Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karolinq imperiyası — VIII-IX əsrlərdə Frank mənşəli Karolinqlər sülaləsinin hökmdarları tərəfindən idarə olunan və paytaxtı Mets şəhəri olan imperiyadır. Sülal

Karolinq imperiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Karolinq imperiyası

Karolinq imperiyası — VIII-IX əsrlərdə Frank mənşəli Karolinqlər sülaləsinin hökmdarları tərəfindən idarə olunan və paytaxtı Mets şəhəri olan imperiyadır. Sülalənin ən görkəmli üzvü olan Böyük Karl dövründə, Karolinq imperiyasının sərhədləri, indiki Fransa, Almaniya, Şimali İtaliya, Hollandiya, Belçika və İsveçrə də daxil olmaqla, Qərbi və Mərkəzi Avropanın əksər hissəsini əhatə edirdi. Karolinq imperiyası, daha sonra qurulacaq Müqəddəs Roma İmperiyasının başlanğıcı hesab edilə bilər. Karolinq dövrünün simvolu Axen kilsəsidir.

Karolinq imperiyası

Mündəricat

Karolinq sülaləsinin yaranması

Şimali Qalliya mənşəli saray mayordromu Karl Martell (714-741), sonra isə oğlu Gödək Pipin Karolinq sülaləsinin ilk kralları hesab edilirlər. O dövrdə franklar Merovinqlər sülaləsindən olan padşahlar tərəfindən idarə olunurdu. Bu iki Karolinq sülaləsinin zadəganları bölgə rəhbərləri ilə apardıqları mübarizədə uğur qazansalar da, Merovinq padşahlarını məhv etməyə müvəffəq ola bilmədilər. Ancaq Papa Pipinin kral olmasının daha məqbul olduğunu bildirdi. Pipin 751-ci ildə Papa tərəfindən xeyir-dua aldı. Bununla Karolinq sülaləsi quruldu. 756-cı ildə Pipin Lanqobardların əlindəki İtaliyaya ekspedisiya təşkil etməklə Papaya Mərkəzi İtaliyanın şəhərlərinə vermək istədi; beləliklə də Papa dövlətinin təməli qoyuldu. Pipin daha sonra Aqvitaniayı geri alır.

Böyük Karl

Pipinin oğlu Böyük Karl bu genişləndirmə siyasətini davam etdirərək 774-cü ildə Pavianı tutandan sonra Lombardların kralı olur. Saksoniyanı Elbaya kimi fəth etdi (772-805). 788-ci ildə Bavariyanı ələ keçirdi və ispan xristianlarının çağırışı ilə Əndəlüs müsəlmanları ilə toqquşdu. Roncesvallesdəki məğlubiyyətinə baxmayaraq, o, Barselona da daxil olmaqla Şərqi Pireneyin cənub bölgələrinə kimi əraziləri öz hakimiyyəti altına almağı bacardı; Beləliklə, Əndəlus müsəlmanları Ebro çayına kimi geriyə çəkildilər. Bu nailiyyətlər Böyük Karlı Qərbi Avropanın ən böyük hökmdarı etdi. 25 dekabr 800-cü ildə Vatikandakı San Pietro Bazilikasında Roma Papasından imperator tacı taxan Böyük Karl bunun Bizans imperiyasının paytaxtı olan Konstantinopol tərəfindən tanınmasına da nail oldu.

Karolinq renessansı

Böyük Karl dövründə Karolinq imperiyası

Karolinq hakimiyyəti ilə bərabər franklar böyük bir bərpa dövrünə qədəm qoyurlar. Bu bərpa dövrü Böyük Karlın hakimiyyəti dövründə xüsusilə nəzərə çarpmağa başlayır. Tarixçilər bu bərpa prosesini Karolinq renessansı adlandırırlar. Böyük Karl ilk növbədə özünün yaratmış olduğu və yaxşı təşkilatlandırdığı monastırlarda kitab yazılması prosesini dəstəkləmişdir. Kitabların təkcə bədii əsər kimi deyil, həm də maarifləndirmə məqsədilə üzləri köçürülürdü. Bu məqsədlə birinci dəfə olaraq böyük və kiçik hərflərdən istifadə edilmiş və durğu işarələrinə əhəmiyyət verilmişdir. Latın dilindəki sözlər əvəzinə frank dilindəki sözlərdən istifadə edilməyə başlanmışdır. Frank imperiyasının ərazilərinin genişlənməsi bədii sahələrin də inkişafına səbəb olmuşdur. Böyük Karlın dəstəyi sayəsində Avropanın bir çox yerindən keşişlər və müəllimlər gətirilirdi və Frank imperiyası elmi və bədii inkişafları yaxından izləyirdi.

İmperiyanın parçalanması

813-cü ildə Karlın oğlu I Lüdovik Axendə taxta çıxdı. Müqəddəs Roma Alman imperiyasının genişlənməsi 825-ci ilə qədər davam etdi. Lüdviq İmperator titulunu böyük oğlu Lothara verməyə hazırlaşırdı və kral köməkçiləri titullarını da digər oğullarına verməyi düşünürdü. Bu düşüncə, 823-cü ildə (daha sonra II Karl adlanacaqdı) dördüncü oğlunun dünyaya gəlməsi ilə suya düşdü. Digər qardaşlar Karl ilə atalarına qarşı birləşdilər və aralarında çoxlu müharibələr oldu. 840-cı ildə I Lüdviq, oğullarına verdiyi qərarı qəbul etdirə bilmədən öldü.

Lüdviqin dörd oğlu 843-cü ildə Verden müqaviləsini bağladı və imperiya torpaqlarını üç krallıqa böldü. İmperator adını əvvəlcə I Lotar (840-855), sonra II Lüdviq götürdü. Ölkə ərazisi İtaliya ilə məhdudlaşsa da, bütün digər bölgələrə Vikinq basqınları baş verdi. Vikinqləri müsəlmanlar izlədi. Başqa bir problem əyalət hakimlərinin müstəqilliklərini elan etmələri idi. Bu şəraitdə, Papalar, Müqəddəs Roma İmperiyasının tacını əvvəlcə II Karla (875-877), sonra III Karla (881-887) versələr də, imperiyanın gücü sıfıra enmişdi. Sonunda imperator titulu heç kimə verilmədi. 888-ci il ümumi parçalanma ili idi və bu mərhələdə qondarma feodal cəmiyyəti inkişaf etdi; bu, əyalət hakimlərinin hakimiyyəti ələ keçirməsi idi.

İmperatorluqda tənəzzül dövrü başlayarkən, düşüncə və sənət sahəsindəki Böyük Karl dövründən başlanmış Böyük Karl Renessansı dövrü inkişaf edirdi.

Karolinqlər sülaləsinin hökmdarlarının siyahısı

Pipinlər ve Karolinq Saray Nazirləri

  • Pipin Landenli (580–640)
  • I Grimoald (643–662)
  • Pipin Herstallı (687–714)
  • Karl Martell (714–741)
  • Karloman (saray naziri) (741–747)
  • Gödək Pipin (741–751)

Karolinq kralları

  • Gödək Pipin (751–768)
  • I Karloman (768–771)
  • Böyük Karl (768–800)
  • Cavan Karl (800–811)

Karolinq imperatorları

  • Böyük Karl (800–814)
  • Dindar Lüdvik (813/814–840)
  • I Lothar (Frank Kralı) (840–855)
  • II Lüdviq (İtaliya) (855–875)
  • Daz Karl (II Karl) (875–877)
  • Kök Karl (III Karl) (881–888)
  • Arnulf Karintiyalı (896–899)
  • Ama Lüdviq (III Lüdviq (901–905)

Şərqi Frank Krallığı kralları

  • II Lüdviq Alman (843–876)
  • Karloman (Ostfrankenreich) (876–880)
  • III Lüdviq (Ostfrankenreich) (876–880/882)
  • III Karl (Ostfrankenreich) (876–887)
  • Arnulf Karintiyalı (887–899)
  • Uşaq Lüdviq (IV Lüdviq) (899–911)

İtaliya kralları

  • Böyük Karl (774–814)
  • Pipin (İtaliya) (781–810)
  • Bernhard (İtaliya) (813–818)
  • I Lotar (818–855)
  • II Lüdviq (İtaliya) (844–875)
  • II Karl II (der Kahle) (875–877)
  • Bavariyalı Karlmann Bavyeralı (II Karlmann) (877–879)
  • Kök Karl (III Karl) (879–887)

Lotaringiya Krallığı kralları

  • I Lotar (Frankenreich) (843–855)
  • II Lotar (Lothringen) (855–869)
  • Zwentibold (895-900)

Qərbi Frank Krallığı kralları

  • Daz Karl (II Karl) (843–877)
  • Kekeme Ludwig (II Luis) (877–879)
  • III Luis (879-882)
  • II Karloman (879-884)
  • Kök Karl (III Karl) (884–888)
  • Basit Karl (III Charles Basit) (898–922)
  • IV Luis, Fransa Kralı (IV Luis Xarici ölkələrdən) (936–954)
  • Lotar, Fransa Kralı (954–986)
  • V Luis, Fransa Kralı (V Luis Tembel) (986–987)

Akvitaniya kralları

  • Dindar Lüdvik (781–814)
  • I Pipin (Akvitaniya) (817–838)
  • II Pipin (Akvitaniya) (838–848)
  • Uşaq Karl (848–866)

Aşağı ölkələr krallığı kralları

  • III Lüdviq (Âma Ludwig) (887–905)
  • I Hüqo (İtaliya) (905–947)
  • II Lotar (İtaliya) (947–950)
  • Provanslı Karl (950–963)

Aşağı Lorreyn Knyazlığı

  • Aşağı Lorraine knyazı Karl (978–991)
  • Aşağı Lorraine knyazı Otto (991–1005/06)

Digər hökmdarlıqlar

  • Provanslı Karl, Provans Kralı
  • Bavariyalı Karlman, Bavariya Kralı (876–880)

Həmçinin bax

  • Abbasi-Karolinq ittifaqı

Ədəbiyyat siyahısı

  • Bowlus, Charles R. The Battle of Lechfeld and its Aftermath, August 955: The End of the Age of Migrations in the Latin West. Ashgate Publishing. 2006. ISBN 978-0-7546-5470-4.
  • Costambeys, Mario. The Carolingian World. Cambridge University Press. 2011. ISBN 978-0-5215-6366-6.
  • Goldberg, Eric J. Struggle for Empire: Kingship and Conflict under Louis the German, 817-876. Ithaca, NY: Cornell University Press. 2006.
  • Hooper, Nicholas; Bennett, Matthew. The Cambridge Illustrated Atlas of Warfare: the Middle Ages. 1996. ISBN 978-0-5214-4049-3.
  • King, P. D. Charlemagne : translated sources. Lambrigg, Kendal, Cumbria: P.D. King. 1987. ISBN 0-9511-5030-8. OCLC 21517645.
  • McKitterick, Rosamond. The Frankish Kingdoms Under the Carolingians, 751-987. Harlow: Longman. 1983.
  • McKitterick, Rosamond. Charlemagne: The Formation of a European Identity. Cambridge: Cambridge University Press. 2008.
  • Nelson, Janet L. King and Emperor: A New Life of Charlemagne. Oakland: University of California Press. 2019.
  • Reuter, Timothy. Germany in the Early Middle Ages c. 800–1056. London and New York: Routledge. 2013 [1991].
  • Reuter, Timothy. Medieval Polities and Modern Mentalities. Cambridge: Cambridge University Press. 2006. ISBN 978-1-1394-5954-9.
  • Scholz, Bernhard Walter, redaktorCarolingian Chronicles: Royal Frankish Annals and Nithard's Histories. University of Michigan Press. 1970. ISBN 0472061860.
  • Watts, Edward J. The Eternal Decline and Fall of Rome: The History of a Dangerous Idea. New York: Oxford University Press. 2021.
  • West, Charles. The Fall of a Carolingian Kingdom: Lotharingia, 855–869. Toronto: University of Toronto Press. 2023.

Əlavə ədəbiyyat siyahısı

  • Bowlus, Charles R. Franks, Moravians, and Magyars: The Struggle for the Middle Danube, 788-907. Philadelphia: University of Pennsylvania Press. 1995.
  • Chandler, Tertius; Fox, Gerald. 3000 Years of Urban Growth. New York and London: Academic Press. 1974. ISBN 978-0-1278-5109-9.
  • Schutz, Herbert. The Carolingians in Central Europe, Their History, Arts, and Architecture: A Cultural History of Central Europe, 750-900. Leiden-Boston: Brill. 2004.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, karolinq imperiyası sözünün mənası, karolinq imperiyası haqqında məlumat. karolinq imperiyası nədir? karolinq imperiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Bulbophyllum bigibbum

  • Fevral 28, 2026

    Kəngərli eli

  • Fevral 27, 2026

    Set

  • Mart 06, 2026

    Praksiologiya

  • Fevral 27, 2026

    Parmenid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst