Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kü

Katolikos Nerses

  • Ana Səhifə
  • Vikipediya
  • Katolikos Nerses

Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı.

Nerses Bakur
Doğum tarixi bilinmir
Vəfat tarixi 706(0706)

Katolikosluğu

Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi. Əbdülmalik Nerses Bakuru katolikosluqdan kənarlaşdırdı.

Moisey Kalankatlı onun haqqında yazır:

Katolikos Nerses Girdiman kilsə dairəsindəndir. Katolikos kürsüsündə on yeddi il oturub. Günahlı məfkurəyə malik olub, xalkedon küfrünü qəbul etməklə Albaniya ölkəsini çaşdırmaq istədi. Cismən və ruhən lənətlənərək albanlar və ermənilər tərəfindən Allah Oğlunun şərəfindən məhrum edilib kafirlərə hazırlanan ölümə məhkum olundu.

Kalankatlının və eləcə də bir çox erməni dilli müəlliflərin məlumatından bəlli olur ki, Katolikos Nerses taxtdan salınaraq öldürülmüşdür. Mxitar Qoş isə onun haqqında qısaca olaraq bunu qeyd edir: "O, xalkedon küfrünün tərəfdarı idi."

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, katolikos nerses sözünün mənası, katolikos nerses haqqında məlumat. katolikos nerses nədir? katolikos nerses nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Kvn

  • Mart 06, 2026

    Tahir Hüseynov

  • Fevral 27, 2026

    Alpavut oymağı

  • Mart 01, 2026

    Kimyəvi elementlər

  • Mart 06, 2026

    Anacamptis laxiflora

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst