Karl Lagerfeld, əsl adı Karl Otto Lagerfeldt (10 sentyabr 1933[…], Hamburq, Üçüncü Reyx – 19 fevral 2019[…], Nöyi-sür-Sen, Fransa) — XX əsrin ən önəmli dəb təmsilçilərindən biri.
| Karl Lagerfeld | |
|---|---|
| alm. Karl Otto Lagerfeld | |
![]() Lagerfeld 2014-cü ildə Fendi mağazasının açılışında | |
| Doğum tarixi | 10 sentyabr 1933[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 19 fevral 2019[…] (85 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
| Partnyoru |
|
| Atası | Otto Laqerfeld[d] |
| Fəaliyyəti | dəb dizayneri, fotoqraf, naşir, poçt markası dizayneri[d], kostyum dizayneri[d], dəb fotoqrafı[d], modelyer[d], kolleksiyaçı, kinorejissor, dizayner |
| Tanınır | Dizayneri olduğu brendlər: Jean Patou (1958-1963) Chloé (1963–1978, 1992–1997) Fendi (1965-2019) Karl Lagerfeld (1984-2019) Chanel (1983-2019) H&M (2004) Hogan (2011) Macy's (2011) Falabella (2017) |
| Mükafatları | |
![]() | |
| karl.com | |
Həyatı
Karl Lagerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Lagerfeldin ailəsində anadan olmuşdur. Onun doğma bacı və ya qardaşı olmamışdır.
1952-ci ildə o, Paris şəhərinə gəlmiş, burada Montenya Liseyində təhsil almışdır. 1955-ci ildə Karl, Beynəlxalq Yun Katibliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə ilk mükafatını qazanmışdır. Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışmışdır.
1980-ci illərin başlarında özünə aid parfümeriya və geyim əşyasını çıxararaq öz markasını tanıtmışdır. Karyerası ərzində Chloé, Fendi və Chanel kimi büyük dəb evləri ilə birlikdə işləmişdir.
Lagerfeld 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karl Lagerfeld haqqında məlumat. Karl Lagerfeld nədir? Karl Lagerfeld nə deməkdir?

