Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Astabad — Naxçıvan şəhərindən 12 km cənub–şərqdə, Araz çayının sahilində yerləşən orta əsr şəhəri. Məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəimini

Astabad

  • Ana Səhifə
  • Vikipediya
  • Astabad

Astabad — Naxçıvan şəhərindən 12 km cənub–şərqdə, Araz çayının sahilində yerləşən orta əsr şəhəri. Məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəiminin doğulduğu və yaşadığı şəhər.

Qədim şəhər
Astabad
39°07′19″ şm. e. 45°24′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan rayonu
Salınma tarixi XII - XIII əsrlər
Milli tərkibi Azərbaycan türkləri
Müasir yeri Naxçıvan şəhərindən 12 km cənub - şərq
Astabad xəritədə
Qırmızı nöqtə

Mündəricat

Tarixi

Şəhərin xarabalığı indiki Təzəkəndin yaxınlığındadır. Astabad şəhərinin adına XIV əsrdən başlayaraq mənbələr və rəsmi sənədlərdə təsadüf edilməkdədir. XVIII – XIX əsrlərdə isə şəhərin adı tədricən unudulmuş, bəzən isə yaxınlığındakı monastırın adı ilə Qızılvəng adlandırılmışdır. 1895-ci ildə Astabadda gildən yüksək hazırlanmış kişi heykəlləri tapılmışdır. 1926-cı ilə qədim qəbirsanlıqdakı arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid nəfis boyalı qablar, silahlar və üzərində insan təsviri olan daş aşkar olunmuşdur.

Orta əsrlərdə Astabad hürufiliyin əsas mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılar həmin hərəkatın banisi və rəhbəri Fəzlullah Nəimi Astabadinin (1339–1394) də bu şəhərdə doğulduğunu və yaşadığını qeyd edirlər. Nəimi doğma şəhərinin şərəfinə "Astabadi" təxəllüsünü götürmüşdür.

Şəhər feodal ara müharibələri nəticəsində dağıdılmış və tərk edilmişdir. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi zamanı bu dəyərli tarixi abidə su altında qalmışdır. Şəhərdə epizodik şəkildə tədqiqatlar aparılmış, ciddi elmi axtarış və qazıntılara cəlb edilməmişdir.

Astabad nekropolu

Astabad nekropolu Astabad şəhəri yaxınlığında orta əsrlərə (XII – XVIII əsrlərə) aid qəbirsanlıqdır. Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç tipli abidələr olmuşdur. Bu qəbir daşlarının əksərinin üzərində ərəb qrafikası ilə kitabələr saxlanmışdır.

Nekropolda kəşfiyyat xaraketrli tədqiqat aparılmışdır. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi zamanı Astabad nekropolu da su altında qalmışdır.

Həmçinin bax

  • Fəzlullah Nəimi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, astabad sözünün mənası, astabad haqqında məlumat. astabad nədir? astabad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Citrus

  • Mart 01, 2026

    Hərbi parad

  • Fevral 28, 2026

    Ağalıkənd

  • Mart 01, 2026

    251 (ədəd)

  • Mart 06, 2026

    Sərkərli

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst