Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karl Rensom Rocers (ing. Carl Ransom Rogers; 8 yanvar 1902[…], Ouk-Park[d], İllinoys – 4 fevral 1987[…], La-Hoyya[d], Kaliforniya) — amerikan psixoloqu, humanis

Karl Rocers

  • Ana Səhifə
  • Vikipediya
  • Karl Rocers

Karl Rensom Rocers (ing. Carl Ransom Rogers; 8 yanvar 1902[…], Ouk-Park[d], İllinoys – 4 fevral 1987[…], La-Hoyya[d], Kaliforniya) — amerikan psixoloqu, humanistik psixologiyanın banilərindən biridir (Abraham Masslou ilə birgə). Rocers subyektin sosial mühüm ilə qarşılıqlı əlaqəsi zamanı fomalaşan "mənlik konsepsiyasını" şəxsiyyətin quruluşunun mühüm tərkib hissəsi hesab edirdi. Rocers qeyri direktiv psixoterapiyanın yaradılmasında mühüm rol oynamış və onu "şəxsiyyət yönümlü psixoterapiya" (ing. person-centered psychotherapy) adlandırmışdır. 1947-ci ildə ABŞ psixologiya assosasiyasının prezidenti olmuşdur.

Karl Rensom Rocers
ing. Carl Ransom Rogers
Doğum tarixi 8 yanvar 1902(1902-01-08)[…]
Doğum yeri
  • Ouk-Park[d], Kuk[d], İllinoys, ABŞ
Vəfat tarixi 4 fevral 1987(1987-02-04)[…] (85 yaşında)
Vəfat yeri
  • La-Hoyya[d], San-Dieqo, San-Dieqo qraflığı, Kaliforniya, ABŞ
Elm sahələri psixologiya, Psixoterapiya
İş yeri
  • Çikaqo Universiteti
Təhsili
  • Viskonsin-Medison Universiteti
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1961),
  • Amerikan Psixoloqlar Birliyi
nrogers.com/index.html
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rocers öz üsulunu universal hesab edirdi. Belə ki, həmin üsulu mədəniyyətindən, fəaliyyət sahəsindən, dini baxışlarından asılı olmayaraq müxtəlif müştəri tiplərinə həm qruplar (tələbəvə şagirdələrə, əmək kollektivlərinə), həm də fərdi (məktəblilərə, valideynlərə, veteranlara) şəkildə tətbiq etmək mümkündür. Bu metod həm fərddaxili, həm də fərdlər arası və qruplararası münaqişələrin həllində istifadə edilə bilər.

Rocersin "şəxsiyyət yönümlü psixoterapiya"sı müştərilərin üzləşdiyi müxtəlif əməli problemlərin həllində istifadə edilir. Həmin problemlər aşağıdakılardır: peşəkar fəaliyyətlə bağlı problemlər, ər-arvad münasibətlərində olan problemlər, psixoloji pozuntular və s. Son illər bu üsul tepapevtlər tərəfindən uğurla tətbiq edilir. Müəllif özü bildirir ki, "10 il əvvəl qeyri-direktiv yanaşmanı tətbiq edən terapevt hər müştəri ilə orta hesabla 5–6 müayinə həyata keçirirdisə (nadir hallarda 15), "şəxsiyyət yönümlü psixoterapiya"nın tətbiqi nəticəsində 15–20 müsahibə kifayət edir" 

Rocers "şəxsiyyət yönümlü psixoterapiya"nın problemli uşaqlarla münasibətdə səmərəli olması xüsusi ilə qeyd edirdi. Bu sahədəki fəaliyyət zamanı əksər hallarda verbal ünsiyyət çox az olur və ya ümumiyyətlə müşahidə edilmir. Burada ən vacib məqam qrup şəklində tepariyadır. Bu cür tepariya üsulu nəinki problemli uşaqlarda, həmçinin yetkin insanlarda da səmərə verir. Bu üsulun mahiyyətini tərəf müqabilinin hərəkətlərini izləmək və əyani şəkildə örnək götürməkdən ibarətdir.

Sitatları

  • "…İnsan müəyyən bir növə aiddir və həmin növün xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərdən biri insanın sosiallaşmaya və qarşılıqlı münasibətlərə olan "sağalmaz" tələbatıdır.
  • İnsan özünün deyil, digər şəxslərin gözləntilərini doğrultmağa cəhd göstərdikdə çoxlu sayda problem meydana gəlir.
  • Hər birimiz iki ayrıca hissədən ibarədir (ruh və bədən) və biz onları ciddi cəhdlə birləşdirməyə, inteqrasiya etməyə çalışırıq.
  • Xeyirxahlıq ona inanmayan insanların qarşısına nadir hallarda çıxır.
  • "Kim sizə deyib ki, kimsə sizi sevməyə borcludur? Bu harda yazılıb?
  • Nüfuzlu şəxslərin nəzəriyyələrində də səhvlər ola bilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karl Rocers haqqında məlumat. Karl Rocers nədir? Karl Rocers nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qavqamel döyüşü

  • Fevral 27, 2026

    Baylakan

  • Fevral 27, 2026

    Monterey (Kaliforniya)

  • Fevral 27, 2026

    Sapindaceae

  • Fevral 28, 2026

    Xortum

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst