Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karlovitsa müqaviləsi — 26 yanvar 1699-cu il tarixində Osmanlı ilə əvvəl Müqəddəs Roma-Alman İmperatorluğu olan digər Müqəddəs İttifaq dövlətləri (Avstriya, Ven

Karlovitsa müqaviləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Karlovitsa müqaviləsi

Karlovitsa müqaviləsi — 26 yanvar 1699-cu il tarixində Osmanlı ilə əvvəl Müqəddəs Roma-Alman İmperatorluğu olan digər Müqəddəs İttifaq dövlətləri (Avstriya, Venesiya və Reç Pospolita) arasında imzalanmış sülh müqaviləsi. Türk tarixşünaslığında Osmanlı imperiyasının "geriləmə dövrü"nün başlanğıcı hesab olunur. Karlovitsa bugünkü (alm. Karlowitz‎, serb. Сремски Карловци (Sremski Karlovci)) Serbiyanın sərhədləri daxilində olan kiçik bir qəsəbədir. Müqavilə 1683–1698-ci illəri əhatə edir.

Karlovitsa müqaviləsi
İmzalanma tarixi 26 yanvar 1699
İmzalayanlar

Rami Mehmet Paşa
Franz Ulrix Kinski
Karlo Ruzzini
Stanislav Malaçovski

Prokopij Vosnitzin
Tərəflər Türkiyə Türkiyə
Rusiya Rusiya
Müqəddəs Roma İmperiyası
Venesiya Respublikası
Reç Pospolita
Vasitəçilər İngiltərə İngiltərə, Niderland Niderland
Dili latın dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxa plan

Sultan II Mustafa öndərliyində Osmanlılar Avstriya imperiyası üzərinə üç böyük səfər təşkil etmişdirlər. Papa XI Innoketti 1684-cü ildə Osmanlı İmperiyasına qarşı "Müqəddəs (Liqa) İttifaq" adı altında Avstriya, Reç-Pospolita və Venesiyadan ibarət ittifaq yaratmış və 1686-cı ildə bu ittifaqa Rusiya da qatılmışdı. Transilvaniyada (Rumıniyanın vilayətlərindən biri) baş verən bir sıra döyüşlər zamanı venesiyalılar Moreya və Dalmaçiyaya hücum etdilər. Uzun müddətli döyüşlər Osmanlı imperiyasını zəiflətmişdi. Bəhs edilən dövrdə Rusiyada I Pyotr hakimiyyətə gəlmişdi. I Pyotr ordusunu möhkəmlədərək, Aralıq və Qara dənizdə Rusiyanın ağalığına nail olmaq istəyirdi. Onun 1695-ci ildəki ilk hücumu uğursuqluzla nəticələndi, lakin bir il sonra Azov qalasını rus qoşunları tərəfindən tutuldu (6 avqust, 1696). Osmanlı ordusunun 11 sentyabr 1697-ci ildə Zenta Müharibəsində məğlubiyyəti və İngilis və Niderland hökumətinin araya girməsi nəticəsində II Mustafa sülh müzakirələrinə razı olmuşdur.

Müqavilənin şərtləri

Karlovitsa qəsəbəsinin indiki görünüşü

İki ay davam edən müzakirələrə məsləhətçi olaraq qatılan italyan əsilli Luigi Ferdinando Marsigli müqavilə imzalandıqdan sonra 850 km uzunluğunda olan yeni Osmanlı-Avstriya sərhədinin xəritəsinin çəkilib təsbit edilməsi üçün qurulan komissiyanın sədrlik etmişdir. Müzakirələr əsnasında tarixdə ilk dəfə olaraq, tərəflər dairəvi bir masa ətrafında toplandılar. Müzakirələrin aparıldığı böyük çadırın dörd müxtəlif girişi var idi. 26 yanvar 1699-cu il tarixində imzalanan Karlovitsa sülhü ilə Banat və Timişoara istisna olmaqla bütün Macarıstan və Transilvaniya Şahzadəliyi Avstriyaya, Ukrayna və Podolya Reç Pospolitaya, Moreya və Dalmaçya sahilləri venesiyalılara verildi. Bunda başqa Kerç qalası üzərində iddiaları olduğundan (Kerç – Krımın şərq hissəsində qədim şəhər) ruslarla heç bir müqavilə imzalanmadı. Sadəcə olaraq iki illik bir atəşkəs üçün razılığa gəlindi. Sülhün müddəti 25 il olaraq təyin edildi və müqavilənin qarant dövləti də Avstriya seçildi. Karlovitsa Müqaviləsi Osmanlı İmperatorluğunun qərbdə böyük torpaq sahələrini itirdiyi ilk müqavilədir. Karlovitsa müqaviləsindən sonra Osmanlı İmperatorluğu itirdiyi torpaqları geri alma siyasəti aparmağa başladı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karlovitsa müqaviləsi haqqında məlumat. Karlovitsa müqaviləsi nədir? Karlovitsa müqaviləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    2020-ci illər

  • Fevral 26, 2026

    Diferensial tənliklər

  • Fevral 27, 2026

    Şimali Hindistan

  • Fevral 24, 2026

    20 dekabr

  • Fevral 25, 2026

    Teofrastus

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst