nin Yaponiyadakı Fövqaladə və Səalhiyyətli Səfiri. Con və Jaklin Kennedinin qızı.

Karolina Buvye Kennedi
ing. Caroline Bouvier Kennedy
ABŞ-nin Yaponiyadakı Fövqaladə və Səalhiyyətli Səfiri
12 noyabr 2013 – 18 yanvar 2017
PrezidentBarak Obama
Şəxsi məlumatlar
Doğum adı Caroline Bouvier Kennedy
Doğum tarixi 27 noyabr 1957 (68 yaş)
Doğum yeri Nyu-York
Partiya ABŞ Demokrat Partiyası
Təhsili Harvard Universiteti
Kolumbiya Universiteti
Fəaliyyəti vəkil, diplomat, yazıçı, sosial fiqur[d], jurnalist, siyasətçi
Atası Con Kennedi
Anası Jaklin Kennedi
Həyat yoldaşı Edvin Şlossberq
Uşaqları Rouz Şlossberq
Tatyana Şlossberq
Cek Şlossberq
Ailəsi Kennedi ailəsi
Dini Roma-Katolik kilsəsi
Təltifləri "Doğan günəş" ordeninin Böyük kordonu — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Karolina atası ilə birlikdə. 1963-cü il.

Karolina Kennedi 1957-ci ildə Nyu-Yorkda anadan olub. Karolinanın adı xalası Karolina Li Buvyenin şərəfinə qoyulub. ABŞ prezidentinin qızı olaraq 1961-ci ilin fevralından ailəsi ilə birgə Ağ Evdə yaşayırdı. Karolinanın altı yaşı olmasına beş gün qalmış, 22 noyabr 1963-cü ildə atası Con Kennedi Dallas şəhərində qətlə yetirilib. Faciəli hadisələrdən sonra onun ailəsi Manhettendəki Yuxarı İst-Sayt məhəlləsinə köçüb. Karolina 1980-ci ildə Harvard Universiteti nəznindəki Redklif Kollecini bitirmiş və tezliklə Metropoliten muzeyində işləməyə başlamışdır. 1988-ci ildə Kolumbiya Universitetinin hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib.

Kennedi hələ Harvard Universitetində oxuduğu zaman fotoqrafiya sənəti ilə maraqlanmağa başlayıb. O, hətta Avstriyanın İnsbruk şəhərində keçirilmiş XII Qış Olimpiya Oyunlarında fotomüxbirin köməkçisi də işləyib. Lakin Kennedinin əsas fəaliyyəti hüquqşünaslıqla, siyasətlə və xeyriyyəçiliklə bağlıdır. Karolina Kennedi 1989-cu ildə Kennedi ailəsinin digər üzvləri ilə birlikdə "Cəsarət profili" (ing. Profile in Courage Award) mükafatının təşkilatçısı qismində çıxış edib. 2002-ci ildən 2004-cü ilə qədər Nyu-York təhsil departamentinin strateji tərəfdaşlıq idarəsinin direktoru işləmişdir. Karolina Kennedi günümüzdə həmçinin Con Kennedi kitabxanasının prezidenti vəzifəsini icra edir. Karolina Ellen Alderman ilə birlikdə vətəndaş azadlıqları mövzusunda iki kitabın müəllifidir.

Karolina Kennedi 2008-ci il prezident seçkilərində Barak Obamanın namizədliyini dəstəkləyib və onun seçkiqabağı kampaniyasında fəal iştirak edib. O, 2009-cu ildə senata üzv olmaq üçün Nyu-York ştatından namizədliyini verib, lakin sonradan şəxsi səbəbləri əsas gətirərək namizədliyini geri götürüb. Yekunda Nyu-York ştatından senata Kirsten Cillibrand seçilib.

2013-cü ildə prezident Barak Obama tərəfindən Yaponiyaya səfir olaraq təyin edilib. Obama xanım Kennedini gözəl ictimai xadim adlandıraraq, təcrübəsinin onun yeni vəzifəsində yardımçısı olacağını deyib. Yaponiyanın nazirlər kabinetinin rəhbəri təyinatı alqışlayıb. Kennedinin Obama ilə yaxın əlaqələrindən danışan Yoşihide Suqa deyib ki, bu addım Ağ Evin Yaponiya-ABŞ əlaqələrinə yüksək qiymət verdiyinə işarədir.

Şəxsi həyatı

Karolina Con və Jaklin Kennedi cütlüyünün günümüzdə həyatda qalan yeganə övladıdır. Onun kiçik qardaşı Con, 1999-cu ildə həyat yoldaşı və baldızı ilə birlikdə təyyarə qəzasında faciəli şəkildə həlak olub. Digər qardaşı Patrik isə vaxtından qabaq doğuşdan cəmi iki gün sonra, 9 avqust 1963-cü ildə vəfat edib. Karolina Kennedi 1986-cı ildə Edvin Şlossberq ilə evlənib. Cütlüyün Rouz, Tatyana və Cek adında üç uşağı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kerolayn Kennedi haqqında məlumat. Kerolayn Kennedi nədir? Kerolayn Kennedi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Korund

  • Fevral 25, 2026

    Vaqiə surəsi

  • Fevral 27, 2026

    Dauqava

  • Fevral 27, 2026

    Ambidekstriya

  • Fevral 27, 2026

    İbtidai öküz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst