Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karbürator daxili yanma mühərriklərinin maye yanacaq və hava qarışığı ilə qidalandırılmasına xidmət edən yanacağın dozlaşdırılması qurğusudur. Yanacaq qarışığın

Karbürator

  • Ana Səhifə
  • Vikipediya
  • Karbürator

Karbürator daxili yanma mühərriklərinin maye yanacaq və hava qarışığı ilə qidalandırılmasına xidmət edən yanacağın dozlaşdırılması qurğusudur. Yanacaq qarışığının hazırlanmasına karbürasiya (fransız mənşəli sözdür) deyilir. Yanacağın silindrlərdə böyük sürətlə tam yanması və eyni zamanda böyük istilik verməsi üçün o yanmaya hazırlanmalıdır. Hazırlıq prosesinin mahiyyəti mayenin kiçik damcılara bölünməsi və hava ilə inetsniv qarışmasından ibarətdir. Mayenin yayılması karbüratora verilən yanacaq şırnağının nazik ucluqdan verilən hava ilə darmadağın edilməsi ilə müşayiət olunur.

Növləri

Hava axınının istiqamətindən asılı olaraq karbüratorlar 4 qrupa bölünürlər: düşən cərəyanla (yuxarıdan aşağıya), maili cərəyanla (diaqonal), üfüqi cərəyanla və qalxan cərəyanla (aşağıdan yuxarıya) işləyən. Avtomobillərdə düşən cərəyanla işləyən karbüratorlar geniş yayılmışdır. Üfüqi cərəyanla işləyənlər ən çox motosikllərdə, qayıqlarda, həmçinin gücləndirilmiş avtomobil mühərriklərində istifadə olunur.

Şəkildə Otto mühərriklərində istifadə olunan karbüratorlar təsvir edilmişdir. Otto mühərrriklərində baş verən yanma prosesi hava ilə yanacaq qarışığının nisbətinin 16:1 olmasını tələb edir. Bu nisbətin daimi saxlanmasına baş ucluq xidmət edir. Baş ucluğun işləmə prinsipi ondan ibarətdir ki, havanın qıfdan və yanacağın baş ucluqdan keçməsi zamanı eyni təzyiq fərqi yaransın. Nəticədə hava və yanacağın kütləvi axında nisbəti saxlanılır. Bu nisbətdən meyillənmə konstruksiya tədbirləri ilə aradan qaldırılır.

Düşən cərəyanla işləyən karbüratorlar başlanğıc ağızlığı, üzgəc kamerası, üzgəc, əsas ucluq, hava korrekturu, boş gediş ucluğu, təcilləndirici nasos və CO-boltundan ibarətdir. Mühərrikin optimal işləməsi karbüratordan bir başa asılıdır. Karbüratorun parametrlərinin pozulması avtomobilin dinamiki keyfiyyətlərinin aşağı düşməsinə, yanacaq məsrəfinin artmasına, həmçinin ayrılan qazların toksikliyinin artmasına gətirib çıxarır.

Mənbə

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karbürator haqqında məlumat. Karbürator nədir? Karbürator nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gülçiçək Xatun

  • Fevral 27, 2026

    Baterst

  • Fevral 27, 2026

    Bala Nəzərov

  • Fevral 27, 2026

    Bığcıqsızlar

  • Fevral 27, 2026

    Miokard

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst