Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vali (ərəb. الوالي‎, al-wālī və ya ərəb. والٍ‎) — İslam ölkələrinin inzibati sistemində (əyalət, vilayət və ya mühafəzə) dövlətin və ya regionun bölündüyü əyalə

Vali

  • Ana Səhifə
  • Vikipediya
  • Vali

Vali (ərəb. الوالي‎, al-wālī və ya ərəb. والٍ‎) — İslam ölkələrinin inzibati sistemində (əyalət, vilayət və ya mühafəzə) dövlətin və ya regionun bölündüyü əyalətin, yaxud digər inzibati-ərazi vahidinin rəhbəri, canişini və qubernatoru. Bu termin həm idarəetmə, həm də İslam hüququnda (fiqh) "himayədar", "rəhbər" və "səlahiyyət sahibi" kimi geniş mənaları ifadə edir.

Səfəvilərin Kartli (Gürcüstan) valisi olan Rüstəm Xan.
Osmanlıların Misir əyalətinin valisi olmuş Kavalalı Mehmed Əli Paşanın Oqüst Koder tərəfindən çəkilmiş portreti. (1841)

Bu vəzifə VII əsrdən, İslam dövlət aparatının formalaşmağa başladığı ilk dövrlərdən məlumdur. Valilər yeni fəth edilmiş torpaqlarda xəlifələrin canişinləri idisə və birbaşa onlar tərəfindən təyin edilirdi. Sonradan, mərkəzi hakimiyyətin zəifləməsi ilə valilər geniş muxtariyyət qazandılar və bəziləri müstəqil Müsəlman sülalərinin əsasını qoydular.

Son orta əsrlər və Yeni dövrdə Osmanlı imperiyasının əyalət canişinləri (qubernatorları) vali adlanırdı, əyalətlərin özləri isə vilayət adını almışdır. Misirdə Kavalalı Mehmed Əli Paşa və onun varisləri Xədiv titulunu qəbul edənə qədər, 1805–1866-cı illərdə vali titulundan istifadə etmişlər.

Hazırda əyalət rəhbərinin adı kimi "vali" termini bir sıra İslam ölkələrində, o cümlədən Əfqanıstan, Əlcəzair, Mərakeş, Oman, Tunis, Türkiyə və Türkmənistanda istifadə olunur.

Mündəricat

Etimologiyası

"Vali" sözü ərəb dilindəki و-ل-ي (w-l-y) kökündən törəmişdir. Bu kök "yaxın olmaq", "dost olmaq", "idarə etmək" və "səlahiyyət sahibi olmaq" mənalarını verir. İslam terminologiyasında eyni kökdən olan "Vəli" (Allahın dostu, müqəddəs şəxs) və "Vilayət" (idarəetmə sahəsi və ya rütbəsi) sözləri ilə birbaşa əlaqəlidir.

Tarixi inkişafı

Erkən İslam və Xilafət dövrü

Vali vəzifəsi VII əsrdə, Məhəmməd peyğəmbər və Raşidi xəlifələr dövründə formalaşmağa başlamışdır. İlk dövrlərdə valilər fəth edilmiş ərazilərdə xəlifənin həm hərbi rəhbəri, həm də dini nümayəndəsi hesab olunurdular.

  • Əməvilər dövrü: Valilərin səlahiyyətləri daha da artmışdır. Onlar mərkəzi xəzinəyə vergi yığır və asayişi bərqərar edirdilər.
  • Abbasilər dövrü: Mərkəzi hakimiyyət zəiflədikcə valilər daha çox muxtariyyət əldə etmişdirlər. Məsələn, Misirdə Tulunilər və Məğribdə Aqlabilər əslində xəlifəyə tabe olan valilər olsalar da, praktiki olaraq müstəqil sülalələrin əsasını qoymuşdurlar.

Osmanlı imperiyası dövrü

Osmanlı idarəetmə sistemində vali, sultanın əyalətdəki (vilayətdəki) ən yüksək səlahiyyətli nümayəndəsi idi. 1864-cü ildə qəbul edilmiş "Vilayət Nizamnaməsi" ilə idarəetmə sistemində islahat aparılmış və valilərin vəzifə öhdəlikləri daha dəqiq müəyyən edilmişdir. Vali həm mülki, həm də hərbi nəzarət səlahiyyətlərinə malik idi və sultanın fərmanı ilə təyin olunurdu.

Müasir dünyada tətbiqi

Bu gün "vali" termini bir çox ölkələrdə rəsmi qubernator rütbəsi kimi saxlanılır:

  • Türkiyə: Ölkənin 81 ili (vilayəti) mərkəzi hökumət (Prezident) tərəfindən təyin olunan valilər tərəfindən idarə olunur. Vali dövlətin vilayətdəki rəsmi nümayəndəsidir.
  • Türkmənistan: Vilayət rəhbərləri (türkm. häkim) bəzən klassik mətndə vali kimi xatırlanır.
  • Əlcəzair və Mərakeş: Vilayətlərin rəhbərləri dövlət başçısı tərəfindən təyin olunan valilərdir.
  • Əfqanıstan: Ölkənin hər bir əyalətinə (vilayətinə) vali rəhbərlik edir.
  • İran: Valilər ("ostandar" termini ilə paralel) vilayətlərin (ostanların) idarəedilməsində mühüm rol oynayırlar.

Səlahiyyət və vəzifələri

Müasir sistemlərdə valinin vəzifələrinə adətən aşağıdakılar daxildir:

  1. Mərkəzi hökumətin qərarlarının yerlərdə icrasını təmin etmək.
  2. Yerli polis və digər təhlükəsizlik qüvvələrinə nəzarət (asayişin təmin edilməsi).
  3. Dövlət büdcəsindən vilayətə ayrılan vəsaitlərin idarə edilməsi.
  4. Təhsil, səhiyyə və infrastruktur layihələrinin koordinasiyası.
  5. Fövqəladə hallarda qərar vermə səlahiyyəti.

Həmçinin bax

  • Vilayət (termin)
  • Qubernator
  • Paşa
  • Mühafəzə
  • Vilayət

Ədəbiyyat siyahısı

  • Альтамира-и-Кревеа Рафаэль. История средневековой Испании. СПб.: Евразия (издательство). 2003. 128–129. ISBN 58071-0128-6.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vali haqqında məlumat. Vali nədir? Vali nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əhməd Arif

  • Fevral 27, 2026

    Kobus ellipsiprymnus

  • Fevral 27, 2026

    Yol nişanları

  • Fevral 27, 2026

    Pisunda

  • Fevral 27, 2026

    Henri Byufort

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst