Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur.
| Kerber | |
|---|---|
| q.yun. Κέρβερος | |
| |
| Mifologiya | Yunan |
| Yunanca adı | Κέρβερος |
| Cinsi | erkək orqanizm[d] |
| Atası | Tifon |
| Anası | Exidna |
| Qardaşı və bacısı | Hidra, Nemey şiri, Ximera |
| Əlaqəli personajlar | Aid, Herakl |
Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli kəpənəkçiçək (akonit) otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Ədəbiyyat
- Dante Aligyeri, İlahi Komediya
- Coan Roulinq, Harri Potter və Fəlsəfə Daşı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kerber (mifologiya) haqqında məlumat. Kerber (mifologiya) nədir? Kerber (mifologiya) nə deməkdir?
